General information
- Subject code
- İF-3083y
- Credits
- 7
- Student workload
- 210
- Semester
- Autumn semester
- Academic year
- 2025-2026
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 45 saat - mühazirə b) 30 saat - laboratoriya
- Out-of-class hours
- a) 90 saat - TSİ b) 45 saat - MRTSİ
About the subject
“qida məhsullarının biokimyası” fənninin əsas hədəfi tələbələrə qida xammalları və hazır qida məhsullarının biokimyəvi tərkibini, bu tərkibdə baş verən kimyəvi və fermentativ prosesləri, həmçinin qida maddələrinin insan orqanizmində metabolizmini elmi əsaslarla öyrətməkdir. fənnin məqsədi qida məhsullarının əsas biokimyəvi komponentləri – zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və bioloji aktiv birləşmələr haqqında sistemli biliklər formalaşdırmaq, onların texnoloji emal və saxlanma proseslərində dəyişmələrini izah etmək, qida keyfiyyəti və təhlükəsizliyinin biokimyəvi əsaslarını mənimsətməkdir. eyni zamanda fənn tələbələrin analitik düşünmə bacarıqlarını inkişaf etdirməyi, qida sənayesində biokimyəvi proseslərin idarə olunması və məhsul keyfiyyətinin yüksəldilməsi sahəsində praktiki bacarıqlar qazandırmağı qarşıya məqsəd qoyur.
Teaching methods
- lecture
- laboratory work
- interactive discussion
- presentations
- teamwork
Course learning outcomes (CLO)
CLO 1: Ftn 1. qida kimyasının nəzəri və praktiki əsaslarını izah edir.
CLO 2: Ftn 2. qida məhsullarının əsas qida maddələrinin — zülalların, yağların, karbohidratların və fermentlərin quruluşunu, xassələrini və funksiyalarını izah edir.
CLO 3: Ftn 3. qida məhsullarının istehsalı zamanı baş verən fiziki-kimyəvi və biokimyəvi proseslərin xüsusiyyətlərini izah edir.
CLO 4: Ftn 4. taxıl, süd, ət, balıq, tərəvəz, meyvə və giləmeyvə xammallarının hazır qida məhsullarına çevrilməsi zamanı baş verən kimyəvi və biokimyəvi prosesləri izah edir.
CLO 5: Ftn 5. müxtəlif qida xammallarının saxlanma texnologiyalarını, saxlanma zamanı baş verən kimyəvi dəyişiklikləri və qida məhsullarının keyfiyyətinin qorunması üsullarını izah edir.
CLO 6: Ftn 6. qida sənayesi müəssisələrində xammalın texnoloji emalı zamanı baş verən kimyəvi və biokimyəvi proseslər haqqında bilikləri tətbiq etməyi öyrədir.
Topic plan
- 1.Qida biyokimyasına giriş. biokimyanın qida elmi ilə əlaqəsiLecture
- 2.Laboratoriya işlərinin yerinə yetirilməsi qaydaları və təhlükəsizlik texnikası tədbirləri ilə tanışlıqLaboratory
- 3.Turşular, qələvilər və ph (qida biyokimyası dərsinin əsas məqsədləri çərçivəsində: suyun ionlaşma tarazlığı, ph anlayışı, turşu–qələvi reaksiyaları və s.)Lecture
- 4.Karbon və molekulyar müxtəliflikLecture
- 5.Biokimyanın qida elmi ilə əlaqəsiLaboratory
- 6.Biomolekulyar və hüceyrəvi quruluş. biomakro molekullarLecture
- 7.Su və onun bioloji sistemlərdəki roluLecture
- 8.Turşular, qələvilər və phLaboratory
- 9.Karbohidratlar: quruluşu, təsnifatı və funksiyaları. qidalardakı karbohidratlar.Lecture
- 10.PolisaxaridlərLecture
- 11.Su və onun bioloji sistemlərdəki roluLaboratory
- 12.Lipidlər: quruluşu və təsnifatı. yağ turşuları və triqliseridlər.Lecture
