Fənn · Menecment

Korporativ idarəetmə

if71905y6 kreditPayız semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

1saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Korporativ menecment-biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati strukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq şirkətin firmalararası və firmadaxili münasibətlərinin təşkilidir. İqtisadi qloballaşma proseslərinin dərinləşməsi bu sahənin də ardıcıl olaraq inkişafı və təkmilləşdirilməsini tələb edir. Son dövrlərdə baş verən qlobal maliyyə-iqtisadi böhran həmin məsələlərə diqqətin daha da yüksəldilməsi zəruriliyini şərtləndirmişdir. Müasir şəraitdə ölkə iqtisadiyyatının dünya təsərrüfatına səmərəli inteqrasiyasını, habelə qlobal iqtisadiyyatda baş verən böhranların milli təsərrüfata zərərli təsirlərinin azaldılmasını təmin edən tənzimləmə sistemi yaradılmalıdır. Bu sistemdə isə korporativ strukturların səmərəli idarə edilməsi mühüm yer tutur. “Korporativ idarəetmə” fənninin tədrisində əsas məqsəd tələbələrdə korporativ idarəetmə haqqında dünyagörüşü formalaşdırmaqdır. Onlar korporativ strukturlar haqqında biliyin və onu anlamanın bu sahənin idarə edilməsinə necə təsir etdiyini öyrənirlər. Korporativ menecment sahəsində sosial məsuliyyət və texnologiyada əsas sayılan məsələlərə xüsusi diqqət yetirilər ki, bu da onların iqtisadi və idarəçilik biliklərə yiyələnmək və gələcəkdə onlara işlədikləri sahədə səmərəli təsərrüfat qərarlarının qəbul edilməsində kömək edəcək başlıca alət rolunu oynayır.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. Korporativ idarəetmənin mahiyyətini, məqsədlərini, prinsiplərini və əsas modellərini izah edir. FTN 2. Korporativ idarəetmə sistemində səhmdarların, direktorlar şurasının, icraedici orqanların və digər maraqlı tərəflərin rolunu və məsuliyyətlərini müəyyən edir. FTN 3. Direktorlar şurasının fəaliyyətini, korporativ qərarların qəbul edilməsi mexanizmlərini və korporativ nəzarət alətlərini təhlil edir. FTN 4. Korporativ idarəetmədə şəffaflıq, hesabatlılıq, informasiya açıqlığı və maraqlar toqquşmasının idarə olunması prinsiplərini tətbiq edir. FTN 5. Korporativ risklərin idarə edilməsi, daxili nəzarət və audit mexanizmlərini qiymətləndirir və onların təşkilatın fəaliyyətinə təsirini müəyyən edir. FTN 6. Müxtəlif korporativ idarəetmə problemlərini təhlil edir, onların həlli üçün əsaslandırılmış idarəetmə qərarları və təklifləri hazırlayır.