Fənn · Data analitikası
Xətti cəbr və analitik həndəsə
Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Fənn kompleks ədədlər, matrislər və determinantlar, xətti fəzalar və onların bazisləri, xətti cəbri tənliklər sistemləri və həlli üsulları, xətti çevirmələr və kvadratik formalar, vektorlar cəbri, Dekart koordinat sistemi, düz xəttin və müstəvinin tənlikləri, ikitərtibli cəbri xətlər və səthləri əhatə edir. Fənn çərçivəsində bu anlayışların nəzəri əsasları və riyazi məsələlərin həllində tətbiqi öyrənilir.
Fənn təlim nəticələri
CLO 1: Kompleks ədədlər, matrislər və determinantlarla bağlı əsas anlayışları izah edir, onlar üzərində əməlləri yerinə yetirir.
CLO 2: Xətti cəbri tənliklər sistemlərini müxtəlif üsullarla həll edir və həllərin mövcudluğunu təhlil edir.
CLO 3: Xətti fəza, bazis və xətti çevirmə anlayışlarını izah edir, onların əsas xassələrini tətbiq edir.
CLO 4: Kvadratik formaları təhlil edir və onların əsas xassələrini müəyyənləşdirir.
CLO 5: Vektorlar cəbrinin elementlərini və Dekart koordinat sistemini tətbiq edərək müstəvidə və fəzada həndəsi məsələləri həll edir.
CLO 6: Düz xəttin və müstəvinin tənliklərini qurur, ikitərtibli cəbri xətləri və səthləri təhlil edir.