Bachelor's programme
Instrumentation engineering (bachelor)Course outcomes
Course learning outcomes
What a student is expected to achieve by the end of each subject.
- İFS-3366ySubject page: Lazer texnikası və texnologiyası
Lazer texnikası və texnologiyası
CLO 1: Ftn 1 (lazerlərin fizikası və iş prinsipinin mənimsənilməsi): lazerlərin fiziki iş prinsiplərini, quruluşunu, növlərini, şüalanmanın xüsusiyyətlərini (koherentlik, monoxromatiklik, intensivlik) və təsnifatını izah etmək.
CLO 2: Ftn 2 (lazer qurğularının və komplektlərinin təhlili): müasir lazer texnoloji qurğularının, komplektlərinin və yeni nəsil lazer sistemlərinin iş prinsiplərini və quruluş xüsusiyyətlərini təhlil etmək.
CLO 3: Ftn 3 (mikroemala və çətin emal olunan materiallara tətbiq): dəqiq, mikroölçülü və çətin emal olunan materialların emalında güclü lazer texnologiyalarını, eləcə də onların müqayisəli metodlarını tətbiq etmək.
CLO 4: Ftn 4 (sənaye və digər sahələrdə tətbiq imkanlarının qiymətləndirilməsi): lazer texnikasının sənayedə (cihazqayırma və maşınqayırma), tibbdə, energetikada, rabitədə və informasiya-hesablama texnikasında tətbiq sahələrini dəyərləndirmək.
CLO 5: Ftn 5 (mühəndislik məsələlərində inteqrasiya və metodu seçmə): lazer texnologiyalarından alınan bilikləri mühəndislik məsələlərinin həllində və növbəti ixtisas fənlərinin mənimsənilməsində metodik baza kimi inteqrasiya edərək düzgün texnoloji həllər seçmək.
- İFS-3369ySubject page: Cihaz texnologiyası
Cihaz texnologiyası
CLO 1: Ftn 1 (dəqiqlik və keyfiyyət amillərinin təhlili): cihaz detal və hissələrinin (pəstah, mexaniki emal, yığma) dəqiqliyinə və istismar keyfiyyətinə təsir edən texnoloji amilləri tədqiq və təhlil etmək.
CLO 2: Ftn 2 (xüsusi detal və elementlərin istehsal texnologiyası): cihazların yayları, şkala/sferblatları, platforma və körpüləri, elastik həssas və optik detalları, eləcə də elektron elementlərinin hazırlanma və yığma texnologiyalarını mənimsəmək və tətbiq etmək.
CLO 3: Ftn 3 (müasir üsul və proqressiv texnologiyaların tətbiqi): cihazqayırma istehsalında əmək məhsuldarlığını artıran, əmək tutumunu azaldan yeni proqressiv texnoloji metodları və sürətli prototipləşdirmə üsullarını müəyyən edib istifadə etmək.
CLO 4: Ftn 4 (qarşılıqlı əvəzolunma və yığma prosesinin optimallaşdırılması): yığma zamanı uyuşdurma işlərini aradan qaldırmaq və detalların qarşılıqlı əvəzolunmasını təmin etmək üçün yüksək dəqiqlikli emal və avtomatlaşdırılmış istehsal proseslərini planlaşdırmaq.
CLO 5: Ftn 5 (konstruksiya və layihələndirmə bacarıqları): mütərəqqi texnologiyaların işlənməsi və cihazların konstruksiyasının yaradılması üçün ümumpeşə fənlərindən əldə olunan bilikləri yaradıcı və mühəndislik fəaliyyətində inteqrasiya etmək.
- İFS-3377mSubject page: Cihazqayırmada yığma və sınaq texnologiyaları
Cihazqayırmada yığma və sınaq texnologiyaları
CLO 1: Ftn 1 (yığma proseslərinin və dəqiqliyinin təhlili): yığım növlərini, təşkilati formalarını, yığma dəqiqliyinin əldə olunma üsullarını və yığmanın keyfiyyətinə təsir edən amilləri təhlil etmək.
CLO 2: Ftn 3 (sınaq texnologiyaları və standartların tətbiqi): cihazların sınaq növlərini, keçirilmə qaydalarını və müasir sınaq üsullarını standarta uyğun şəkildə müəyyən edərək tətbiq etmək.
