Bakalavr proqramı

Data analitikasıKaryera imkanları

Bakalavr6006005İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiMühəndis Riyaziyyatı və Süni İntellekt4 fənn

Məzun karyera imkanları

Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.

7 karyera istiqaməti
  • Data Analitiki

    Məlumatların toplanması, təmizlənməsi, statistik təhlili, şərhi və vizuallaşdırılması, nəticələr əsasında hesabatların hazırlanması.

  • Biznes Analitiki

    Biznes proseslərinin və göstəricilərinin təhlili, problemlərin müəyyənləşdirilməsi, məlumatlara əsaslanan qərarların qəbuluna dəstək.

  • Biznes İntellekti üzrə Mütəxəssis

    Məlumatların analitik hesabatlara, interaktiv panellərə və vizual təqdimatlara çevrilməsi, əsas fəaliyyət göstəricilərinin izlənilməsi.

  • Statistik Təhlil üzrə Mütəxəssis

    Statistik metodların tətbiqi, hipotezlərin yoxlanılması, reqressiya təhlili və məlumatlar əsasında proqnozların hazırlanması.

  • Verilənlər Bazası üzrə Analitik

    Verilənlər bazalarının strukturunun təhlili, SQL sorğularının hazırlanması, məlumatların emalı və keyfiyyətinə nəzarət.

  • Böyük Verilənlərin Təhlili üzrə Mütəxəssis

    Böyük həcmli verilənlərin emalı, təhlili və bulud texnologiyalarından istifadə etməklə analitik həllərin hazırlanmasında iştirak.

  • Rəqəmsal Məhsullar üzrə Analitik

    İstifadəçi davranışlarının, məhsul göstəricilərinin və rəqəmsal xidmətlərin effektivliyinin təhlili, inkişaf imkanlarının müəyyənləşdirilməsi.