Magistr proqramı

Menecment

Magistr7004008(060407)Sənaye İqtisadiyyatı və MenecmentSənaye Mühəndisliyi və Davamlı İqtisadiyyat44 fənn

Proqram haqqında

Proqramın normativ təhsil müddəti ixtisaslaşmadan asılı olaraq 1,5 il (90 AKTS) və ya 2 il (120 AKTS) təşkil edir və təhsil magistrlik dissertasiyasının müdafiəsi və ya yekun layihənin təqdim edilməsi ilə başa çatır. Təhsilini uğurla başa vuran məzunlara "Magistr" ali elmi-ixtisas dərəcəsi verilir. Təhsil proqramının əsas məqsədi təşkilatların fəaliyyətini səmərəli idarə edə bilən, mürəkkəb problemləri həll etmək, strateji qərarlar qəbul etmək, müasir texnologiyalardan istifadə etmək və davamlı inkişaf prinsiplərini tətbiq etmək bacarığına malik yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Məzunlar dövlət qurumlarında, özəl şirkətlərdə, beynəlxalq təşkilatlarda, elmi-tədqiqat müəssisələrində və ali təhsil müəssisələrində fəaliyyət göstərə, həmçinin doktorantura təhsilini davam etdirə bilərlər.

Dərəcə tələbləri

7004008 – Menecment magistratura təhsil proqramı müasir idarəetmə nəzəriyyəsi və praktikasına əsaslanan, dövlət və özəl sektorda peşəkar menecerlərin hazırlanmasını təmin edən ali təhsil proqramıdır. Proqram magistrantlara strateji düşünmə, qərar qəbuletmə, liderlik, innovasiya, layihələrin idarə olunması, rəqəmsal transformasiya və təşkilati inkişaf sahələrində dərin nəzəri biliklər və praktiki bacarıqlar qazandırır. Təhsil proqramı əmək bazarının tələbləri, beynəlxalq təcrübə və müasir idarəetmə yanaşmaları nəzərə alınmaqla hazırlanmışdır. Proqram çərçivəsində magistrantlar tədqiqat metodları, akademik yazı və etika, məlumatların analitik təhlili, eləcə də seçilmiş ixtisaslaşma üzrə peşəkar fənləri mənimsəyirlər. Təhsil prosesi strateji menecment, innovasiya menecmenti, layihə menecmenti, insan resursları menecmenti, korporativ menecment, rəqəmsal menecment, risk menecmenti və digər istiqamətlər üzrə ixtisaslaşma imkanları yaradır.

Proqramı araşdırın