Bakalavr proqramı

Mühəndis fizikasıFənn nəticələri

Bakalavr050630EnergetikaMühəndis Fizikası və Elektronika35 fənn

Fənn təlim nəticələri

Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.

7 fənn
  • İFS-2468y

    Nüvə energetikası

    Fənnin səhifəsi: Nüvə energetikası
    1. CLO 1: Nüvə energetikasının əsas fiziki prinsiplərini izah edir.

    2. CLO 2: Atom nüvəsinin xassələrini, radioaktivlik və nüvə reaksiyalarının qanunauyğunluqlarını təhlil edir.

    3. CLO 3: Nüvə parçalanması, zəncirvari reaksiyalar və enerji ayrılması proseslərini qiymətləndirir.

    4. CLO 4: Nüvə reaktorlarının quruluşunu və iş prinsipini izah edir.

    5. CLO 5: Nüvə energetikasında təhlükəsizlik və müasir texnologiyaların tətbiqini təhlil edir.

  • İF-2435y

    Kvant fizikası

    Fənnin səhifəsi: Kvant fizikası
    1. CLO 1: Kvant fizikası fənnini mənimsədikdən sonra tələbə: Kvant fizikasının əsas anlayışlarını – kvantlaşma, dalğa–korpuskul dualizmi, ehtimal xarakterli təsvir, kvant vəziyyəti və superpozisiya prinsipini izah edir.

    2. CLO 2: Kvant hadisələrinin eksperimental əsaslarını (istilik şüalanması, fotoeffekt, Kompton effekti, atom spektrləri, elektron difraksiyası və s.) təhlil edir və onların klassik fizikanın məhdudiyyətlərini necə aradan qaldırdığını izah edir.

    3. CLO 3: Plank hipotezini, Plank düsturunu, qara cismin şüalanma qanunlarını və kvant nəzəriyyəsinin yaranmasında rolunu şərh edir.

    4. CLO 4: Fotoeffekt hadisəsinin qanunlarını, Eynşteyn tənliyini, fotonun enerjisi və impulsu anlayışlarını tətbiq edir.

    5. CLO 5: Maddənin dalğa xassələrini, Lui de Broyl hipotezini və Heyzenberqin qeyri-müəyyənlik münasibətlərini izah edir.

    6. CLO 6: Dalğa funksiyasının fiziki mənasını, Born interpretasiyasını, Şredinger tənliyinin ümumi və stasionar hallar üçün formalarını izah edir və sadə kvant sistemlərinin həllini təhlil edir.

    7. CLO 7: Kvant mexanikasının əsas modellərini – birölçülü potensial çəpər, sərbəst hissəcik, harmonik ossilyator və tunel effektini izah edir və tətbiqi məsələlərdə istifadə edir.

    8. CLO 8: Atomun kvant modelini, Rezerford və Bor modellərini, Bor postulatlarını, hidrogen atomu üçün Şredinger tənliyinin nəticələrini və kvant ədədləri sistemini təhlil edir.

    9. CLO 9: Lektronun orbital və spin maqnit momentlərini, Ştern–Gerlax təcrübəsini, maqnit-mexaniki effektləri və onların atomun maqnit xassələrində rolunu izah edir.

    10. CLO 10: Lazer şüalanmasının yaranma prinsiplərini, invers məskunlaşmanı, məcburi şüalanmanı və lazerlərin əsas xassələrini (monoxromatiklik, koherentlik, istiqamətlənmə, intensivlik) izah edir.

    11. CLO 11: Lüminessensiya hadisələrinin, növlərinin və qanunlarının fiziki mahiyyətini, onların optoelektronika və müasir texnologiyalarda tətbiqlərini qiymətləndirir.

    12. CLO 12: Bərk cisimlərin zonalar nəzəriyyəsini, valent və keçiricilik zonalarını, metalların, dielektriklərin və yarımkeçiricilərin fərqlərini izah edir.

    13. CLO 13: Yarımkeçiricilərdə aşqar keçiriciliyini, p–n keçidi, fotoelektrik hadisələri və onların elektron cihazlarda tətbiqini təhlil edir.

    14. CLO 14: Atom nüvəsinin quruluşunu, nüvə qüvvələrini, kütlə defektini, rabitə enerjisini və nüvə reaksiyalarının energetikasını izah edir.

    15. CLO 15: Nüvə parçalanması, zəncirvari reaksiya, nüvə sintezi və termonüvə reaksiyalarının fiziki əsaslarını və tətbiqi problemlərini təhlil edir.

    16. CLO 16: Elementar hissəciklərin təsnifatını, fundamental qarşılıqlı təsirləri və müasir fizikanın əsas problemlərini (Standart model, qaranlıq maddə, kvant qravitasiyası və s.) izah edir.

