Ümumi məlumat
- Fənn kodu
- İF-3083y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat - mühazirə b) 30 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 90 saat - TSİ b) 45 saat - MRTSİ
Fənn haqqında
“Qida məhsullarının biokimyası” fənninin əsas hədəfi tələbələrə qida xammalları və hazır qida məhsullarının biokimyəvi tərkibini, bu tərkibdə baş verən kimyəvi və fermentativ prosesləri, həmçinin qida maddələrinin insan orqanizmində metabolizmini elmi əsaslarla öyrətməkdir. Fənnin məqsədi qida məhsullarının əsas biokimyəvi komponentləri – zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və bioloji aktiv birləşmələr haqqında sistemli biliklər formalaşdırmaq, onların texnoloji emal və saxlanma proseslərində dəyişmələrini izah etmək, qida keyfiyyəti və təhlükəsizliyinin biokimyəvi əsaslarını mənimsətməkdir. Eyni zamanda fənn tələbələrin analitik düşünmə bacarıqlarını inkişaf etdirməyi, qida sənayesində biokimyəvi proseslərin idarə olunması və məhsul keyfiyyətinin yüksəldilməsi sahəsində praktiki bacarıqlar qazandırmağı qarşıya məqsəd qoyur.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Qida kimyasının nəzəri və praktiki əsaslarını izah edir.
CLO 2: FTN 2. Qida məhsullarının əsas qida maddələrinin — zülalların, yağların, karbohidratların və fermentlərin quruluşunu, xassələrini və funksiyalarını izah edir.
CLO 3: FTN 3. Qida məhsullarının istehsalı zamanı baş verən fiziki-kimyəvi və biokimyəvi proseslərin xüsusiyyətlərini izah edir.
CLO 4: FTN 4. Taxıl, süd, ət, balıq, tərəvəz, meyvə və giləmeyvə xammallarının hazır qida məhsullarına çevrilməsi zamanı baş verən kimyəvi və biokimyəvi prosesləri izah edir.
CLO 5: FTN 5. Müxtəlif qida xammallarının saxlanma texnologiyalarını, saxlanma zamanı baş verən kimyəvi dəyişiklikləri və qida məhsullarının keyfiyyətinin qorunması üsullarını izah edir.
CLO 6: FTN 6. Qida sənayesi müəssisələrində xammalın texnoloji emalı zamanı baş verən kimyəvi və biokimyəvi proseslər haqqında bilikləri tətbiq etməyi öyrədir.
Mövzu planı
- 1.Qida biyokimyasına giriş. Biokimyanın qida elmi ilə əlaqəsi Mühazirə
- 2.Laboratoriya işlərinin yerinə yetirilməsi qaydaları və təhlükəsizlik texnikası tədbirləri ilə tanışlıqLaboratoriya
- 3.Turşular, qələvilər və pH (Qida biyokimyası dərsinin əsas məqsədləri çərçivəsində: suyun ionlaşma tarazlığı, pH anlayışı, turşu–qələvi reaksiyaları və s.) Mühazirə
- 4.Karbon və molekulyar müxtəliflik Mühazirə
- 5.Biokimyanın qida elmi ilə əlaqəsi Laboratoriya
- 6.Biomolekulyar və hüceyrəvi quruluş. Biomakro molekullar Mühazirə
- 7.Su və onun bioloji sistemlərdəki rolu Mühazirə
- 8.Turşular, qələvilər və pH Laboratoriya
- 9.Karbohidratlar: quruluşu, təsnifatı və funksiyaları. Qidalardakı karbohidratlar. Mühazirə
- 10.PolisaxaridlərMühazirə
- 11.Su və onun bioloji sistemlərdəki roluLaboratoriya
- 12.Lipidlər: quruluşu və təsnifatı. Yağ turşuları və triqliseridlər. Mühazirə
