Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi
Məlumatın radiotutmadan müdafiəsinin üsul və vasitələri
Fənn haqqında
Kredit
5
İş yükü
105saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Məlumatların radiotutmadan mühafizəsinin ümumi anlayışı, qorunan məlumatların təsnifatı, məlumatların qorunmasında tətbiq olunan məhdudiyyət rejimlərini bilmələri. məlumatın sızmasının texniki kanallarını və bu sızmadan müdafiənin aktiv üsullarını, radio və radiotexniki kəşfiyyatın təsnifatını, radioelektron müşahidə və mühafizə sistemlərinin strukturunu, radiopelenqasiyanı, radiotexniki kəşfiyyat vasitələrinin köməyi ilə siqnalın aşkar edilən xarakteristikalarını təhlil etməyi. radio və radiotexniki kəşfiyyatda obyektin yerinin təyin edilməsinin üsullarını, radioelektron əks təsiri və elektromaqnit uyğunluğunun öyrənilməsi. müvafiq normativ-hüquqi ba¬za haq¬qın¬da kom¬¬petent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.
Fənn təlim nəticələri
CLO 1: Kəşfiyyat məlumatlarının əldə edilmə üsullarını, radioelektron mühafizənin təyinatını və tərkibini izah edə bilmək .
CLO 2: Obyektlərin silah-texnikaların və qoşun fəaliyyətlərinin demaskalanma əlamətlərini müəyyən edərək, onların xarici texniki kəşfiyyatdan qorunması üçün təşkilati-texniki tədbirləri planlaşdıra bilmək.
CLO 3: Elektromaqnit uyğunluğunun təmin edilməsi və məlumatların radiotutmadan müdafiəsi üzrə tələblərə uyğun praktiki həllər tətbiq edə bilmək
CLO 4: Radioelektron kəşfiyyatın növlərini, qüvvə və vasitələrini, o cümlədən RLK stansiyalarının texniki parametrlərini təhlil edə bilmək.
CLO 5: Radiopelenqator vasitələrindən istifadə etməklə şüalanma mənbələrinin yerini müəyyənləşdirmək və aşkarlanma şərtlərini hesablaya bilmək bacarığına malik olmaq.