Subject · Data analitikası

Data analitikasına giriş

if-611202y6 creditsAutumn semesterMandatory2026-2027

About this subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Description

Data analitikaya giriş fənninin təsviri bu fənn data analitikasının əsas anlayışlarını, tətbiq sahələrini, məlumatların toplanması, emalı, təhlili və interpretasiyası üsullarını əhatə edir. fənn çərçivəsində verilənlərin təmizlənməsi və transformasiyası, əsas statistik analizlər, korrelyasiya, kovariasiya, hipotezlərin yoxlanılması, reqressiya analizi və nəticələrin vizuallaşdırılması öyrənilir. həmçinin data analitikası alətlərinin tətbiqi, müxtəlif sahələrdə məlumat əsaslı qərarların qəbul edilməsi, məlumat etikası və fərdi məlumatların mühafizəsi məsələləri nəzərdən keçirilir.

Course learning outcomes

  1. CLO 1: Data analitikasının əsas anlayışlarını, prinsiplərini və müxtəlif sahələrdə tətbiq imkanlarını izah edir.

  2. CLO 2: Strukturlaşdırılmış və strukturlaşdırılmamış verilənləri fərqləndirir, müxtəlif mənbələrdən məlumatların toplanması üsullarını müəyyən edir.

  3. CLO 3: Verilənlərin təmizlənməsi, transformasiyası və standartlaşdırılması üsullarını tətbiq edərək məlumatları təhlilə hazırlayır.

  4. CLO 4: Əsas statistik analizləri, ehtimal, korrelyasiya və kovariasiya üsullarını tətbiq edərək verilənlər arasındakı əlaqələri təhlil edir.

  5. CLO 5: Hipotezlərin yoxlanılması, statistik sınaqlar və reqressiya analizi üsullarından istifadə edərək məlumatlar əsasında nəticələr əldə edir.

  6. CLO 6: Data analitikası alətləri və proqramlaşdırma dillərindən istifadə edərək məlumatları təhlil edir və nəticələri vizuallaşdırır.

  7. CLO 7: Data analitikasının biznes, bank, maliyyə, marketinq və digər sahələrdə tətbiqini təhlil edir, məlumatlara əsaslanan qərarların qəbulunda onun rolunu izah edir.

  8. CLO 8: Məlumatların təhlili prosesində etik prinsipləri və fərdi məlumatların mühafizəsi tələblərini nəzərə alır.