Fənn haqqında
Kredit
8
İş yükü
240saat
Semestr
Yaz
Tədris ili
2024-2025
Fənnin təsviri
Fənnin hədəf və məqsədləri: Fundamental fizika biliklərinin dərinləşdirilməsi: Elektromaqnetizm, optika, dalğa hərəkəti və müasir fizika üzrə tələbələrin biliklərini genişləndirmək və bunları mühəndislik problemlərinə tətbiq etmək; Tətbiqi bacarıqların inkişafı: Fizika qanunlarını və prinsiplərini texnologiya və mühəndislik sistemlərinin işlənməsi və təhlilində istifadə etmək bacarığını artırmaq; Analitik və praktiki yanaşma: Fiziki proseslərin riyazi modelləşdirilməsi və bu modellərin real problemlərin həllində tətbiqi. Tələbələrə fizikadan nəzəri bilikləri praktiki laboratoriya işlərində və mühəndislik tətbiqlərində istifadə etməyi öyrətməkdir. Mühəndis fizikası üçün vacib olan multidissiplinar problemləri anlamaq və fizika qanunlarının digər elmi sahələrlə əlaqəsini inkişaf etdirməkdir.
Fənn təlim nəticələri
CLO 1: CLO1. Elektrik və maqnit sahələrinin əsas qanunlarını, elektrik yüklərinin qarşılıqlı təsirini, elektrik sahəsinin xarakteristikalarını və elektrostatik hadisələri izah edir.
CLO 2: CLO2. Sabit və dəyişən elektrik cərəyanı, elektrik dövrələrinin əsas qanunları (Om və Kirxhof qanunları) əsasında mühəndislik məsələlərini həll edir.
CLO 3: CLO3. Maqnit sahəsini, cərəyanın maqnit təsirini, elektromaqnit induksiyası hadisəsini və Maksvell tənliklərinin əsas ideyalarını izah edir, onların texniki tətbiqlərini əsaslandırır.
CLO 4: CLO4. Elektromaqnit rəqsləri və dalğalarının yaranma mexanizmini, yayılma xüsusiyyətlərini və rabitə sistemlərində tətbiqlərini təhlil edir.
CLO 5: CLO5. Həndəsi və dalğa optikasının əsas qanunlarını (işığın əks olunması, sınması, interferensiyası, difraksiyası və polyarlaşması) izah edir və optik sistemlərin iş prinsipini təhlil edir.
CLO 6: CLO6. İstilik şüalanması, fotoeffekt, atom və nüvə fizikasının əsas anlayışlarını izah edir, kvant fizikasının fundamental prinsiplərini müasir texnologiyalarla əlaqələndirir.
CLO 7: CLO7. Fiziki hadisələri riyazi modellərlə təsvir edir, eksperimental nəticələri emal edir, ölçmə xətalarını qiymətləndirir və nəticələri elmi əsaslarla şərh edir.
CLO 8: CLO8. Fizikanın fundamental qanunlarını elektronika, elektrotexnika, telekommunikasiya, optoelektronika, enerji sistemləri, sensor texnologiyaları və digər mühəndislik sahələrində tətbiq edir.
CLO 9: CLO9. Fizika sahəsində elmi-texniki məlumatları müstəqil araşdırır, təhlil edir və nəticələri yazılı və şifahi formada peşəkar şəkildə təqdim edir.
CLO 10: Fənni uğurla başa vuran tələbə: Elektrik və maqnit sahələrinin əsas qanunlarını izah edir və tətbiq edir. Elektrik dövrələrini təhlil edir, Om və Kirxhof qanunlarından istifadə edərək məsələlər həll edir. Elektromaqnit induksiyası və elektromaqnit dalğalarının yaranmasını və tətbiqlərini izah edir. Həndəsi və dalğa optikasının qanunlarını müxtəlif optik sistemlərdə tətbiq edir. Müasir fizikanın əsaslarını (istilik şüalanması, kvant, atom və nüvə fizikası) izah edir. Fiziki hadisələri analitik və eksperimental üsullarla təhlil edir. Ölçmə nəticələrini emal edir və eksperimental xətaları qiymətləndirir. Fizikanın fundamental qanunlarını müasir mühəndislik və texnologiya sahələrində tətbiq edir.