Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Proqramlaşdırmanın əsasları fənninin təsviri Bu fənn kompüterdə məsələlərin həlli mərhələlərini, alqoritmlərin qurulması prinsiplərini və proqramlaşdırma dillərinin əsaslarını əhatə edir. Fənn çərçivəsində proqramın strukturu, verilənlərin tipləri, operatorlar, idarəetmə strukturları, massivlər, sətirlər, göstəricilər, fayllar və alt proqramlarla işləmə üsulları öyrədilir. Həmçinin obyektyönlü proqramlaşdırmanın əsasları, siniflər, obyektlər, onların xassələri və metodları nəzərdən keçirilir.
Fənn təlim nəticələri
CLO 1: Kompüterdə məsələlərin həlli mərhələlərini və üsullarını izah edir, məsələlərin həlli üçün alqoritmlər qurur.
CLO 2: Proqramlaşdırma dillərinin və proqramlaşdırma sistemlərinin əsas xüsusiyyətlərini, inkişafını, üstünlüklərini və çatışmazlıqlarını müqayisə edir.
CLO 3: Müasir proqramlaşdırma dilindən istifadə etməklə proqramlar hazırlayır və proqramın strukturunu formalaşdırır.
CLO 4: Verilənlərin tiplərini, operatorları, əməliyyatları və idarəetmə strukturlarını tətbiq edərək proqram kodları yazır.
CLO 5: Massivlər, sətirlər, göstəricilər və fayllarla işləyərək verilənlərin saxlanmasını və emalını həyata keçirir.
CLO 6: Alt proqramlar yaradır və onlardan istifadə etməklə proqram kodunu strukturlaşdırır.
CLO 7: Obyektyönlü proqramlaşdırma modelinin əsaslarını, sinifləri, obyektləri, onların xassələrini və metodlarını izah edir və tətbiq edir.