Subject · Food engineering

Qida məhsullarının biokimyası

İF-3083y7 creditsAutumn semesterMandatory2025-2026

About this subject

Credits

7

Workload

210hours

Semester

Autumn

Academic year

2025-2026

Description

“qida məhsullarının biokimyası” fənninin əsas hədəfi tələbələrə qida xammalları və hazır qida məhsullarının biokimyəvi tərkibini, bu tərkibdə baş verən kimyəvi və fermentativ prosesləri, həmçinin qida maddələrinin insan orqanizmində metabolizmini elmi əsaslarla öyrətməkdir. fənnin məqsədi qida məhsullarının əsas biokimyəvi komponentləri – zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və bioloji aktiv birləşmələr haqqında sistemli biliklər formalaşdırmaq, onların texnoloji emal və saxlanma proseslərində dəyişmələrini izah etmək, qida keyfiyyəti və təhlükəsizliyinin biokimyəvi əsaslarını mənimsətməkdir. eyni zamanda fənn tələbələrin analitik düşünmə bacarıqlarını inkişaf etdirməyi, qida sənayesində biokimyəvi proseslərin idarə olunması və məhsul keyfiyyətinin yüksəldilməsi sahəsində praktiki bacarıqlar qazandırmağı qarşıya məqsəd qoyur.

Course learning outcomes

  1. CLO 1: Ftn 1. qida kimyasının nəzəri və praktiki əsaslarını izah edir.

  2. CLO 2: Ftn 2. qida məhsullarının əsas qida maddələrinin — zülalların, yağların, karbohidratların və fermentlərin quruluşunu, xassələrini və funksiyalarını izah edir.

  3. CLO 3: Ftn 3. qida məhsullarının istehsalı zamanı baş verən fiziki-kimyəvi və biokimyəvi proseslərin xüsusiyyətlərini izah edir.

  4. CLO 4: Ftn 4. taxıl, süd, ət, balıq, tərəvəz, meyvə və giləmeyvə xammallarının hazır qida məhsullarına çevrilməsi zamanı baş verən kimyəvi və biokimyəvi prosesləri izah edir.

  5. CLO 5: Ftn 5. müxtəlif qida xammallarının saxlanma texnologiyalarını, saxlanma zamanı baş verən kimyəvi dəyişiklikləri və qida məhsullarının keyfiyyətinin qorunması üsullarını izah edir.

  6. CLO 6: Ftn 6. qida sənayesi müəssisələrində xammalın texnoloji emalı zamanı baş verən kimyəvi və biokimyəvi proseslər haqqında bilikləri tətbiq etməyi öyrədir.