Subject · Instrumentation engineering (bachelor)
Cihazqayırmada yığma və sınaq texnologiyaları
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“cihazqayırmada yığma və sınaq texnologiyaları” fənni 050604 – “cihaz mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş peşə hazırlığı üzrə seçmə fəndir. fənnin tədrisində əsas məqsəd maşın və cihazların istehsalında tətbiq edilən müasir yığma və sınaq metodları barəsində tələbələrdə professional biliklər formalaşdırmaq və müvafiq akademik kompetensiyaları inkişaf etdirməkdir. kurs çərçivəsində sənaye məhsullarının yekun keyfiyyətinə birbaşa təsir edən yığım növləri, əməliyyatların sinifləri, yığma dəqiqliyi və onun əldə olunma üsulları dərindən öyrədilir. tələbələr cihazların tipik birləşmələrinin, elektron elementlərinin yığılma texnologiyasını və bu proseslərin avtomatlaşdırılması prinsiplərini mənimsəyirlər. bundan əlavə, proqrama yığma texnoloji proseslərinin layihələndirilməsi, normalaşdırılması, eləcə də cihazların etibarlılığını təmin edən sınaq növlərinin keçirilməsi məsələləri daxildir.
Course learning outcomes
CLO 1: Ftn 1 (yığma proseslərinin və dəqiqliyinin təhlili): yığım növlərini, təşkilati formalarını, yığma dəqiqliyinin əldə olunma üsullarını və yığmanın keyfiyyətinə təsir edən amilləri təhlil etmək.
CLO 2: Ftn 3 (sınaq texnologiyaları və standartların tətbiqi): cihazların sınaq növlərini, keçirilmə qaydalarını və müasir sınaq üsullarını standarta uyğun şəkildə müəyyən edərək tətbiq etmək.
CLO 3: Ftn 4 (texniki nəzarət və etibarlığın təmini): cihaz birləşmələrinin yığılması zamanı texniki nəzarət vasitələrindən istifadə etməklə məhsulun etibarlı və məhsuldar şəkildə yığılmasını təmin etmək.
CLO 4: Ftn 5 (tətbiqi mühəndislik və inteqrasiya): ümumpeşə fənlərindən qazanılmış bilikləri cihaz və maşınların ayrı-ayrı hissələrinin yığılma və sınaq ardıcıllığının təşkilində yaradıcı şəkildə inteqrasiya etmək.