Fənn haqqında
Kredit
8
İş yükü
240saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Fənnin tədrisi tələbələrin kvant mexanikasının əsas anlayışlarını, fundamental qanununauyğunluqlarını və onların mühəndislikdə tətbiq imkanlarını mənimsəməsinə yönəlmişdir
Fənn təlim nəticələri
CLO 1: Kvant fizikası fənnini mənimsədikdən sonra tələbə: Kvant fizikasının əsas anlayışlarını – kvantlaşma, dalğa–korpuskul dualizmi, ehtimal xarakterli təsvir, kvant vəziyyəti və superpozisiya prinsipini izah edir.
CLO 2: Kvant hadisələrinin eksperimental əsaslarını (istilik şüalanması, fotoeffekt, Kompton effekti, atom spektrləri, elektron difraksiyası və s.) təhlil edir və onların klassik fizikanın məhdudiyyətlərini necə aradan qaldırdığını izah edir.
CLO 3: Plank hipotezini, Plank düsturunu, qara cismin şüalanma qanunlarını və kvant nəzəriyyəsinin yaranmasında rolunu şərh edir.
CLO 4: Fotoeffekt hadisəsinin qanunlarını, Eynşteyn tənliyini, fotonun enerjisi və impulsu anlayışlarını tətbiq edir.
CLO 5: Maddənin dalğa xassələrini, Lui de Broyl hipotezini və Heyzenberqin qeyri-müəyyənlik münasibətlərini izah edir.
CLO 6: Dalğa funksiyasının fiziki mənasını, Born interpretasiyasını, Şredinger tənliyinin ümumi və stasionar hallar üçün formalarını izah edir və sadə kvant sistemlərinin həllini təhlil edir.
CLO 7: Kvant mexanikasının əsas modellərini – birölçülü potensial çəpər, sərbəst hissəcik, harmonik ossilyator və tunel effektini izah edir və tətbiqi məsələlərdə istifadə edir.
CLO 8: Atomun kvant modelini, Rezerford və Bor modellərini, Bor postulatlarını, hidrogen atomu üçün Şredinger tənliyinin nəticələrini və kvant ədədləri sistemini təhlil edir.
CLO 9: Lektronun orbital və spin maqnit momentlərini, Ştern–Gerlax təcrübəsini, maqnit-mexaniki effektləri və onların atomun maqnit xassələrində rolunu izah edir.
CLO 10: Lazer şüalanmasının yaranma prinsiplərini, invers məskunlaşmanı, məcburi şüalanmanı və lazerlərin əsas xassələrini (monoxromatiklik, koherentlik, istiqamətlənmə, intensivlik) izah edir.
CLO 11: Lüminessensiya hadisələrinin, növlərinin və qanunlarının fiziki mahiyyətini, onların optoelektronika və müasir texnologiyalarda tətbiqlərini qiymətləndirir.
CLO 12: Bərk cisimlərin zonalar nəzəriyyəsini, valent və keçiricilik zonalarını, metalların, dielektriklərin və yarımkeçiricilərin fərqlərini izah edir.
CLO 13: Yarımkeçiricilərdə aşqar keçiriciliyini, p–n keçidi, fotoelektrik hadisələri və onların elektron cihazlarda tətbiqini təhlil edir.
CLO 14: Atom nüvəsinin quruluşunu, nüvə qüvvələrini, kütlə defektini, rabitə enerjisini və nüvə reaksiyalarının energetikasını izah edir.
CLO 15: Nüvə parçalanması, zəncirvari reaksiya, nüvə sintezi və termonüvə reaksiyalarının fiziki əsaslarını və tətbiqi problemlərini təhlil edir.
CLO 16: Elementar hissəciklərin təsnifatını, fundamental qarşılıqlı təsirləri və müasir fizikanın əsas problemlərini (Standart model, qaranlıq maddə, kvant qravitasiyası və s.) izah edir.
CLO 17: Kvant optikasının və müasir fotonikanın əsas anlayışlarını (holoqrafiya, optik liflər, lazer texnologiyaları) mənimsəyir və onların tətbiq sahələrini qiymətləndirir.
CLO 18: Kvant fizikasının qanunlarını nanoelektronika, materialşünaslıq, optoelektronika, kvant texnologiyaları, nüvə energetikası və müasir mühəndislik məsələlərinin həllində tətbiq edir.
CLO 19: Kvant hadisələri ilə bağlı elmi məlumatları təhlil edir, fiziki modellər qurur, hesablama nəticələrini şərh edir və müasir texnologiyaların fiziki əsaslarını izah edir.
CLO 20: Tələbə kvant fizikasının əsas prinsiplərini mənimsəyir, mikrohissəciklərin davranışını kvant qanunları əsasında izah edir və əldə etdiyi bilikləri müasir fizika, nanotexnologiya, elektronika, fotonika və mühəndislik sahələrində tətbiq etmək bacarığı əldə edir.