CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 |
|---|---|---|---|---|---|---|
| CLO 1CLO-99712Kvant fizikası fənnini mənimsədikdən sonra tələbə: Kvant fizikasının əsas anlayışlarını – kvantlaşma, dalğa–korpuskul dualizmi, ehtimal xarakterli təsvir, kvant vəziyyəti və superpozisiya prinsipini izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-20398Kvant hadisələrinin eksperimental əsaslarını (istilik şüalanması, fotoeffekt, Kompton effekti, atom spektrləri, elektron difraksiyası və s.) təhlil edir və onların klassik fizikanın məhdudiyyətlərini necə aradan qaldırdığını izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 3CLO-74554Plank hipotezini, Plank düsturunu, qara cismin şüalanma qanunlarını və kvant nəzəriyyəsinin yaranmasında rolunu şərh edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 4CLO-55946Fotoeffekt hadisəsinin qanunlarını, Eynşteyn tənliyini, fotonun enerjisi və impulsu anlayışlarını tətbiq edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 5CLO-35801Maddənin dalğa xassələrini, Lui de Broyl hipotezini və Heyzenberqin qeyri-müəyyənlik münasibətlərini izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 6CLO-75829Dalğa funksiyasının fiziki mənasını, Born interpretasiyasını, Şredinger tənliyinin ümumi və stasionar hallar üçün formalarını izah edir və sadə kvant sistemlərinin həllini təhlil edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 7CLO-63654Kvant mexanikasının əsas modellərini – birölçülü potensial çəpər, sərbəst hissəcik, harmonik ossilyator və tunel effektini izah edir və tətbiqi məsələlərdə istifadə edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 8CLO-76885Atomun kvant modelini, Rezerford və Bor modellərini, Bor postulatlarını, hidrogen atomu üçün Şredinger tənliyinin nəticələrini və kvant ədədləri sistemini təhlil edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 9CLO-59497Lektronun orbital və spin maqnit momentlərini, Ştern–Gerlax təcrübəsini, maqnit-mexaniki effektləri və onların atomun maqnit xassələrində rolunu izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 10CLO-63502Lazer şüalanmasının yaranma prinsiplərini, invers məskunlaşmanı, məcburi şüalanmanı və lazerlərin əsas xassələrini (monoxromatiklik, koherentlik, istiqamətlənmə, intensivlik) izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 11CLO-39482Lüminessensiya hadisələrinin, növlərinin və qanunlarının fiziki mahiyyətini, onların optoelektronika və müasir texnologiyalarda tətbiqlərini qiymətləndirir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 12CLO-96932Bərk cisimlərin zonalar nəzəriyyəsini, valent və keçiricilik zonalarını, metalların, dielektriklərin və yarımkeçiricilərin fərqlərini izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 13CLO-51842Yarımkeçiricilərdə aşqar keçiriciliyini, p–n keçidi, fotoelektrik hadisələri və onların elektron cihazlarda tətbiqini təhlil edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 14CLO-38749Atom nüvəsinin quruluşunu, nüvə qüvvələrini, kütlə defektini, rabitə enerjisini və nüvə reaksiyalarının energetikasını izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 15CLO-18288Nüvə parçalanması, zəncirvari reaksiya, nüvə sintezi və termonüvə reaksiyalarının fiziki əsaslarını və tətbiqi problemlərini təhlil edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 16CLO-27181Elementar hissəciklərin təsnifatını, fundamental qarşılıqlı təsirləri və müasir fizikanın əsas problemlərini (Standart model, qaranlıq maddə, kvant qravitasiyası və s.) izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 17CLO-74514Kvant optikasının və müasir fotonikanın əsas anlayışlarını (holoqrafiya, optik liflər, lazer texnologiyaları) mənimsəyir və onların tətbiq sahələrini qiymətləndirir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 18CLO-89224Kvant fizikasının qanunlarını nanoelektronika, materialşünaslıq, optoelektronika, kvant texnologiyaları, nüvə energetikası və müasir mühəndislik məsələlərinin həllində tətbiq edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 19CLO-85624Kvant hadisələri ilə bağlı elmi məlumatları təhlil edir, fiziki modellər qurur, hesablama nəticələrini şərh edir və müasir texnologiyaların fiziki əsaslarını izah edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 20CLO-93868Tələbə kvant fizikasının əsas prinsiplərini mənimsəyir, mikrohissəciklərin davranışını kvant qanunları əsasında izah edir və əldə etdiyi bilikləri müasir fizika, nanotexnologiya, elektronika, fotonika və mühəndislik sahələrində tətbiq etmək bacarığı əldə edir. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
Mühəndis fizikası ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, prespektivlərini bilməlidir. Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilməlidir, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarmalıdır. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarmalıdır. Azərbaycan dilində tədqiqat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarını aşılamalıdır. Xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlara malik olmalıdır. Mülki müdafiənin əsasları, qüvvə və vasitələrini bilməlidir, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi haqqında biliklərə malik olmalıdır.
