Subject · Instrumentation engineering (bachelor)

Lazer texnikası və texnologiyası

İFS-3366y7 creditsAutumn semesterElective2025-2026

About this subject

Credits

7

Workload

210hours

Semester

Autumn

Academic year

2025-2026

Description

“lazer texnikası və texnologiyası” fənni 050604-“cihaz mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş peşə hazırlığı üzrə seçmə fəndir. fənnin əsas hədəfi tələbələrdə maşın və cihaz istehsalında geniş tətbiq olunan yeni nəsil lazer qurğuları, o cümlədən lazerlərin koherentlik və monoxromatiklik kimi unikal xüsusiyyətləri barədə professional biliklər formalaşdırmaqdır. tədris prosesində lazerin ümumi quruluşu, iş prinsipi, rezonatorda şüalanmanın formalaşdırılması, eləcə də eksimer, co2 (qaz), bərkcisim və yarımkeçirici lazer növləri ətraflı şəkildə öyrədilir. kurs çərçivəsində tələbələr sənayedə, tibbdə, rabitədə və materialların emalında istifadə olunan lazer texnoloji komplekslərinin optikası, lazer şüasının nəql edilməsi və fokuslanması mexanizmlərinə yiyələnirlər. xüsusilə cihazqayırmada mikroölçülü həndəsi səthlərin hazırlanması, lazerlə kəsim və qaynaq texnologiyalarının müqayisəli mənimsənilməsi tələbələrin növbəti semestrlərdəki ixtisas fənləri üçün də qiymətli metodik baza rolunu oynayır.

Course learning outcomes

  1. CLO 1: Ftn 1 (lazerlərin fizikası və iş prinsipinin mənimsənilməsi): lazerlərin fiziki iş prinsiplərini, quruluşunu, növlərini, şüalanmanın xüsusiyyətlərini (koherentlik, monoxromatiklik, intensivlik) və təsnifatını izah etmək.

  2. CLO 2: Ftn 2 (lazer qurğularının və komplektlərinin təhlili): müasir lazer texnoloji qurğularının, komplektlərinin və yeni nəsil lazer sistemlərinin iş prinsiplərini və quruluş xüsusiyyətlərini təhlil etmək.

  3. CLO 3: Ftn 3 (mikroemala və çətin emal olunan materiallara tətbiq): dəqiq, mikroölçülü və çətin emal olunan materialların emalında güclü lazer texnologiyalarını, eləcə də onların müqayisəli metodlarını tətbiq etmək.

  4. CLO 4: Ftn 4 (sənaye və digər sahələrdə tətbiq imkanlarının qiymətləndirilməsi): lazer texnikasının sənayedə (cihazqayırma və maşınqayırma), tibbdə, energetikada, rabitədə və informasiya-hesablama texnikasında tətbiq sahələrini dəyərləndirmək.

  5. CLO 5: Ftn 5 (mühəndislik məsələlərində inteqrasiya və metodu seçmə): lazer texnologiyalarından alınan bilikləri mühəndislik məsələlərinin həllində və növbəti ixtisas fənlərinin mənimsənilməsində metodik baza kimi inteqrasiya edərək düzgün texnoloji həllər seçmək.