CLO 3: Ftn 4 (texniki nəzarət və etibarlığın təmini): cihaz birləşmələrinin yığılması zamanı texniki nəzarət vasitələrindən istifadə etməklə məhsulun etibarlı və məhsuldar şəkildə yığılmasını təmin etmək.
CLO 4: Ftn 5 (tətbiqi mühəndislik və inteqrasiya): ümumpeşə fənlərindən qazanılmış bilikləri cihaz və maşınların ayrı-ayrı hissələrinin yığılma və sınaq ardıcıllığının təşkilində yaradıcı şəkildə inteqrasiya etmək.
- İF-3328ySubject page: Keyfiyyətə nəzarət və metrologoya
Keyfiyyətə nəzarət və metrologoya
CLO 1: Ftn 1 (metroloji təminat və ölçmə metodları): ölçmələrin vəhdətinin təmin edilməsi, lazımi dəqiqliyə nail olunması və cihaz mühəndisliyində istismar zamanı metroloji təminat məsələlərini təhlil etmək və tətbiq etmək.
CLO 2: Ftn 2 (standartlaşdırma və qarşılıqlı əvəzolunma): məhsul, konstruksiya və texnoloji proseslər üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirmək, elementlərin qarşılıqlı əvəzolunmasını və yüksək istismar göstəricilərini təmin etmək.
CLO 3: Ftn 3 (sertifikatlaşdırma və normativ sənədləşmə): məhsul, xidmət və texnoloji proseslərin normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu müəyyən edən sertifikatlaşdırma qaydalarını və dəyərləndirmə prosedurlarını tətbiq etmək.
CLO 4: Ftn 4 (keyfiyyətin planlaşdırılması və idarə edilməsi): layihələndirmə, istehsal və satış mərhələlərində rəqabətədavamlı məhsul istehsalı üçün keyfiyyətin idarə edilməsi, təmin edilməsi və yaxşılaşdırılması üsullarını istifadə etmək.
CLO 5: Ftn 5 (keyfiyyətə nəzarət və texnoloji tənzimləmə): məhsulun keyfiyyət meyarlarını qiymətləndirmək və texnoloji proseslərin tənzimlənməsi ilə bağlı kompleks mühəndislik məsələlərini həll etmək.
- İFS-3372ySubject page: Texnoloji avadanlıqlar və alətlər
Texnoloji avadanlıqlar və alətlər
CLO 1: Ftn 1 (dəzgahların quruluşu və iş prinsipinin mənimsənilməsi): metalkəsən dəzgahların və texnoloji avadanlıqların təsnifatını, quruluşunu, dözümlülük və sərtlik xüsusiyyətlərini təhlil etmək.
CLO 2: Ftn 2 (mütərəqqi texnoloji avadanlıq və alətlərin seçilməsi): cihazların hazırlanmasında dəqiqliyi və məhsuldarlığı yüksəldən əlverişli dəzgahları və kəsici alətləri məqsədəuyğun şəkildə seçmək.
CLO 3: Ftn 3 (dəqiqlik və keyfiyyəti artıran metodların tətbiqi): metalkəsən dəzgahlarda sazlama və nizamlama metodlarını təkmilləşdirərək cihazqayırma məhsullarının keyfiyyətini və dəqiqliyini yüksəldən tədbirləri tətbiq etmək.
CLO 4: Ftn 4 (texnoloji proseslərin və layihələndirmə işlərinin aparılması): cihaz istehsalında yüksək məhsuldarlıqlı müasir texnoloji prosesləri və avadanlıqları layihələndirmək bacarıqlarını nümayiş etdirmək.
CLO 5: Ftn 5 (i̇stehsalatın iqtisadi və texniki səmərəliliyinin qiymətləndirilməsi): texnoloji avadanlıqlardan istifadənin ölkənin texniki-iqtisadi inkişafına, asılılığın azaldılmasına və əmək məhsuldarlığına təsirini qiymətləndirmək.
- İF-3329ySubject page: Ölçmə texnologiyaları
Ölçmə texnologiyaları
CLO 1: Ftn 1 (ölçmə üsulları və xətaların təhlili): ölçmə texnikasının əsas anlayışlarını, ölçmə vasitələrinin texniki xarakteristikalarını və xəta növlərini təhlil edərək ölçmə nəticələrinin dəqiqliyini qiymətləndirmək.
