Fənn · Menecment

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

ÜF-1306y-Menecment4 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

"Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənni ali təhsil müəssisələrində tələbələrin dövlət dilində peşəkar, elmi və rəsmi ünsiyyət bacarıqlarının formalaşdırılmasına yönəlmişdir. Fənn çərçivəsində Azərbaycan ədəbi dilinin normaları, işgüzar və akademik üslubun xüsusiyyətləri, rəsmi yazışma qaydaları, sənəd tərtibatı, akademik yazı, elmi etik davranış, nitq mədəniyyəti, təqdimat və debat bacarıqları, eləcə də rəqəmsal kommunikasiya mühitində peşəkar ünsiyyət prinsipləri öyrədilir. Tədris prosesində tələbələr müxtəlif işgüzar sənədlərin hazırlanması, akademik mətnlərin yazılması, mənbələrdən düzgün istifadə, sitatgətirmə və istinad qaydaları, plaqiatın qarşısının alınması, elmi təqdimatların hazırlanması və auditoriya qarşısında səmərəli çıxış üsullarını praktik şəkildə mənimsəyirlər. Fənn müasir informasiya-kommunikasiya texnologiyalarının və süni intellekt əsaslı alətlərin (mətn redaktəsi, akademik yazı, təqdimat hazırlama, məlumatların emalı və vizuallaşdırılması vasitələri) peşəkar və etik istifadəsini də əhatə edir. Təlim prosesində interaktiv müzakirələr, situasiya tapşırıqları, layihə əsaslı öyrənmə, komanda işi və praktiki məşğələlərdən istifadə edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: • FTN1: İşgüzar və akademik kommunikasiyanın mahiyyəti, məqsəd və funksiyaları mənimsənilir və ixtisas üzrə müxtəlif kommunikativ situasiyalarda effektiv nitq fəaliyyəti həyata keçirilir.