Bakalavr proqramı
Mühəndis fizikasıKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
Mühəndis fizikası ixtisasının məzunları təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, istehsalat müəssisələrində, texnologiya şirkətlərində və digər sənaye sahələrində mühəndis, tədqiqatçı və mütəxəssis kimi fəaliyyət göstərə bilərlər. Onlar həmçinin texnologiya yönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul ola, yeni biznes və startaplar yarada bilərlər.
Bu proqram məzunlara mühəndis fizikası ilə yanaşı iqtisadiyyatın və xalq təsərrüfatının müxtəlif sahələrində işləmək imkanı yaradır. Məzunlar peşə fəaliyyətini davam etdirməklə yanaşı, müvafiq ixtisaslar üzrə magistratura təhsilini davam etdirə və ömürboyu təhsil prinsipi əsasında peşəkar inkişaflarını təmin edə bilərlər. Proqramın məzunu Azərbaycan dilində şifahi və yazılı formada peşəkar ünsiyyət qurmaq, həmçinin ən azı bir xarici dildə effektiv kommunikasiya aparmaq bacarığına malik olmalıdır. Məzun Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsaslarını bilməli, ölkənin inkişaf perspektivlərini təhlil etməyi bacarmalıdır. İnformasiya texnologiyalarından səmərəli istifadə etməli, komandada işləmək və problemlərin həllində əməkdaşlıq nümayiş etdirməlidir. Yeni şəraitə uyğunlaşmaq, təşəbbüskarlıq göstərmək və məsuliyyətli qərarlar qəbul etmək bacarığına yiyələnməlidir. Problemlərin həlli üçün əlavə informasiya mənbələrini müəyyən etməli, məlumatları təhlil edərək ümumiləşdirməli və praktikada tətbiq etməlidir. Peşə fəaliyyətini planlaşdırmaq, vaxtı səmərəli idarə etmək və verilmiş tapşırıqları vaxtında yerinə yetirmək bacarığına malik olmalıdır. Sosial və ekoloji məsuliyyət, vətəndaş mövqeyi və peşə etikası prinsiplərinə əməl etməli, keyfiyyətə üstünlük verməlidir. Öz bilik və bacarıqlarını davamlı qiymətləndirməli, inkişaf etdirməli və ömürboyu təhsil prinsipinə sadiq qalmalıdır. Sağlam həyat tərzinə riayət etməli, multikultural mühitdə işləməyə hazır olmalı, yeni ideyalar irəli sürərək problemli vəziyyətlərdə təşəbbüs və məsuliyyət nümayiş etdirməlidir.