Bu fənndən töhfə yoxdur
PLO 2
Çoxluqlar nəzəriyyəsinin elementləri, ardıcıllığın limiti anlayışı, bir və çoxdəyişənli funksiyaların diferensial və inteqral hesabı, ədədi və funksional sıralar, kompleks ədədlər, kompleks dəyişənli funksiyaların diferensiallanması və inteqrallanması, çıxıqlar nəzəriyyəsi, müstəvidə və fəzada Dekart koordinat sistemi, vektorlar cəbrinin elementləri, düz xəttin və müstəvinin tənlikləri, ikitərtibli cəbri xətlər və səthlər, matrislər və determinantlar, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, xətti çevirmələr və kvadratik formalar haqqında biliyə malik olmalı, adi diferensial tənliklərin həllərinin qurulması üsullarını, xüsusi törəməli diferensial tənliklərin təsnifatını, riyazi fizika tənlikləri üçün Koşi və sərhəd məsələlərinin qoyuluşunu və korrektliyinin araşdırılmasını, hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanma qaydalarını, diskret və təsadüfi kəmiyyətlərin paylanma qanunlarını və onların ədədi xarakteristikalarını, riyazi statistikanın əsas elementlərini, paylanma parametrlərini seçmə üzrə statistiki təyinini, normal paylanma ilə əlaqəli qanunlarını bilməlidir.
Bu fənndən töhfə yoxdur
PLO 3
Fiziki qanunauyğunluqlar aləmində fəaliyyət göstərən mühəndis-texniki profilli bakalavrların nəzəri hazırlığının bazasını təşkil edən fiziki biliklərin əsasını qoyulur. Mexanika, molekulyar fizika və termodinamika, elektromaqnetizm, optika və atom fizikasının əsas qanun və qanunauyğunluqları öyrənir. Bütün kimya fənlərinin əsasında duran qanun, nəzəri müddəalar və nəticələrə baxır, kimyəvi elementlərin xassələrini və qarşılıqlı münasibətlərini, kimyəvi termodinamika və kinetikanın əsasları, məhlullarda gedən proseslər və kompleks birləşmələrin quruluşu öyrənilir.
Bu fənndən töhfə yoxdur
PLO 4
Kvant mexanikasının əsas prinsipləri şərh edilir. Stasionar Şredinger tənliyinin bəzi məsələlərin həllinə tətbiq olunmasına baxılır. Mikrohissəciklərin mərkəzi qüvvə sahəsində hərəkəti, hidrogen atomu, kvant statistikası, maddələrin maqnit xarakteristikaları məsələləri öyrənilir. Statistik fizika və termodinamikanın əsas müddəaları sistematik olaraq şərh edilir, real cisimlərə bir-biri ilə, eləcə də ətraf cisimlərlə qarşılıqlı təsirdə olan çoxlu zərrəciklər toplusu kimi baxılır və müxtəlif fiziki proseslər bu baxımdan izah olunur. Kondensə olunmuş mühitlərin növləri növləri əsas xassələri haqqında ümumi biliklər, kristalların simmetriyası və növləri, keçiriciliyin zona nəzəriyyəsinin əsasları, kristal qəfəsin dinamikası, fononlar, istilik tutumunun kvant nəzəriyyəsi, səth və kontakt hadisələr barədə biliklər mənimsənilir. Bərk cisimlərin maqnit xassələri, ifrat keçiricilik və yüksəktemperaturlu ifrat keçiricilik hadisələri öyrənilir. Lazerlərin işinin əsasında dayanan fiziki prinsiplər şərh edilir. Müxtəlif generasiya rejimlərinin reallaşdığının bəzi sxemləri, baş verən proseslərin fizikası, generasiya prosesində tezliyin idarə olunması metodları araşdırılır.
Bu fənndən töhfə yoxdur
PLO 5
İstənilən çertyojların və elektrik sxemlərinin yerinə yetirilməsinin əsas qaydaları, həndəsi fiqurların, həndəsi fəzaların və səthlərin təsviri metodları öyrənilir. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin proqram sxemotexniki, qrafik paketlərinin (AutoCAD, OrCAD) ikiölçülü və üçölçülü qrafik işlərin yerinə yetirilməsi öyrənilir. Məntiq cəbrinin əsasları, müxtəlif firmaların istehsal etdiyi proqramlaşdırılan məntiq kontrollerinin təyinatı, funksiyaları və konkret texnoloji proseslərin idarə olunmasında onların istifadəsi qeyri-xətti avtomatik idarəetmə sistemlərinin riyazi modellərinin xüsusiyyətləri mənimsənilir. İnformatikanın tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər üzərində əməliyyatların aparılması, kompüterlərin əsas iş prinsipləri və verilənlərin yaddaşda təsviri xüsusiyyətləri, hesablama anlayışlarının əsasları, problem həll etmə və alqoritm qurma üsulları, alınan nəticələri təhlil etmək və yazılı hesabatlar hazırlamaq qaydaları öyrənilir.
Bu fənndən töhfə yoxdur
PLO 6
Elektrik dövrələri, elektrik dövrələrini xarakterizə edən parametrlər, nəzarət ölçü cihazları, sinusoidal dəyişən cərəyan dövrələri, birfazalı sinusoidal dəyişən cərəyanın xüsusiyyətləri, birfazalı dəyişən cərəyan dövrəsində passiv elementlər və onların xüsusiyyətləri, rezonans hadisələri və birfazalı dəyişən cərəyan dövrələrinin hesablanması və praktiki tədqiqi, üçfazalı dəyişən cərəyan dövrələri, üçfazalı dəyişən cərəyanın tətbiqi, induktiv rabitəli dövrələr, induktiv rabitəli dövrədə enerjinin ötürülməsi öyrənilir. Avtomatik idarəetmə sistemlərinin fəaliyyət qanunları və əsas prinsipləri, avtomatik idarəetmə sistemlərinin dinamikası, tezlik xarakteristikaları və xətti sistemlərin tipik bəndləri, avtomatik idarəetmə sistemlərinin riyazi ifadələri və tipik idarəetmə qanunları mənimsənilir.
Bu fənndən töhfə yoxdur