- 13.Qidalarda lipidlərin oksidləşməsi və keyfiyyəti. antioksidantlar.Lecture
- 14.Karbohidratlar: quruluşu, təsnifatı və funksiyaları.Laboratory
- 15.Zülallar və amin turşuları. zülalın quruluşu və denaturasiya.Lecture
- 16.Fermentlər. qidalarda fermentlər tətbiqləri.Lecture
- 17.Polisaxaridlər: nişasta, sellüloz, pektinLaboratory
- 18.Metabolizma. hüceyrəvi tənəffüs.Lecture
- 19.Qlikoliz, sitrik turşu dövrü və oksidləşdirici fosforilləşmə.Lecture
- 20.Lipidlər: quruluşu və təsnifatıLaboratory
- 21.Fermentasiyanın alternativ enerji istehsalındakı əhəmiyyəti və bu biokimyəvi proseslərin qida sistemlərində necə işləməsi.Lecture
- 22.Nukleik turşular və polimeraz zəncir reaksiyasıLecture
- 23.Zülallar və amin turşuları. zülalın quruluşu və denaturasiya.Laboratory
- 24.Lipid mübadiləsiLecture
- 25.Zülal və amin turşusu mübadiləsiLecture
- 26.Fermentlər və onların substratlara təsiri.Laboratory
- 27.Rekombinant DNT texnologiyası, mikrobial zülal (ferment) istehsalı və təmizlənməsiLecture
- 28.Qida emalı zamanı biokimyəvi dəyişikliklər.Lecture
- 29.Qidalarda lipid oksidləşməsi və antioksidantlar. fermentasiya.Laboratory
- 30.Qida biokimyasında aktual mövzular. funksional qidalar. biotexnologiya tətbiqləri.Lecture
- 31.Qidalarda emal və saxlama zamanı baş verən biokimyəvi dəyişikliklər.Lecture
- 32.Qidalarda emal və saxlama zamanı baş verən biokimyəvi dəyişikliklər.Lecture
- 33.Qidalarda emal və saxlama zamanı baş verən biokimyəvi dəyişikliklər.Lecture
- 34.Enzimlərin qidalardakı roluIndependent work
- 35.Antioksidantların əsas vəzifələriIndependent work
- 36.Fermentasiyanın sadə biokimyasıIndependent work
- 37.Nişastanın jelatinləşməsiIndependent work
- 38.Laktoz və laktoz i̇ntoleransıIndependent work
- 39.Qlütenin əsas quruluşuIndependent work
- 40.Qidada rəng dəyişikliklərinin biokimyasıIndependent work
- 41.Dad və aroma birleşikləriIndependent work
- 42.Süd yağının biokimyəvi quruluşuIndependent work
- 43.Askorbik turşunun qidalardakı roluIndependent work
- 44.Yumurtanın biokimyəvi quruluşuIndependent work
- 45.Meyvələrdə şəkərin paylanmasıIndependent work
- 46.Qidalarda emulsiyaların əsas quruluşuIndependent work
- 47.Zülalın həzm prosesi (sadə i̇zahedici)Independent work
- 48.Nişastanın həzm olunmasıIndependent work
- 49.Yağın həzm olunmasıIndependent work
- 50.Qidalarda su aktivliyinin mikrob gelişməsinə təsiriIndependent work
- 51.Qida rəngləndiricilərində təbii–süni müqayisəsiIndependent work
- 52.Çörəyin köhnəlməsi və retroqradasiyasıIndependent work
- 53.Postmortem biokimyəvi proseslər və ətin keyfiyyətiIndependent work
Reading list
- 1. fennema’s food chemistry; 5th edition, edited by srinivasan damodaran, kirk l. parkin, CRC press, 2017
- 2. lehninger principles of biochemistry, 8th edition by david nelson, michael cox, published by w. h. freeman and company.
- 3. food chemistry, 4th edition by h.-d. belitz, peter schieberle, and professor dr.-ing. w. grosc, springer berlin, heidelberg, 2009.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |