Subject · Instrumentation engineering (bachelor)
Ölçmə texnologiyaları
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“ölçmə texnologiyaları” fənni 050604-“cihaz mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün tədris olunan ixtisasın peşə hazırlığı fənlərinə aid edilir. fənnin tədrisində əsas məqsəd bakalavrlara maşınqayırma və cihazqayırmada istehsal olunan məhsulların keyfiyyətinə birbaşa təsir edən ölçü dəqiqliyi, ölçmə texnikasının əsasları və cihazların iş prinsipləri barədə davamlı biliklər aşılamaqdır. kurs çərçivəsində tələbələr ölçmə metodları, xəta növləri, uzunluq uc ölçüləri, ştangenalətlər, eləcə də mexaniki, dişli və yaylı mexanizmli ölçmə başlıqlarının xüsusiyyətlərini dərindən öyrənirlər. proqrama həmçinin hamar və lingli mikrometrlər, daxili ölçülərin təyini vasitələri, optik-mexaniki çeviricilər və bucaqların ölçülməsi üsulları daxildir. bunlarla yanaşı, tələbələr elektrik, elektron, rəqəmsal və avtomatlaşdırılmış ölçmə cihazlarının iş prinsiplərini, eləcə də gücün, enerjinin, maqnit və qeyri-elektrik kəmiyyətlərinin ölçülmə sxemlərini mənimsəyirlər.
Course learning outcomes
CLO 1: Ftn 1 (ölçmə üsulları və xətaların təhlili): ölçmə texnikasının əsas anlayışlarını, ölçmə vasitələrinin texniki xarakteristikalarını və xəta növlərini təhlil edərək ölçmə nəticələrinin dəqiqliyini qiymətləndirmək.
CLO 2: Ftn 2 (mexaniki və universal ölçmə vasitələrinin tətbiqi): uzunluq uc ölçüləri, ştangenalətlər, mikrometrlər və müxtəlif mexaniki (dişli, yaylı, bənd formalı) ölçmə başlıqlarından istifadə etməklə ölçmə prosesini həyata keçirmək.
CLO 3: Ftn 3 (optik və xüsusi ölçmə cihazlarının istismarı): optik-mexaniki çeviricili, bucaqölçən və daxili ölçüləri ölçən xüsusi cihaz və avadanlıqların iş prinsipini və tətbiq sahələrini mənimsəmək.
CLO 4: Ftn 4 (avtomatlaşdırılmış ölçmə texnologiyalarının seçilməsi): i̇stehsalatda məhsul keyfiyyətini və dəqiqliyini təmin etmək üçün avtomatlaşdırılmış ölçmə vasitələrini və lazımi ölçmə metodlarını məqsədəuyğun şəkildə seçmək.
CLO 5: Ftn 5 (ölçmə vasitələrinin cihazqayırmada inteqrasiyası): maşınqayırma və cihazqayırmada emal dəqiqliyini yüksəltmək üçün müasir ölçmə texnologiyalarından alınan bilikləri praktiki mühəndislik məsələlərinə inteqrasiya etmək.