Magistr proqramı

MenecmentSəriştələr

Magistr7004008(060407)Sənaye İqtisadiyyatı və MenecmentSənaye Mühəndisliyi və Davamlı İqtisadiyyat44 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

14 səriştə

Peşə səriştələri· 5

  • COMPETENCY-30730

    Layihə menecmenti ixtisaslaşması üzrə: 1. layihənin idarə olunması ilə bağlı münasib metod müəyyən etmək və onun tətbiqinə nəzarət etmək; 2. layihənin mövcud tələblərə uyğun hazırlanmasına nəzarət etmək; 3. layihələrin vaxt və büdcə parametrləri üzrə icrasını təmin edə bilmək; 4. layihənin texniki, maliyyə və institutsional tələblərə uyğunluğunu təmin etmək; 5. layihə üçün potensial riskləri müəyyənləşdirmək və risk azaldıcı planlar hazırlamaq; 6. layihə üzrə maraqlı tərəflərlə kommunikasiya strategiyalarını hazırlamaq; 7. layihənin icrası zamanı keyfiyyət standartlarına nəzarəti təmin etmək; 8. layihənin nəticələrinə dair rəy vermək;

  • COMPETENCY-58740

    Səhiyyə menecmenti ixtisaslaşması üzrə: 1. səhiyyə təşkilatlarında effektiv idarəetmə strategiyalarını formalaşdırmaq üçün son elmi araşdırmaları və müasir yanaşmaları inteqrasiya etmək; 2. məhsuldar strategiyaları, siyasətləri və resurs idarəetməsini müəyyən etmək üçün sübuta əsaslanan yanaşmaları qiymətləndirmək və tətbiq etmək; 3. mürəkkəb səhiyyə şəraitində effektiv şəkildə liderlik və idarə etmək, tədqiqata əsaslanan risk idarəetməsi və klinik idarəetmə keyfiyyət prosesləri vasitəsilə səhiyyə xidmətlərinin nəticələrini yaxşılaşdırmaq üçün inkişaf etmiş imkanları tətbiq etmək; 4. cari nəzəri müzakirələr, texnikalar və təcrübələr əsasında səhiyyə xidməti və epidemioloji məlumatları araşdırmaq, təhlil və sintez etmək, səhiyyə xidməti strategiyalarını, layihələrini, siyasətlərini və proqramlarını planlaşdırmaq və qiymətləndirmək; 5. müxtəlif kontekstlərdə səhiyyə xidmətinin idarəetmə problemlərini həll etmək, prioritetlərini, siyasətini, təcrübəsini formalaşdırmaq üçün müvafiq tədqiqat və tədqiqata əsaslanan metodları təfsir və tətbiq etmək; 6. multidissiplinar iş üsullarını nümayiş etdirmək və səhiyyə xidmətlərinin nəticələrini artırmaq üçün komandada işləmək; 7. yerli, milli və beynəlxalq şəraitdə səhiyyə xidməti mütəxəssisləri kimi məhsuldar fəaliyyət göstərməyə imkan verən inkişaf etmiş mədəni bilikləri və qlobal perspektivi tətbiq etmək.

  • COMPETENCY-32965

    İnsan resursları menecmenti ixtisaslaşması üzrə: 1. kadr seçimi, işə qəbul, adaptasiya və peşəkar inkişafla bağlı strategiyalar formalaşdırmaq və icra etmək; 2. insan resurslarının fəaliyyətinə nəzarət mexanizmləri müəyyən etmək və monitorinqlər keçirmək; 3. insan resurslarının fəaliyyət göstəricilərinə görə xidməti fəaliyyətini qiymətləndirmək; 4. insan resurslarının idarə edilməsi sahəsində təşkilati strategiyalar tətbiq etməklə təşkilatın ümumi məqsəd və strategiyası ilə uyğunlaşdırmaq; 5. insan resursları analitikasında əsas fəaliyyət göstəricilərindən (KPI) istifadəyə nəzarət etmək; 6. təşkilati strukturun optimallaşdırılması ilə bağlı təkliflər vermək; 7. insan resurslarının motivasiyası ilə bağlı tədbirlər görmək; 8. insan resurslarının təlim və inkişaf proqramlarını müəyyən etmək və icra etmək;

