Magistr proqramı
MenecmentKaryera imkanları
Magistr7004008(060407)Sənaye İqtisadiyyatı və MenecmentSənaye Mühəndisliyi və Davamlı İqtisadiyyat44 fənn
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
1 karyera istiqaməti
7004008 – Menecment magistratura təhsil proqramının məzunları dövlət və özəl sektorda, beynəlxalq təşkilatlarda, qeyri-hökumət qurumlarında, elmi-tədqiqat və ali təhsil müəssisələrində geniş karyera imkanlarına malik olurlar. Məzunlar seçdikləri ixtisaslaşmadan asılı olaraq aşağıdakı vəzifələrdə fəaliyyət göstərə bilərlər:Bundan əlavə, proqram məzunları magistrlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra fəlsəfə doktoru (PhD) proqramı üzrə doktorantura təhsilini davam etdirmək hüququ əldə edirlər. Beləliklə, proqram məzunları idarəetmə, strateji planlaşdırma, insan resursları, innovasiya, layihələrin idarə olunması və rəqəmsal transformasiya sahələrində yüksək ixtisaslı mütəxəssis kimi əmək bazarında rəqabətqabiliyyətli mövqeyə malik olurlar.
• Strateji menecer; • Layihə meneceri və layihə koordinatoru; • İnnovasiya meneceri və startap məsləhətçisi; • İnsan resursları üzrə menecer və ekspert; • Risk meneceri və risk analitiki; • Korporativ idarəetmə üzrə məsləhətçi; • Rəqəmsal transformasiya və informasiya sistemləri meneceri; • İstehsal və əməliyyat meneceri; • Beynəlxalq proqram koordinatoru və strateji təhlilçi; • Müəllim, tədqiqatçı və elmi işçi.