Fənn · Mühəndis fizikası

Fizikanın əsasları-1

İF-2433y8 kreditPayız semestriMəcburi2024-2025

Fənn haqqında

Kredit

8

İş yükü

240saat

Semestr

Payız

Tədris ili

2024-2025

Fənnin təsviri

Fizikanın müxtəlif bölmələrinin müasir tələblərə uyğun olaraq daha da səmərəli öyrədilməsinə, fiziki cihaz və avadanlıqlarla işləmək vərdişlərinin meydana çıxmasına yardım etməkdir. “Fizikanın əsasları-1” fənninin məqsədi “Mühəndis fizikası” ixtisası üzrə bakalavr pilləsində təhsil alanlarda müasir metodlarla peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir. Beləliklə, əldə edilən bilik və bacarıqlara əsaslanmaqla, fizikada öyrənilən qanunların, hadisələrin və eksperimental metodların sintez edilərək mühəndislik sahələrinə tətbiq edilməsinə baza yaradılmasından ibarətdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Fənni uğurla başa vuran tələbə: CLO1. Mexanikanın əsas qanunlarını (kinematika, dinamika, iş, enerji, impuls və impuls momenti) izah edir və mühəndislik məsələlərinin həllində tətbiq edir.

  2. CLO 2: CLO2. Maye və qazların statika və dinamikasının əsas qanunlarını izah edir, Bernulli tənliyi və Arximed qanunundan istifadə etməklə praktik məsələləri həll edir.

  3. CLO 3: CLO3. Rəqsi və dalğa proseslərinin əsas xüsusiyyətlərini təhlil edir, mexaniki dalğaların yayılmasını və rezonans hadisəsini izah edir.

  4. CLO 4: CLO4. Molekulyar fizika və termodinamikanın əsas anlayışlarını (ideal qaz modeli, istilik prosesləri, termodinamikanın qanunları) izah edir və hesablama məsələlərini yerinə yetirir.

  5. CLO 5: CLO5. Fiziki hadisələri riyazi modellərlə təsvir edir, fiziki kəmiyyətlər arasında əlaqələri müəyyən edir və analitik hesablama bacarıqları nümayiş etdirir.

  6. CLO 6: CLO6. Fiziki eksperimentlərin aparılması, ölçmə nəticələrinin emalı, xətaların qiymətləndirilməsi və nəticələrin elmi əsaslandırılması bacarıqlarını nümayiş etdirir.

  7. CLO 7: CLO7. Fizikanın fundamental qanunlarının müasir mühəndislik, texnologiya və sənayedə tətbiqlərini izah edir və real texniki problemlərin həllində onların rolunu qiymətləndirir.

  8. CLO 8: CLO8. Fizika üzrə elmi məlumatları müxtəlif mənbələrdən əldə edir, təhlil edir, nəticələri yazılı və şifahi formada peşəkar şəkildə təqdim edir.

  9. CLO 9: Fənni uğurla tamamlayan tələbə: Mexanikanın əsas qanunlarını tətbiq edir. Maye və qazların fiziki qanunları əsasında mühəndislik məsələlərini həll edir. Rəqslər və dalğaların xüsusiyyətlərini təhlil edir. Molekulyar fizika və termodinamikanın qanunlarını izah edir və tətbiq edir. Fiziki məsələləri analitik və riyazi üsullarla həll edir. Fiziki eksperimentlər aparır, ölçmə nəticələrini emal edir və xətaları qiymətləndirir. Fizika qanunlarının mühəndislik və texnologiyadakı tətbiqlərini əsaslandırır. Elmi məlumatları təhlil edir və nəticələri peşəkar şəkildə təqdim edir.