CLO 2: Ftn 2 (mexaniki və universal ölçmə vasitələrinin tətbiqi): uzunluq uc ölçüləri, ştangenalətlər, mikrometrlər və müxtəlif mexaniki (dişli, yaylı, bənd formalı) ölçmə başlıqlarından istifadə etməklə ölçmə prosesini həyata keçirmək.
CLO 3: Ftn 3 (optik və xüsusi ölçmə cihazlarının istismarı): optik-mexaniki çeviricili, bucaqölçən və daxili ölçüləri ölçən xüsusi cihaz və avadanlıqların iş prinsipini və tətbiq sahələrini mənimsəmək.
CLO 4: Ftn 4 (avtomatlaşdırılmış ölçmə texnologiyalarının seçilməsi): i̇stehsalatda məhsul keyfiyyətini və dəqiqliyini təmin etmək üçün avtomatlaşdırılmış ölçmə vasitələrini və lazımi ölçmə metodlarını məqsədəuyğun şəkildə seçmək.
CLO 5: Ftn 5 (ölçmə vasitələrinin cihazqayırmada inteqrasiyası): maşınqayırma və cihazqayırmada emal dəqiqliyini yüksəltmək üçün müasir ölçmə texnologiyalarından alınan bilikləri praktiki mühəndislik məsələlərinə inteqrasiya etmək.
- İF-3332mSubject page: Cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri
Cihazların avtomatlaşdırılmış layihələndirmə sistemləri
CLO 1: Ftn 1 (als-in funksiyaları və təminat növlərinin mənimsənilməsi): avtomatlaşdırılmış layihələndirmə sistemlərinin (als/cad) funksional təyinatını, quruluşunu, iş prinsiplərini və təminat növlərini (proqram, aparat, informasiya və s.) təhlil etmək.
CLO 2: Ftn 2 (həndəsi modelləşdirmə və kompüter qrafikası): həndəsi modelləşdirmə və kompüter qrafikası alətlərindən istifadə edərək cihaz və maşın detallarının 2d/3d rəqəmsal modellarını qurmaq.
CLO 3: Ftn 3 (konseptual və kompleks layihələndirmə): sadə və mürəkkəb cihaz sistemlərinin konseptual layihələndirilməsi metodikasını tətbiq etməklə mühəndislik layihələrini işləyib hazırlamaq.
CLO 4: Ftn 4 (sənaye təyinatlı ALS komplekslərinin tətbiqi): cihazqayırma sahəsində mürəkkəb mühəndislik tapşırıqlarını həll etmək üçün sənaye təyinatlı layihələndirmə proqram komplekslərindən (cad/cam/cae) peşəkar səviyyədə istifadə etmək.
CLO 5: Ftn 5 (rəqəmsal mühəndislik həllərinin inteqrasiyası): müasir avtomatlaşdırılmış layihələndirmə sistemlərindən əldə olunan bilik və bacarıqları istehsalat proseslərinin səmərəliliyini artırmaq üçün kompleks cihazqayırma məsələlərinə inteqrasiya etmək.
- İF-3331ySubject page: Cihaz texnologiyasının əsasları
Cihaz texnologiyasının əsasları
CLO 1: Ftn 1 (qurulma prinsipləri və metodlarının təhlili): cihaz detal, birləşmə və qovşaqlarının qurulma prinsiplərini, nəzəri əsaslarını və texnoloji hazırlanma metodlarını təhlil etmək.
CLO 2: Ftn 2 (texnoloji sənədləşmə və hesablamaların aparılması): cihazqayırma texnologiyasında istifadə olunan normativ-texnoloji sənədləşməni tərtib etmək və zəruri texnoloji hesablamaları yerinə yetirmək.
CLO 3: Ftn 3 (texniki xidmətin təşkili və əsaslandırılması): texnika və texnologiyalarda tətbiq edilən cihazlara texniki xidmətin göstərilməsini savadlı, mühəndislik nöqteyi-nəzərindən əsaslandırılmış şəkildə təşkil və icra etmək.
CLO 4: Ftn 4 (müxtəlif tipli cihazların istehsal texnologiyasının mənimsənilməsi): müxtəlif təyinatlı və tipli cihazların hazırlanması üçün texnoloji süreçləri və istismar qaydalarını peşəkar səviyyədə tətbiq etmək.
