Bachelor's programme

Data analitikasıCourse outcomes

Bachelor's6006005Faculty of information technologies and telecommunicationsEngineering mathematics and artificial intelligence4 subjects

Course learning outcomes

What a student is expected to achieve by the end of each subject.

4 subjects
  • İF-61107y

    Xətti cəbr və analitik həndəsə

    Subject page: Xətti cəbr və analitik həndəsə
    1. CLO 1: Kompleks ədədlər, matrislər və determinantlarla bağlı əsas anlayışları izah edir, onlar üzərində əməlləri yerinə yetirir.

    2. CLO 2: Xətti cəbri tənliklər sistemlərini müxtəlif üsullarla həll edir və həllərin mövcudluğunu təhlil edir.

    3. CLO 3: Xətti fəza, bazis və xətti çevirmə anlayışlarını izah edir, onların əsas xassələrini tətbiq edir.

    4. CLO 4: Kvadratik formaları təhlil edir və onların əsas xassələrini müəyyənləşdirir.

    5. CLO 5: Vektorlar cəbrinin elementlərini və dekart koordinat sistemini tətbiq edərək müstəvidə və fəzada həndəsi məsələləri həll edir.

    6. CLO 6: Düz xəttin və müstəvinin tənliklərini qurur, ikitərtibli cəbri xətləri və səthləri təhlil edir.

  • if-611197y

    Riyazi analiz-1

    Subject page: Riyazi analiz-1
    1. CLO 1: Funksiyaların limitlərini və kəsilməzliyini müəyyən edir, limitlərin hesablanması üsullarını tətbiq edir.

    2. CLO 2: Funksiyaların törəmələrini hesablayır, törəmədən istifadə edərək funksiyaların artma və azalma intervallarını, ekstremum nöqtələrini müəyyən edir.

    3. CLO 3: Müəyyən inteqralları hesablayır, inteqral hesabın köməyi ilə müstəvi fiqurların sahəsini və funksiyaların orta qiymətini müəyyən edir.

    4. CLO 4: Ədədi və funksional sıraların yığılmasını araşdırır və onların əsas xassələrini tətbiq edir.

    5. CLO 5: Çoxdəyişənli funksiyaların qismən törəmələrini hesablayır və ekstremum məsələlərini həll edir.

    6. CLO 6: Riyazi analiz üsullarını sadə optimallaşdırma və data analitikası məsələlərinə tətbiq edir, riyazi nəticələri təhlil və şərh edir.

    7. CLO 7: Riyazi modellər qurur, analitik düşünmə və riyazi əsaslandırma bacarıqlarından istifadə edərək statistik analiz və maşın öyrənməsi üçün zəruri riyazi məsələləri həll edir.

  • if-611202y

    Data analitikasına giriş

    Subject page: Data analitikasına giriş
    1. CLO 1: Data analitikasının əsas anlayışlarını, prinsiplərini və müxtəlif sahələrdə tətbiq imkanlarını izah edir.

    2. CLO 2: Strukturlaşdırılmış və strukturlaşdırılmamış verilənləri fərqləndirir, müxtəlif mənbələrdən məlumatların toplanması üsullarını müəyyən edir.

    3. CLO 3: Verilənlərin təmizlənməsi, transformasiyası və standartlaşdırılması üsullarını tətbiq edərək məlumatları təhlilə hazırlayır.

    4. CLO 4: Əsas statistik analizləri, ehtimal, korrelyasiya və kovariasiya üsullarını tətbiq edərək verilənlər arasındakı əlaqələri təhlil edir.

    5. CLO 5: Hipotezlərin yoxlanılması, statistik sınaqlar və reqressiya analizi üsullarından istifadə edərək məlumatlar əsasında nəticələr əldə edir.

    6. CLO 6: Data analitikası alətləri və proqramlaşdırma dillərindən istifadə edərək məlumatları təhlil edir və nəticələri vizuallaşdırır.

    7. CLO 7: Data analitikasının biznes, bank, maliyyə, marketinq və digər sahələrdə tətbiqini təhlil edir, məlumatlara əsaslanan qərarların qəbulunda onun rolunu izah edir.

    8. CLO 8: Məlumatların təhlili prosesində etik prinsipləri və fərdi məlumatların mühafizəsi tələblərini nəzərə alır.

  • if-61113y

    Proqramlaşdırmanın əsasları

    Subject page: Proqramlaşdırmanın əsasları
    1. CLO 1: Kompüterdə məsələlərin həlli mərhələlərini və üsullarını izah edir, məsələlərin həlli üçün alqoritmlər qurur.

    2. CLO 2: Proqramlaşdırma dillərinin və proqramlaşdırma sistemlərinin əsas xüsusiyyətlərini, inkişafını, üstünlüklərini və çatışmazlıqlarını müqayisə edir.

    3. CLO 3: Müasir proqramlaşdırma dilindən istifadə etməklə proqramlar hazırlayır və proqramın strukturunu formalaşdırır.

    4. CLO 4: Verilənlərin tiplərini, operatorları, əməliyyatları və idarəetmə strukturlarını tətbiq edərək proqram kodları yazır.

    5. CLO 5: Massivlər, sətirlər, göstəricilər və fayllarla işləyərək verilənlərin saxlanmasını və emalını həyata keçirir.

    6. CLO 6: Alt proqramlar yaradır və onlardan istifadə etməklə proqram kodunu strukturlaşdırır.

    7. CLO 7: Obyektyönlü proqramlaşdırma modelinin əsaslarını, sinifləri, obyektləri, onların xassələrini və metodlarını izah edir və tətbiq edir.