Bakalavr proqramı

Mühəndis fizikasıSəriştələr

Bakalavr050630EnergetikaMühəndis Fizikası və Elektronika35 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

36 səriştə

Peşə səriştələri· 18

  • COMPETENCY-65591

    • fiziki təcrübə və nəzəri hesablamalar aparmaq, laboratoriya şəraitində aparılan tədqiqatlardan əldə edilmiş nəticələrin işlənilməsi, təqdim olunması və məruzə edilməsi bacarığı

  • COMPETENCY-84811

    • praktiki məsələlərin həlli üçün riyazi metodların, fiziki və kimyəvi qanunların və hesablama texnikasının tətbiqi bacarığı

  • COMPETENCY-71619

    • fundamental problemləri simulyasiya etmək, təhlil etmək və həll etmək üçün fundamental konsepsiyalardan istifadə etmək bacarığı

  • COMPETENCY-56129

    • fizikanın müxtəlif sahələrində geniş istifadə olunan avadanlıqlardan və üsullardan istifadə edərək eksperimental yanaşmanın müxtəlif mərhələlərini müstəqil şəkildə müəyyənləşdirmək bacarığı

  • COMPETENCY-40879

    • xəta və qeyri-müəyyənlik mənbələrini nəzərə alaraq eksperimental məlumatı təhlil etmək və proqnozlarını eksperimental nəticələri ilə müqayisə edərək modeli sınaqdan keçirmək bacarığı

  • COMPETENCY-29707

    • məlumatların toplanılması və istismarı üçün proqramlaşdırma dillərindən və təhlili proqram təminatından istifadə etmək bacarığı

  • COMPETENCY-83720

    • mühəndis fizikası üçün aktual olan əsas riyazi alətlərdən istifadə etmək bacarığı

  • COMPETENCY-92508

    • fizika konsepsiyalarını və eksperimental metodları mühəndisliyin müxtəlif sahələrində tətbiq etmək bacarığı

  • COMPETENCY-86102

    • texnoloji prosesin sağlamlıq, təhlükəsizlik və ətraf mühitə təsirini nəzərə alaraq, texniki vasitə və texnologiyaların seçilməsi bacarığı

  • COMPETENCY-12045

    • mexanika və nisbilik nəzəriyyəsi, molekulyar fizika, elektrik və maqnetizm, optika, atom fizikası, nüvə fizikası ümumi nəzəri kurslarından klassik mexanika, elektrodinamika, kvant mexanikası, termodinamika və statistik fizikanın əsas qanun və qanunauyğunluqlarını, onların riyazi ifadələrini öyrənməklə fiziki hadisələrin mahiyyətini və baş vermə mexanizmini dərindən dərk edərək, onları tətbiq etmək bacarığı

  • COMPETENCY-70105

    • optikada işığın təbiəti, yayılması və mühitlə qarşılıqlı təsiri qanunları haqqında qazandığı fundamental bilikləri lazer və işıq texnologiyalarında tətbiq etmə bacarığı

  • COMPETENCY-80952

    • tətbiqi və mühəndislik fizikası sahəsində yeni axtarılmış və ya modelləşdirilmiş hadisələr əsasında yeni texnologiyaların, cihazların, qurğuların, materialların yaradılması, işlənib hazırlanma qaydası və tətbiqi bacarığı

  • COMPETENCY-86252

    • laboratoriya şəraitində və istehsalat sahələrində mürəkkəb texniki qurğuların ayrı-ayrı hissələrinin yoxlanılması, tənzimlənməsi və işlənilməsi bacarığı

  • COMPETENCY-44701

    • fiziki proseslərin optimallaşdırılması üçün fiziki və texniki obyektlərin parametrlərinin təhlili əsasında nəzəri və eksperimental tədqiqatların aparılması bacarığı

  • COMPETENCY-56336

    • standart kompüter layihələndirilmənin üsullarından və ilkin texniki-iqtisadi əsaslandırmalardan istifadə edərək cihaz, detal və hissələrin layihələndirilməsi bacarığı

  • COMPETENCY-79573

    • seçilən texniki fizika sahəsində yeniliyin innovativ potensialının qiymətləndirilməsi bacarığı

  • COMPETENCY-19906

    • fiziki-texniki obyektlərin, proses və materialların müasir tədqiqat üsullarını tətbiq etmək bacarığı

  • COMPETENCY-14720

    • insan həyatının təhlükəsizliyini təmin edən mülki müdafiənin qarşısında duran əsas vəzifələri, bu prosesin təşkil edilmə prinsipləri və məqsədləri, fövqəladə hadisələrdə müdafiə sahəsində əhalinin hazırlanmasını təşkil etmələrinin müəyyən olunmuş davranış qaydalarını, müdafiə üsullarını və vasitələrini, zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizə olunma üsullarını, ilk tibbi yardımın göstərilməsi, cümlədən, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməsini, mülki müdafiə siqnalları üzrə hərəkət qaydalarını bilmək və ekstremal vəziyyətlərdə onları tətbiq etməyi bacarığı

İxtisas səriştələri· 18

  • COMPETENCY-14131

    İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına yiyələnməlidir

  • COMPETENCY-44731

    İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına yiyələnməlidir

  • COMPETENCY-75038

    Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə yiyələnməlidir

  • COMPETENCY-28514

    Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına yiyələnməlidir

  • COMPETENCY-26573

    İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə yiyələnməlidir

  • COMPETENCY-70577

    Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olma qabiliyyətinə yiyələnməlidir

  • COMPETENCY-46188

    Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə yiyələnməlidir

  • COMPETENCY-71310

    Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə yiyələnməlidir

  • COMPETENCY-57922

    Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına yiyələnməlidir

  • COMPETENCY-13271

    Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə yiyələnməlidir

  • COMPETENCY-81912

    Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına yiyələnməlidir

  • COMPETENCY-15464

    Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına yiyələnməlidir

  • COMPETENCY-10324

    Gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etməyə, pozulmuş hüquqların bərpa yollarına yiyələnməlidir

  • COMPETENCY-89677

    Sağlam həyat tərzini qoruyub saxlamağa yiyələnməlidir

  • COMPETENCY-20841

    Mədəniyyətlərarası dialoqa hazır olmağa yiyələnməlidir

  • COMPETENCY-13304

    Tənqid və özünütənqid vərdişlərinə yiyələnməlidir

  • COMPETENCY-42419

    Yeni ideyalar irəli sürmək və əsaslandırmağa yiyələnməlidir

  • COMPETENCY-46117

    Problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək bacarığına malik olmağa yiyələnməlidir