Bakalavr proqramı
MenecmentFənn nəticələri
Fənn təlim nəticələri
Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.
- ÜF-1302y-MenecmentFənnin səhifəsi: Azərbaycan tarixi
Azərbaycan tarixi
CLO 1: • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
CLO 2: • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
CLO 3: • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
CLO 4: • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
CLO 5: • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
- ÜF-1306y-MenecmentFənnin səhifəsi: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.
- İF-71904yFənnin səhifəsi: Menecment
Menecment
CLO 1: • FTN1: Menecmentin mahiyyətini, əsas anlayışlarını, prinsiplərini, funksiyalarını və tarixi inkişaf mərhələlərini izah edir. • FTN2: Təşkilati məqsədlərin müəyyənləşdirilməsi, planlaşdırma və strateji idarəetmə metodlarını konkret təşkilati situasiyalarda tətbiq edir. • FTN3: Təşkilati struktur, əmək bölgüsü, səlahiyyətlərin bölüşdürülməsi və qərarqəbuletmə proseslərini təhlil edir. • FTN4: Liderlik, motivasiya, kommunikasiya və komanda idarəçiliyi ilə bağlı idarəetmə situasiyalarını təhlil edir və qiymətləndirir. • FTN5: Təşkilatın daxili və xarici mühitini və inkişaf imkanlarını müvafiq idarəetmə alətləri vasitəsilə qiymətləndirir. • FTN6: Təşkilati problemlərin həlli üçün əsaslandırılmış idarəetmə strategiyası və fəaliyyət planı hazırlayır və təqdim edir.
- if71905yFənnin səhifəsi: Korporativ idarəetmə
Korporativ idarəetmə
CLO 1: FTN 1. Korporativ idarəetmənin mahiyyətini, məqsədlərini, prinsiplərini və əsas modellərini izah edir. FTN 2. Korporativ idarəetmə sistemində səhmdarların, direktorlar şurasının, icraedici orqanların və digər maraqlı tərəflərin rolunu və məsuliyyətlərini müəyyən edir. FTN 3. Direktorlar şurasının fəaliyyətini, korporativ qərarların qəbul edilməsi mexanizmlərini və korporativ nəzarət alətlərini təhlil edir. FTN 4. Korporativ idarəetmədə şəffaflıq, hesabatlılıq, informasiya açıqlığı və maraqlar toqquşmasının idarə olunması prinsiplərini tətbiq edir. FTN 5. Korporativ risklərin idarə edilməsi, daxili nəzarət və audit mexanizmlərini qiymətləndirir və onların təşkilatın fəaliyyətinə təsirini müəyyən edir. FTN 6. Müxtəlif korporativ idarəetmə problemlərini təhlil edir, onların həlli üçün əsaslandırılmış idarəetmə qərarları və təklifləri hazırlayır.
- İF-2650yFənnin səhifəsi: Strateji menecment
Strateji menecment
CLO 1: Strateji menecmentin əsas anlayış və terminlərini izah etmək; Strateji planlaşdırma prosesinin mərhələlərini sadalamaq; Əsas strateji modelləri (məsələn, SWOT, PESTEL, Porterin Beş Qüvvə modelini) müəyyən etmək; Missiya və vizyon bəyanatlarının əhəmiyyətini şərh etmək; Daxili və xarici mühit amillərinin strategiyaya təsirini izah etmək; Müxtəlif rəqabət strategiyalarını müqayisə etmək; Verilmiş şirkət nümunəsinə SWOT və ya PESTEL təhlilini tətbiq etmək; Praktik vəziyyətlərdə strateji alternativləri hazırlamaq və tətbiq etmək; Təşkilatın strateji mövqeyini təhlil etmək; Rəqabət mühitini və sahənin strukturunu araşdırmaq; Alternativ strategiyaların güclü və zəif tərəflərini fərqləndirmək; Strateji variantları müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmək; Seçilmiş strategiyanın effektivliyini əsaslandırmaq; Riskləri və gözlənilən nəticələri nəzərə alaraq əsaslandırılmış qərarlar qəbul etmək; Konkret təşkilat üçün hərtərəfli strateji plan hazırlamaq; İnnovativ və dayanıqlı inkişaf strategiyaları hazırlamaq.