Fənn · Data analitikası

Xətti cəbr və analitik həndəsəSillabus

İF-61107y4 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-61107y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat-mühazirə b) 15 saat -seminar
Auditoriyadan kənar saatlar
a) 45 saat - sərbəst iş b) 30 saat-hazırlıq

Fənn haqqında

Fənn kompleks ədədlər, matrislər və determinantlar, xətti fəzalar və onların bazisləri, xətti cəbri tənliklər sistemləri və həlli üsulları, xətti çevirmələr və kvadratik formalar, vektorlar cəbri, Dekart koordinat sistemi, düz xəttin və müstəvinin tənlikləri, ikitərtibli cəbri xətlər və səthləri əhatə edir. Fənn çərçivəsində bu anlayışların nəzəri əsasları və riyazi məsələlərin həllində tətbiqi öyrənilir.

Tədris metodları

  • mühazirə
  • seminar
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Kompleks ədədlər, matrislər və determinantlarla bağlı əsas anlayışları izah edir, onlar üzərində əməlləri yerinə yetirir.

  2. CLO 2: Xətti cəbri tənliklər sistemlərini müxtəlif üsullarla həll edir və həllərin mövcudluğunu təhlil edir.

  3. CLO 3: Xətti fəza, bazis və xətti çevirmə anlayışlarını izah edir, onların əsas xassələrini tətbiq edir.

  4. CLO 4: Kvadratik formaları təhlil edir və onların əsas xassələrini müəyyənləşdirir.

  5. CLO 5: Vektorlar cəbrinin elementlərini və Dekart koordinat sistemini tətbiq edərək müstəvidə və fəzada həndəsi məsələləri həll edir.

  6. CLO 6: Düz xəttin və müstəvinin tənliklərini qurur, ikitərtibli cəbri xətləri və səthləri təhlil edir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5