Subject · Instrumentation engineering (bachelor)

Texnoloji avadanlıqlar və alətlər

İFS-3372y7 creditsSpring semesterElective2025-2026

About this subject

Credits

7

Workload

210hours

Semester

Spring

Academic year

2025-2026

Description

“texnoloji avadanlıqlar və alətlər” fənni 050604 – “cihaz mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün maşın və cihazqayırma sənayesində mühüm əhəmiyyət kəsb edən əsas fənlərdən biridir. fənnin başlıca vəzifəsi tələbələrə ixtisas üçün zəruri olan metalkəsən dəzgahlar haqqında ətraflı məlumat vermək və yüksək məhsuldarlıqlı avadanlıqları düzgün seçmək biliklərini aşılamaqdır. kurs çərçivəsində cihazların istehsalında dəqiqlik və keyfiyyəti təmin edən dəzgahların sazlanması, tənzimlənməsi və bu sahədə layihələndirmə işlərinin səmərəli yerinə yetirilməsi yolları öyrədilir. tədris proqramına metalkəsən dəzgahların təsnifatı, emal zamanı səthlərin əmələgəlmə üsulları və hərəkətlərin kinematik prinsipləri daxildir. tələbələr həmçinin torna, burğu, içyonuş, frez, düzyonuş, dartma və pardax dəzgahlarının iş xüsusiyyətlərini, eləcə də istehsalatda tətbiq olunan kəsici alətlərin tiplərini dərindən mənimsəyirlər.

Course learning outcomes

  1. CLO 1: Ftn 1 (dəzgahların quruluşu və iş prinsipinin mənimsənilməsi): metalkəsən dəzgahların və texnoloji avadanlıqların təsnifatını, quruluşunu, dözümlülük və sərtlik xüsusiyyətlərini təhlil etmək.

  2. CLO 2: Ftn 2 (mütərəqqi texnoloji avadanlıq və alətlərin seçilməsi): cihazların hazırlanmasında dəqiqliyi və məhsuldarlığı yüksəldən əlverişli dəzgahları və kəsici alətləri məqsədəuyğun şəkildə seçmək.

  3. CLO 3: Ftn 3 (dəqiqlik və keyfiyyəti artıran metodların tətbiqi): metalkəsən dəzgahlarda sazlama və nizamlama metodlarını təkmilləşdirərək cihazqayırma məhsullarının keyfiyyətini və dəqiqliyini yüksəldən tədbirləri tətbiq etmək.

  4. CLO 4: Ftn 4 (texnoloji proseslərin və layihələndirmə işlərinin aparılması): cihaz istehsalında yüksək məhsuldarlıqlı müasir texnoloji prosesləri və avadanlıqları layihələndirmək bacarıqlarını nümayiş etdirmək.

  5. CLO 5: Ftn 5 (i̇stehsalatın iqtisadi və texniki səmərəliliyinin qiymətləndirilməsi): texnoloji avadanlıqlardan istifadənin ölkənin texniki-iqtisadi inkişafına, asılılığın azaldılmasına və əmək məhsuldarlığına təsirini qiymətləndirmək.