Bakalavr proqramı

MenecmentKaryera imkanları

Bakalavr6004007(050408)Sənaye İqtisadiyyatı və MenecmentSənaye Mühəndisliyi və Davamlı İqtisadiyyat34 fənn

Məzun karyera imkanları

Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.

1 karyera istiqaməti
  • 1. “Menecment” ixtisası üzrə Təhsil Proqramının məzunları həm özəl, həm də dövlət sektorunda layihə menecmenti, insan resursları menecmenti, ictimaiyyətlə əlaqələr, müştəri əlaqələrinin idarə edilməsi, əməliyyatların idarə edilməsi və satış sahələrində fəaliyyət göstərə bilərlər. Məzunlar layihə meneceri, insan resursları üzrə menecer, əməliyyatlar üzrə menecer, satınalmalar üzrə menecer, ictimaiyyətlə əlaqələr üzrə menecer və müştəri əlaqələri üzrə menecer kimi peşələrdə işləyə bilərlər. Eyni zamanda sahibkar və ya dövlət qulluqçusu kimi də fəaliyyət göstərmək imkanına malikdirlər. 2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, həmçinin vakant iş yerləri haqqında məlumatları öz rəsmi internet səhifəsində yerləşdirməlidir. 3. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdən hesab edilir.