- 13.Qidalarda lipidlərin oksidləşməsi və keyfiyyəti. Antioksidantlar. Mühazirə
- 14.Karbohidratlar: quruluşu, təsnifatı və funksiyaları. Laboratoriya
- 15.Zülallar və amin turşuları. Zülalın quruluşu və denaturasiya. Mühazirə
- 16.Fermentlər. Qidalarda fermentlər tətbiqləri. Mühazirə
- 17.Polisaxaridlər: nişasta, sellüloz, pektin Laboratoriya
- 18.Metabolizma. Hüceyrəvi tənəffüs. Mühazirə
- 19.Qlikoliz, sitrik turşu dövrü və oksidləşdirici fosforilləşmə. Mühazirə
- 20.Lipidlər: quruluşu və təsnifatı Laboratoriya
- 21.Fermentasiyanın alternativ enerji istehsalındakı əhəmiyyəti və bu biokimyəvi proseslərin qida sistemlərində necə işləməsi. Mühazirə
- 22.Nukleik turşular və Polimeraz Zəncir ReaksiyasıMühazirə
- 23.Zülallar və amin turşuları. Zülalın quruluşu və denaturasiya. Laboratoriya
- 24.Lipid mübadiləsi Mühazirə
- 25.Zülal və amin turşusu mübadiləsi Mühazirə
- 26.Fermentlər və onların substratlara təsiri. Laboratoriya
- 27.Rekombinant DNT texnologiyası, mikrobial zülal (Ferment) istehsalı və təmizlənməsi Mühazirə
- 28.Qida emalı zamanı biokimyəvi dəyişikliklər. Mühazirə
- 29.Qidalarda lipid oksidləşməsi və antioksidantlar. Fermentasiya.Laboratoriya
- 30.Qida biokimyasında aktual mövzular. Funksional qidalar. Biotexnologiya tətbiqləri. Mühazirə
- 31.Qidalarda emal və saxlama zamanı baş verən biokimyəvi dəyişikliklər. Mühazirə
- 32.Qidalarda emal və saxlama zamanı baş verən biokimyəvi dəyişikliklər. Mühazirə
- 33.Qidalarda emal və saxlama zamanı baş verən biokimyəvi dəyişikliklər. Mühazirə
- 34.Enzimlərin Qidalardakı RoluSərbəst iş
- 35.Antioksidantların Əsas VəzifələriSərbəst iş
- 36.Fermentasiyanın Sadə BiokimyasıSərbəst iş
- 37.Nişastanın JelatinləşməsiSərbəst iş
- 38.Laktoz və Laktoz İntoleransıSərbəst iş
- 39.Qlütenin Əsas QuruluşuSərbəst iş
- 40.Qidada Rəng Dəyişikliklərinin BiokimyasıSərbəst iş
- 41.Dad və Aroma BirleşikləriSərbəst iş
- 42.Süd Yağının Biokimyəvi QuruluşuSərbəst iş
- 43.Askorbik Turşunun Qidalardakı RoluSərbəst iş
- 44.Yumurtanın Biokimyəvi QuruluşuSərbəst iş
- 45.Meyvələrdə Şəkərin PaylanmasıSərbəst iş
- 46.Qidalarda Emulsiyaların Əsas QuruluşuSərbəst iş
- 47.Zülalın Həzm Prosesi (Sadə İzahedici)Sərbəst iş
- 48.Nişastanın Həzm OlunmasıSərbəst iş
- 49.Yağın Həzm OlunmasıSərbəst iş
- 50.Qidalarda Su Aktivliyinin Mikrob Gelişməsinə TəsiriSərbəst iş
- 51.Qida Rəngləndiricilərində Təbii–Süni MüqayisəsiSərbəst iş
- 52.Çörəyin Köhnəlməsi və RetroqradasiyasıSərbəst iş
- 53.Postmortem Biokimyəvi Proseslər və Ətin KeyfiyyətiSərbəst iş
Ədəbiyyat
- 1. Fennema’s Food Chemistry; 5th Edition, Edited By Srinivasan Damodaran, Kirk L. Parkin, CRC Press, 2017
- 2. Lehninger Principles of Biochemistry, 8th Edition by David Nelson, Michael Cox, published by W. H. Freeman and Company.
- 3. Food Chemistry, 4th Edition by H.-D. Belitz, Peter Schieberle, and Professor Dr.-Ing. W. Grosc, Springer Berlin, Heidelberg, 2009.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |