About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Description
Riyazi analiz-1 fənninin təsviri bu fənn çoxluqlar nəzəriyyəsinin elementlərini, ədədi ardıcıllığın limitini, birdəyişənli funksiyanın limit və kəsilməzliyini, diferensial və inteqral hesabını, ədədi və funksional sıraları əhatə edir. fənn çərçivəsində törəmə və inteqralın hesablanması üsulları, sıraların yığılması və bu anlayışların riyazi məsələlərin həllində tətbiqi öyrənilir.
Course learning outcomes
CLO 1: Funksiyaların limitlərini və kəsilməzliyini müəyyən edir, limitlərin hesablanması üsullarını tətbiq edir.
CLO 2: Funksiyaların törəmələrini hesablayır, törəmədən istifadə edərək funksiyaların artma və azalma intervallarını, ekstremum nöqtələrini müəyyən edir.
CLO 3: Müəyyən inteqralları hesablayır, inteqral hesabın köməyi ilə müstəvi fiqurların sahəsini və funksiyaların orta qiymətini müəyyən edir.
CLO 4: Ədədi və funksional sıraların yığılmasını araşdırır və onların əsas xassələrini tətbiq edir.
CLO 5: Çoxdəyişənli funksiyaların qismən törəmələrini hesablayır və ekstremum məsələlərini həll edir.
CLO 6: Riyazi analiz üsullarını sadə optimallaşdırma və data analitikası məsələlərinə tətbiq edir, riyazi nəticələri təhlil və şərh edir.
CLO 7: Riyazi modellər qurur, analitik düşünmə və riyazi əsaslandırma bacarıqlarından istifadə edərək statistik analiz və maşın öyrənməsi üçün zəruri riyazi məsələləri həll edir.