    17. CLO 17: Kvant optikasının və müasir fotonikanın əsas anlayışlarını (holoqrafiya, optik liflər, lazer texnologiyaları) mənimsəyir və onların tətbiq sahələrini qiymətləndirir.

    18. CLO 18: Kvant fizikasının qanunlarını nanoelektronika, materialşünaslıq, optoelektronika, kvant texnologiyaları, nüvə energetikası və müasir mühəndislik məsələlərinin həllində tətbiq edir.

    19. CLO 19: Kvant hadisələri ilə bağlı elmi məlumatları təhlil edir, fiziki modellər qurur, hesablama nəticələrini şərh edir və müasir texnologiyaların fiziki əsaslarını izah edir.

    20. CLO 20: Tələbə kvant fizikasının əsas prinsiplərini mənimsəyir, mikrohissəciklərin davranışını kvant qanunları əsasında izah edir və əldə etdiyi bilikləri müasir fizika, nanotexnologiya, elektronika, fotonika və mühəndislik sahələrində tətbiq etmək bacarığı əldə edir.

  • İF-2455y

    Tətbiqi optika

    Fənnin səhifəsi: Tətbiqi optika
    1. CLO 1: Ətbiqi optika fənninin təlim nəticələri (Course Learning Outcomes – CLO) Fənnin sonunda tələbə: Optikanın əsas anlayışlarını, qanunlarını və prinsiplərini izah edir. İşığın yayılması, əks olunması, sınması, interferensiyası, difraksiyası, polyarizasiyası və dispersiyası hadisələrini təhlil edir. Optik cihazların (linzalar, prizmalar, mikroskoplar, teleskoplar, lazerlər, interferometrlər, optik liflər və s.) quruluşunu, iş prinsipini və tətbiq sahələrini izah edir. Optik sistemlərin parametrlərini hesablayır və sadə optik məsələləri həll edir. Optik ölçmə üsullarından istifadə edərək eksperimental nəticələri təhlil edir və qiymətləndirir. Lazer və lif-optik texnologiyaların sənaye, tibb, telekommunikasiya və elmi tədqiqatlardakı tətbiqlərini izah edir. Müxtəlif tətbiqlər üçün uyğun optik sistem və ya cihaz seçir və seçimini elmi əsaslarla əsaslandırır. Optik laboratoriya avadanlıqları ilə təhlükəsizlik qaydalarına riayət etməklə işləyir. Optika sahəsində əldə etdiyi nəzəri bilikləri praktik tapşırıqların və mühəndis problemlərinin həllində tətbiq edir. Optik texnologiyaların müasir elm, mühəndislik və informasiya-kommunikasiya sistemlərində rolunu qiymətləndirir.

  • İF-2434y

    Fizikanın əsasları-2

    Fənnin səhifəsi: Fizikanın əsasları-2
    1. CLO 1: CLO1. Elektrik və maqnit sahələrinin əsas qanunlarını, elektrik yüklərinin qarşılıqlı təsirini, elektrik sahəsinin xarakteristikalarını və elektrostatik hadisələri izah edir.

    2. CLO 2: CLO2. Sabit və dəyişən elektrik cərəyanı, elektrik dövrələrinin əsas qanunları (Om və Kirxhof qanunları) əsasında mühəndislik məsələlərini həll edir.

    3. CLO 3: CLO3. Maqnit sahəsini, cərəyanın maqnit təsirini, elektromaqnit induksiyası hadisəsini və Maksvell tənliklərinin əsas ideyalarını izah edir, onların texniki tətbiqlərini əsaslandırır.

    4. CLO 4: CLO4. Elektromaqnit rəqsləri və dalğalarının yaranma mexanizmini, yayılma xüsusiyyətlərini və rabitə sistemlərində tətbiqlərini təhlil edir.

    5. CLO 5: CLO5. Həndəsi və dalğa optikasının əsas qanunlarını (işığın əks olunması, sınması, interferensiyası, difraksiyası və polyarlaşması) izah edir və optik sistemlərin iş prinsipini təhlil edir.

    6. CLO 6: CLO6. İstilik şüalanması, fotoeffekt, atom və nüvə fizikasının əsas anlayışlarını izah edir, kvant fizikasının fundamental prinsiplərini müasir texnologiyalarla əlaqələndirir.

    7. CLO 7: CLO7. Fiziki hadisələri riyazi modellərlə təsvir edir, eksperimental nəticələri emal edir, ölçmə xətalarını qiymətləndirir və nəticələri elmi əsaslarla şərh edir.

