Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi

Məlumatın radiotutmadan müdafiəsinin üsul və vasitələriSillabus

İFS-4558y5 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-4558y
Kredit
5
Tələbənin iş yükü
105
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
30 saat mühazirə 15 saat məşğələ
Auditoriyadan kənar saatlar
90 saat sərbəst iş 15 saat hazırlıq

Fənn haqqında

Məlumatların radiotutmadan mühafizəsinin ümumi anlayışı, qorunan məlumatların təsnifatı, məlumatların qorunmasında tətbiq olunan məhdudiyyət rejimlərini bilmələri. məlumatın sızmasının texniki kanallarını və bu sızmadan müdafiənin aktiv üsullarını, radio və radiotexniki kəşfiyyatın təsnifatını, radioelektron müşahidə və mühafizə sistemlərinin strukturunu, radiopelenqasiyanı, radiotexniki kəşfiyyat vasitələrinin köməyi ilə siqnalın aşkar edilən xarakteristikalarını təhlil etməyi. radio və radiotexniki kəşfiyyatda obyektin yerinin təyin edilməsinin üsullarını, radioelektron əks təsiri və elektromaqnit uyğunluğunun öyrənilməsi. müvafiq normativ-hüquqi ba¬za haq¬qın¬da kom¬¬petent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Kəşfiyyat məlumatlarının əldə edilmə üsullarını, radioelektron mühafizənin təyinatını və tərkibini izah edə bilmək .

  2. CLO 2: Obyektlərin silah-texnikaların və qoşun fəaliyyətlərinin demaskalanma əlamətlərini müəyyən edərək, onların xarici texniki kəşfiyyatdan qorunması üçün təşkilati-texniki tədbirləri planlaşdıra bilmək.

  3. CLO 3: Elektromaqnit uyğunluğunun təmin edilməsi və məlumatların radiotutmadan müdafiəsi üzrə tələblərə uyğun praktiki həllər tətbiq edə bilmək

  4. CLO 4: Radioelektron kəşfiyyatın növlərini, qüvvə və vasitələrini, o cümlədən RLK stansiyalarının texniki parametrlərini təhlil edə bilmək.

  5. CLO 5: Radiopelenqator vasitələrindən istifadə etməklə şüalanma mənbələrinin yerini müəyyənləşdirmək və aşkarlanma şərtlərini hesablaya bilmək bacarığına malik olmaq.

