Bakalavr proqramı

Data analitikasıSəriştələr

Bakalavr6006005İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiMühəndis Riyaziyyatı və Süni İntellekt4 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

30 səriştə

Peşə səriştələri· 17

  • COMPETENCY-61298

    - Müvafiq elmlər, dil bilikləri, informasiya texnologiyaları sahəsində biliklərdən yararlanaraq, İKT-nin imkanlarını müvafiq fəaliyyət sahələrində tətbiq etmək

  • COMPETENCY-69685

    - Peşəkar məsələlərin həlli üçün sistem, tətbiqi və xüsusi təyinatlı proqram vasitələrini hazırlamaq və tətbiq etmək

  • COMPETENCY-66258

    - Peşəkar məsələlərin həlli üçün zəruri məlumatları, informasiya texnologiyalarını və hesablama resurslarını müəyyən etmək, seçmək və tətbiq edə bilmək

  • COMPETENCY-62264

    - Müxtəlif mənbələrdən strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatları əldə etmək, toplamaq, təmizləmək, strukturlaşdırmaq, statistik testlər, təhlillər aparmaq, deskriptiv və məntiqi nəticə çıxarmaq

  • COMPETENCY-61211

    - Verilənlər bazası sistemləri ilə işləmək, verilənlər bazaların sorğuları layihələndirmək və yerinə yetirmək, verilənləri sorğular vasitəsilə əldə etmək, verilənlər bazasını indeksləşdirmək, hesabatlar hazırlamaq

  • COMPETENCY-92017

    - SQL, Excel və ETL-prosesləri kimi alətlərdən istifadə etmək

  • COMPETENCY-26655

    - Böyük verilənlər (Big data) və bulud verilənləri platformaları ilə işləmək üçün alətlər (Big data üçün – Hadoop, Spark; bulud platformaları üçün – AWS, Azure, Google Cloud) barədə əsas biliklərə malik olmaq

  • COMPETENCY-45028

    - Müvafiq proqramlaşdırma dillərində işləmək və proqramlaşdırmaq, Python, R, Julia, Scala, JavaScript və s. proqramlaşdırma dillərində işləmək

  • COMPETENCY-33209

    - Nəticələrin formalaşdırılması və qərarların qəbul edilməsi üçün Python, R, SPSS və digər statistk proqram təminatlarından istifadə etmək

  • COMPETENCY-56120

    - Tableau, Power BI, Excel, Google Charts kimi vasitələrdən istifadə etməklə nəticələri vizuallaşdırmaq və əyani hesabatlar şəklində təqdim etmək

  • COMPETENCY-91809

    - Kritik düşünmək, fərziyələr qurmaq, verilənlər əsasında strukturlaşdırılmış təhlillər aparmaq və nəticələr çıxarmaq

  • COMPETENCY-47208

    - Problemlərin və həll edilən məsələlərin sistemli analizini həyata keçirmək və optimal həll yollarını müəyyən etmək

  • COMPETENCY-51949

    - Fəaliyyət sahələrində biznes situasiyasını, mövzu sahə məzmununu anlamaq, əsas fəaliyyət göstəricilərini müəyyənləşdirə bilmək və onlarla işləmək

  • COMPETENCY-93364

    - Data analitikasından (verilənlərin təhlilindən) çıxan nəticələri biznes qərarlarına çevirmək

  • COMPETENCY-60220

    - Dövlət və özəl strukturlar, fərdi məlumatlar baxımından etik və məxfilik tələblərinə riayət etmək (məsələn, GDPR, data etikası hüquqları)

  • COMPETENCY-43041

    - Əsas maşın öyrənməsi alqoritmlərini (məsələn, reqressiya analizi, təsnifatlandırma, klasterləşdirmə) bilmək və tətbiq etmək

  • COMPETENCY-70800

    - Data analitikası məsələlərinin həllində zəruri modelləşdirmələri aparmaq üçün müasir vasitələri, o cümlədən riyazi üsulları tətbiq etmək

İxtisas səriştələri· 13

  • COMPETENCY-78078

    - İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya qurmaq

  • COMPETENCY-77770

    - İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya etmək

  • COMPETENCY-10493

    - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə malik olmaq, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırmağı bacarmaq

  • COMPETENCY-28919

    - Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən edə bilmək

  • COMPETENCY-28628

    - İş yerində informasiya texnologiyalarından istifadə etmək

  • COMPETENCY-53713

    - Komandada işləyə bilmək, problemin həllinə ortaq yanaşmaya nail olmaq

  • COMPETENCY-19836

    - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürməyi və uğur qazanmağı bacarmaq

  • COMPETENCY-33657

    - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək

  • COMPETENCY-40355

    - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək

  • COMPETENCY-83776

    - Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq

  • COMPETENCY-15073

    - Əldə olunmuş texniki nəticələri texniki olmayan auditoriyaya izah etmək, müvafiq təqdimatlar hazırlamaq, yazılı və şifahi kommunikasiya qura bilmək

  • COMPETENCY-10675

    - Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək

  • COMPETENCY-65753

    - Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünə tənqidi yanaşmaq