Magistr proqramı

MenecmentTəlim məqsədləri

Magistr7004008(060407)Sənaye İqtisadiyyatı və MenecmentSənaye Mühəndisliyi və Davamlı İqtisadiyyat44 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

5 PLO
  1. PLO 1PLO-25471

    Strateji menecment ixtisaslaşması üzrə proqramın təlim nəticələri (PTN) 1. Müxtəlif səviyyələrdə strateji qərarlar qəbul edir 2. Strateji planlaşdırma proseslərinin icrasına nəzarəti həyata keçirir 3. Davamlı inkişaf strategiyaları hazırlayır 4. Rəqabət üstünlüyünü təmin edə bilir 5. Strateji təhlillərə əsaslanmaqla qərar qəbul edə bilir 6. Strateji dəyişikliklərin icrasını təmin edir

  2. PLO 2PLO-31609

    İnnovasiya menecmenti ixtisaslaşması üzrə proqramın təlim nəticələri (PTN) 1. İnnovasiyaların tətbiqi mümkün olan sahələri müəyyən edə bilir 2. İnnovasiya planlarının həyata keçirilməsinə nəzarət edir 3. Prototiplər vasitəsilə eksperimentlərin icrasına nəzarət edir 4. Müxtəlif yanaşmalar istifadə etməklə biznes modelləri hazırlayır 5. İntellektual mülkiyyət strategiyası seçir və onu kommersiyalaşdırma planına uyğunlaşdırır 6. Təşkilatda innovativ yanaşmaların motivasiya sistemini formalaşdıra bilir 7. İnkişaf planlarının icrasına rəhbərlik edir

  3. PLO 3PLO-39493

    Layihə menecmenti ixtisaslaşması üzrə proqramın təlim nəticələri (PTN) 1. Layihənin idarə olunması üçün münasib metod tətbiq edir 2. Layihənin mövcud tələblərə uyğun hazırlanmasına nəzarət edir 3. Layihələrin vaxt və büdcə parametrləri üzrə icrasını təmin edə bilir 4. Layihənin texniki, maliyyə və institutsional tələblərə uyğunluğunu təmin edir 5. Layihə üçün potensial riskləri müəyyən edə bilir 6. Maraqlı tərəflərlə kommunikasiya strategiyaları hazırlayır 7. Keyfiyyət standartlarına nəzarət edə bilir 8. Layihənin nəticələrinə dair rəy verir

  4. PLO 4PLO-73918

    İnsan resursları menecmenti ixtisaslaşması üzrə proqramın təlim nəticələri (PTN) 1. İnsan resurları ilə bağlı strategiyalar formalaşdırır və icra edir 2. İnsan resurslarının fəaliyyətinin monitorinqini həyata keçirir 3. İnsan resurslarının xidməti fəaliyyətini qiymətləndirir 4. Təşkilati strategiyaları uğunlaşdırmağı bilir 5. Əsas fəaliyyət göstəricilərindən (KPI) istifadəyə nəzarət edir 6. Təşkilati strukturu optimallaşdırır 7. İnsan resurslarının motivasiya sistemini formalaşdırır 8. Təlim və inkişaf proqramlarını müəyyən edir

  5. PLO 5PLO-64239

    Səhiyyə menecmenti ixtisaslaşması üzrə proqramın təlim nəticələri (PTN) 1. Səhiyyə təşkilatlarında effektiv idarəetmə strategiyaları formalaşdırır və müasir yanaşmaları inteqrasiya edir 2. Resurs idarəetməsini müəyyən etmək üçün sübuta əsaslanan yanaşmalar tətbiq edir 3. Risk idarəetməsi və klinik idarəetmə keyfiyyət prosesləri vasitəsilə səhiyyə xidmətlərinin nəticələrini yaxşılaşdırır 4. Səhiyyə xidməti və epidemioloji məlumatları qiymətləndirir 5. Müxtəlif kontekstlərdə səhiyyə xidməti idarəetmə problemlərini həll edir 6. Multidissiplinar iş üsullarını nümayiş etdirir 7. Yerli, milli və beynəlxalq səviyyədə məhsuldar fəaliyyət göstərir 8. Səhiyyə liderliyini və idarəetmə təcrübəsini davamlı olaraq formalaşdırmaq üçün elmi araşdırma aparır