  • COMPETENCY-99080

    İnnovasiya menecmenti ixtisaslaşması üzrə: 1. texnoloji, bazar və normativ meylləri təhlil edərək innovasiyaların tətbiq olunması mümkün olan sahələri müəyyən etmək; 2. korporativ strategiyaya və maraqlı tərəflərin (stakeholder-lərin) ehtiyaclarına uyğun innovasiya planları hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək; 3. minimal işlək məhsullar (MVP), A/B testləri və prototiplər vasitəsilə eksperimentlər planlaşdırmaq və icrasına nəzarət etmək; 4. dizayn düşüncəsi (design thinking) və digər tədqiqat yanaşmalarnı istifadə edərək biznes modelləri hazırlamaq; 5. patent, kommersiya sirri (Know-How), lisenziya kimi intellektual mülkiyyət strategiyalarını seçmək və kommersiyalaşdırma planına uyğunlaşdırmaq; 6. təşkilatda innovativ yanaşmaların motivasiya sistemini formalaşdırmaqla innovasiya layihələrinin tətbiqinə nəzarət etmək; 7. innovasiya inkişaf planlarını hazırlamaq və onların həyata keçirilməsinə rəhbərlik etmək;

  • COMPETENCY-94907

    Strateji menecment ixtisaslaşması üzrə: 1. korporativ, biznes və funksional səviyyələrdə strateji qərarlar qəbul edə bilmək; 2. strateji planlaşdırma proseslərinin icrasına nəzarəti həyata keçirmək və zərurət yarandığı halda strateji dəyişikliklər etmək; 3. davamlı inkişaf strategiyaları hazırlamaq və icrasını təmin etmək; 4. qısamüddətli və uzunmüddətli planlarla rəqabət üstünlüyü təmin etmək; 5. strateji təhlillərə əsaslanmaqla qərar qəbul etmək; 6. strateji dəyişikliklərin icrasını təmin etmək;

İxtisas səriştələri· 9

  • COMPETENCY-28488

    1.Peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri müstəqil şəkildə həll edə bilmək;

  • COMPETENCY-55367

    2.Müvafiq fəaliyyət və metodları təklif etmək, planlaşdırmaq, onların cari və perspektiv nəticələrini təhlil etmək;

  • COMPETENCY-39906

    3.Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin səbəblərini araşdırmaq, konkret vaxt çərçivəsində və məhdud informasiya şəraitində onları həll edə bilmək;

  • COMPETENCY-25129

    4.Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq texnologiya və metodları seçmək və onlardan istifadə edə bilmək, həmçinin gözlənilən nəticələri müəyyənləşdirmək, dəyərləndirmək və qiymətləndirmək;

  • COMPETENCY-70630

    5.Fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı öz fəaliyyətini tənqidi şəkildə dəyərləndirmək;

  • COMPETENCY-77548

    6.fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri Azərbaycan dilində və bir xarici dildə şifahi və yazılı olaraq təqdim etmək, əsaslandırmaq, həmçinin mütəxəssis və qeyri-mütəxəssislərlə birgə müvafiq müzakirələrdə iştirak etmək;

  • COMPETENCY-47442

    7.Müxtəlif üsullarla öz bilik və səriştələrini başqalarına ötürə bilmək

  • COMPETENCY-14406

    8.Istənilən şəraitdə etik davranış qaydalarına uyğun şəkildə fəaliyyət göstərmək, şəxsi davranışlarının etik aspekt və imkanlarını, məhdudiyyətlərini və sosial rolunu anlamaq;

  • COMPETENCY-51498

    9.Davamlı öyrənmə və peşəkar inkişafla bağlı özünün və digərlərinin ehtiyaclarını qiymətləndirə bilmək, həmçinin müstəqil öyrənmə üçün zəruri olan səmərəli metodlardan istifadə edə bilmək.