    8. CLO 8: CLO8. Fizikanın fundamental qanunlarını elektronika, elektrotexnika, telekommunikasiya, optoelektronika, enerji sistemləri, sensor texnologiyaları və digər mühəndislik sahələrində tətbiq edir.

    9. CLO 9: CLO9. Fizika sahəsində elmi-texniki məlumatları müstəqil araşdırır, təhlil edir və nəticələri yazılı və şifahi formada peşəkar şəkildə təqdim edir.

    10. CLO 10: Fənni uğurla başa vuran tələbə: Elektrik və maqnit sahələrinin əsas qanunlarını izah edir və tətbiq edir. Elektrik dövrələrini təhlil edir, Om və Kirxhof qanunlarından istifadə edərək məsələlər həll edir. Elektromaqnit induksiyası və elektromaqnit dalğalarının yaranmasını və tətbiqlərini izah edir. Həndəsi və dalğa optikasının qanunlarını müxtəlif optik sistemlərdə tətbiq edir. Müasir fizikanın əsaslarını (istilik şüalanması, kvant, atom və nüvə fizikası) izah edir. Fiziki hadisələri analitik və eksperimental üsullarla təhlil edir. Ölçmə nəticələrini emal edir və eksperimental xətaları qiymətləndirir. Fizikanın fundamental qanunlarını müasir mühəndislik və texnologiya sahələrində tətbiq edir.

  • İF-2433y

    Fizikanın əsasları-1

    Fənnin səhifəsi: Fizikanın əsasları-1
    1. CLO 1: Fənni uğurla başa vuran tələbə: CLO1. Mexanikanın əsas qanunlarını (kinematika, dinamika, iş, enerji, impuls və impuls momenti) izah edir və mühəndislik məsələlərinin həllində tətbiq edir.

    2. CLO 2: CLO2. Maye və qazların statika və dinamikasının əsas qanunlarını izah edir, Bernulli tənliyi və Arximed qanunundan istifadə etməklə praktik məsələləri həll edir.

    3. CLO 3: CLO3. Rəqsi və dalğa proseslərinin əsas xüsusiyyətlərini təhlil edir, mexaniki dalğaların yayılmasını və rezonans hadisəsini izah edir.

    4. CLO 4: CLO4. Molekulyar fizika və termodinamikanın əsas anlayışlarını (ideal qaz modeli, istilik prosesləri, termodinamikanın qanunları) izah edir və hesablama məsələlərini yerinə yetirir.

    5. CLO 5: CLO5. Fiziki hadisələri riyazi modellərlə təsvir edir, fiziki kəmiyyətlər arasında əlaqələri müəyyən edir və analitik hesablama bacarıqları nümayiş etdirir.

    6. CLO 6: CLO6. Fiziki eksperimentlərin aparılması, ölçmə nəticələrinin emalı, xətaların qiymətləndirilməsi və nəticələrin elmi əsaslandırılması bacarıqlarını nümayiş etdirir.

    7. CLO 7: CLO7. Fizikanın fundamental qanunlarının müasir mühəndislik, texnologiya və sənayedə tətbiqlərini izah edir və real texniki problemlərin həllində onların rolunu qiymətləndirir.

    8. CLO 8: CLO8. Fizika üzrə elmi məlumatları müxtəlif mənbələrdən əldə edir, təhlil edir, nəticələri yazılı və şifahi formada peşəkar şəkildə təqdim edir.

    9. CLO 9: Fənni uğurla tamamlayan tələbə: Mexanikanın əsas qanunlarını tətbiq edir. Maye və qazların fiziki qanunları əsasında mühəndislik məsələlərini həll edir. Rəqslər və dalğaların xüsusiyyətlərini təhlil edir. Molekulyar fizika və termodinamikanın qanunlarını izah edir və tətbiq edir. Fiziki məsələləri analitik və riyazi üsullarla həll edir. Fiziki eksperimentlər aparır, ölçmə nəticələrini emal edir və xətaları qiymətləndirir. Fizika qanunlarının mühəndislik və texnologiyadakı tətbiqlərini əsaslandırır. Elmi məlumatları təhlil edir və nəticələri peşəkar şəkildə təqdim edir.

  • ÜF-1303y-mühəndis-fizikası

    Fəlsəfə

    Fənnin səhifəsi: Fəlsəfə
    1. CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.

    2. CLO 2: FTN 2. Meyvə-tərəvəz konservləri və qida konsentratları istehsalının əsas texnoloji proseslərini, prinsipial sxemlərini və texnoloji rejimlərini izah edir.

    3. CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.

    4. CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.

    5. CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.

    6. CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.

    7. CLO 7: .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir

    8. CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.

  • ÜF-1306yMühəndisfizikası

    Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

    Fənnin səhifəsi: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
    1. CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.