Mövzu planı

  1. 1.
    Giriş. Fənn haqında ümumi məlumat. - Fənnin yeri və rolu. Ayrılan dərs saatlarının izahı. Tələbələrin motivasiya olunması və onlara olan tələblər (M) Mühazirə
  2. 2.
    Kəşfiyyat məlumatlarının əldə edilməsi və araşdırılması. -Məlumatın aşkaretmə şərtləri. Radiotexniki vasitələrin siqnallarının aşkar edilməsi şərtləri. Axtarış və müşahidə. Əldə etmə prossesi (M)Mühazirə
  3. 3.
    - Radioelektron kəşfiyyatın növləri, qüvvə və vasitələri (S)Məşğələ
  4. 4.
    Radioelektron mühafizənin təyinatı və tərkibi. - Radioelektron mühafizə anlayışı. Radioelektron mühafizənin fasiləsiz və kompleksli tətbiqi. Radioelektron vasitələrin özüyönələn silahlardan mühafizə üsulları (M)Mühazirə
  5. 5.
    Radioelektron vasitələrin düşmənin radioelektron mübarizəsindən və qərəzsiz maneələrdən təşkilati mühafizə üsulları və rabitə vasitələrinin radioelektron mühafizəsi. - Radioelektron vasitələrin düşmənin radioelektron mübarizəsindən və qərəzsiz maneələrdən təşkilati mühafizə üsulları. Rabitə vasitələrinin radioelektron mühafizəsi (M)Mühazirə
  6. 6.
    Radiolokasiya stansiyaları, texniki parametrləri və xarakteristikaları (S)Məşğələ
  7. 7.
    Elektromaqnit uyğunluğun təminatı. Qarşılıqlı radiomaneələr. Sənaye maneələri. - Kontaktlı maneələr. Qərəzsiz radiomaneələrin yaranma (QRM) səbəbləri. Elektromaqnit uyğunluğun təminatının texniki üsulları. Elektromaqnit uyğunluğun təminatının təşkilati üsulları (M)Mühazirə
  8. 8.
    Məlumatların radiotutmadan müdafiəsinin tərkibi və ona qoyulan tələblər. - Xarici texniki kəşfiyyata əkstəsir anlayışı. Kompleks xarici texniki kəşfiyyata əkstəsir. Xarici texniki kəşfiyyata əkstəsirin mahiyyəti. Xarici texniki kəşfiyyata əks təsirin tərkibi(M) Mühazirə
  9. 9.
    Radio və radiotexniki kəşfiyyat qurğularının növləri (S) Məşğələ
  10. 10.
    Qorunan məlumatların müdafiəsinin məqsədi. - Qorunan məlumat anlayışı. Qoşunlarda qorunan məlumatlar (M)Mühazirə
  11. 11.
    Obyekt, silah, texnika və qoşunların fəaliyyətlərinin dərəcələndirilməsi. - Birinci dərəcəli obyeklər. İkinci dərəcəli obyeklər. Üçüncü dərəcəli obyeklər. Silah və hərbi texnikanın dərəcələndirilməsi (M)Mühazirə
  12. 12.
    Radiopelenqator. Radiopelenqatorun təsnifatı (S)Məşğələ
  13. 13.
    Obyekt və fəaliyyətlərin demaskalanma əlamətləri. - Demaskalanma əlaməti nədir. Hərbi texnikanın və obyektlərin qrup və fərdi demaskalanma əlamətləri. Əməliyyat-taktiki və texniki demaskalanma əlamətləri(M) Mühazirə
  14. 14.
    Məlumatların sızma kanalları və demaskalanma əlamətlərinin aradan qaldırılması. - Texniki məlumat ötürmə vasitələrinin xüsusi qorunması. Demaskalanma əlamətlərinin aradan qaldırılması (M)Mühazirə
  15. 15.
    Obyektlərin xarici texniki kəşfiyyatın fəaliyyəti haqqında xəbərdar etmə. - Xəbərdarlığın həyata keçirmə qaydası. Radiotutma (kəşfiyyat) vasitələrinin, kəşfiyyat məlumatlarının qəbulu qüvvə və vasitələrin idarəetmə kanallarının radiosusdurulması (M)Mühazirə
  16. 16.
    Texniki yalnış məlumatların ötürülməsi, əfsanələşdirmə texniki məlumat ötürmə vasitələrinin xüsusi qorunması. - Texniki yalnış məlumatların ötürülməsinin tədbir və üsulları. Əfsanələşdirmə. Texniki məlumat ötürmə vasitələrinin xüsusi qorunması (M)Mühazirə
  17. 17.
    Sülh dövründə texnikanın layihələşdirilməsi və istismarı mərhələsində nəzarətin təşkili. - Kompleks nəzarətin təşkilati tədbirləri. Kompleks nəzarətin texniki tədbirləri. Sülh dövründə texnikanın layihələşdirilməsi və istismarı mərhələsində nəzarətin təşkili (MMühazirə
  18. 18.
    Radioelektron kəşfiyyat haqqında ümumi məlumatlar. Radiokəşfiyyat. Radiotexniki kəşfiyyat. Radioelektron kəşfiyyat (REK) haqqında ümumi məlumatlar(M)Mühazirə
  19. 19.
    Radiotexniki vasitələrin siqnallarının aşkar edilmə şərtləri (S)Məşğələ
  20. 20.
    Radioelektron kəşfiyyatın növləri. -Radiokəşfiyyat, radiotexniki kəşfiyyat, optiko-elektron kəşfiyyatlarının məzmunu (M)Mühazirə
  21. 21.
    Şüalanan mənbə yerlərinin müəyyənləşdirilməsinin əsasları pelenqləmə bazasının hesablanması (S) Məşğələ

Ədəbiyyat

  1. 1.Radiokəşfiyyatın əsasları üzrə kitab Bakı 2018 SQ TTM. 210 səh. 2. Ф.Р. Алиев, П.А. Хмарский «ОСНОВЫ РАДИОЭЛЕКТРОННОЙ БОРЬБЫ» Баку, 2023 г, 360 стр. 3. Ф.Р. Алиев, П.А. Хмарский «ОСНОВЫ ПОСТРОЕНИЯ И ПРОЕКТИРОВАНИЯ РАДИОЛОКАЦИОННЫХ СИСТЕМ» Баку 2023 г, 211 стр. 4. A.M.Paşayev, A.R.Həsənov. “Radiotexniki siqnallar və dövrələr” А.М.Пашайев, Ali məktəblər üçün dərslik, Bakı, 2005, 274 səh. 5 .C.H.Cəfərov “Antenna qurğuları” Bakı 2007. – 176 səh.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
Yazılıİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5