CLO 5: Ftn 5 (i̇stehsalat fəaliyyətində kompleks tətbiq): fənn üzrə qazanılmış nəzəri və praktiki bilikləri cihaz mühəndisliyinin gələcək istehsalat fəaliyyətində və peşəkar məsələlərin həllində inteqrasiya etmək.
- İF-3330mSubject page: Sənaye cihazları
Sənaye cihazları
CLO 1: Ftn 1 (sənaye cihazlarının və dövlət sisteminin təhlili): sənaye cihazlarının və avtomatlaşdırma vasitələrinin dövlət sistemini, onların təsnifatını, iş prinsiplərini və informasiyaalma vasitələrini təhlil etmək.
CLO 2: Ftn 2 (fiziki kəmiyyətlərin ölçülməsi və cihaz seçimi): i̇stehsalatda müxtəlif fiziki kəmiyyətlərin ölçülməsi üçün nəzərdə tutulmuş sənaye cihazlarından istifadə etmək və tələb olunan parametrlərə uyğun cihazları doğru seçmək.
CLO 3: Ftn 3 (keyfiyyət və etibarlılığın təmini): məhsulun istehsal, yığım, nəzarət, sınaq və istismar proseslərində keyfiyyətin və etibarlılığın yüksəldilməsini təmin edən nəzarət-ölçmə cihazlarını tətbiq etmək.
CLO 4: Ftn 4 (sənaye cihazlarının layihələndirilməsi və yaradılması): cihazqayırma, müdafiə və tibbi sənaye kimi sahələr üçün yeni sənaye cihazı nümunələrinin layihələndirilməsi və işlənməsi prinsiplərini mənimsəmək.
CLO 5: Ftn 5 (i̇stismar, təmir və bərpa proseslərinin idarə edilməsi): sənaye cihazlarının istismarı, texniki xidməti, təmiri və bərpa olunması proseslərinin nəzəri və təcrübi əsaslarını müstəqil mühəndislik fəaliyyətində tətbiq etmək.
- ÜF-1302y-Maşınqayırma-və-metallurgiyaSubject page: History of azerbaijan
History of azerbaijan
CLO 1: • ftn1: azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
CLO 2: • ftn2: azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
CLO 3: • ftn3: tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
CLO 4: • ftn4: tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
CLO 5: • ftn5: tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
- ÜF-1303y-cihaz-mühəndisliyiSubject page: Philosophy
Philosophy
CLO 1: .ftn1: fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
CLO 2: .ftn2: əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
CLO 3: .ftn3: fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
CLO 4: .ftn4: müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
CLO 5: .ftn5: fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
CLO 6: .ftn6: müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
CLO 7: .ftn7: öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
CLO 8: .ftn8: fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.
- İFS-3354y-enSubject page: Texniki xarici dil (ingilisi dili)
Texniki xarici dil (ingilisi dili)
CLO 1: Ftn 1 i̇xtisas terminologiyasından istifadə: tələbə öz sahəsinə aid əsas texniki terminologiyanı, abreviaturaları və peşəkar leksikanı şifahi və yazılı ünsiyyətdə düzgün tətbiq etməyi bacarır.
CLO 2: Ftn 2 texniki sənəd və mətnləri oxuyub-anlama: tələbə ixtisası üzrə texniki təlimatları, spesifikasiyaları, standartları, elmi-texniki məqalələri və sxem təsvirlərini müstəqil oxuyur və əsas məlumatları təhlil edir.
CLO 3: Ftn 3 texniki yazı və sənədləşmə bacarıqları: tələbə texniki hesabatlar, layihə xülasələri (abstract), işçi təlimatları və sahəvi elektron məktublaşmaları akademık və peşəkar standartlara uyğun tərtib edir.
CLO 4: Ftn 4 peşəkar mühitdə şifahi ünsiyyət və təqdimat: tələbə texniki mövzularda, layihə təqdimatlarında və ya mühəndislik müzakirələrində fikirlərini ingilis dilində sərbəst və anlaşıqlı ifadə edir.
CLO 5: Ftn 5 problemlərin təsviri və həlli prosesinin izahı: tələbə texniki nasazlıqları, sistem xətalarını, onların yaranma səbəblərini və həlli mərhələlərini ingilis dilində dəqiq və strukturlaşdırılmış şəkildə izah edir.