Bakalavr proqramı

Mühəndis fizikası

Bakalavr050630EnergetikaMühəndis Fizikası və Elektronika35 fənn

Proqram haqqında

“Mühəndis fizikası” ixtisası üzrə təhsil proqramı Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına və bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına uyğun hazırlanmışdır. Proqram mühəndis fizikası sahəsində nəzəri biliklərə, praktiki bacarıqlara və peşəkar kompetensiyalara malik mütəxəssislərin hazırlanmasını təmin edir. Təhsil proqramı tələbələrin əmək bazarının tələblərinə uyğun hazırlanmasına, təcrübə keçməsinə, işə düzəlməsinə və gələcəkdə təhsilini davam etdirməsinə şərait yaradır.

Dərəcə tələbləri

• Məzunun ixtisas üzrə bilik, bacarıq və kompetensiyalarını formalaşdırmaq. • Tədris prosesinin məqsədlərini, öyrənmə metodlarını, qiymətləndirmə üsullarını və təlim nəticələrini müəyyənləşdirmək. • Təcrübə keçmə, işə qəbul və təhsilin davam etdirilməsi üçün zəruri imkanları təmin etmək. • Məzunların əldə etdiyi bilik və bacarıqlar barədə tələbələri və işəgötürənləri məlumatlandırmaq. • Təhsil proqramının həyata keçirilməsində keyfiyyət tələblərinə əməl etmək. • Tədris həftəsinin ümumi yükünü normativlərə uyğun təşkil etmək (5 günlük iş rejimində həftəlik ümumi yük 45 saat, auditoriya yükü isə ümumi yükün 50%-dən çox olmamalıdır).

Proqramı araşdırın