Fənn · Hərbi rabitə vasitələri mühəndisliyi

Məlumatın radiotutmadan müdafiəsinin üsul və vasitələriCLO↔PLO matrisi

İFS-4558y5 kreditPayız semestriSeçmə2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

5 CLO × 6 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6
CLO 1CLO-25103Kəşfiyyat məlumatlarının əldə edilmə üsullarını, radioelektron mühafizənin təyinatını və tərkibini izah edə bilmək .uyğunduruyğun deyiluyğunduruyğunduruyğun deyiluyğun deyil
CLO 2CLO-36519Obyektlərin silah-texnikaların və qoşun fəaliyyətlərinin demaskalanma əlamətlərini müəyyən edərək, onların xarici texniki kəşfiyyatdan qorunması üçün təşkilati-texniki tədbirləri planlaşdıra bilmək.uyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğunduruyğun deyil
CLO 3CLO-66033Elektromaqnit uyğunluğunun təmin edilməsi və məlumatların radiotutmadan müdafiəsi üzrə tələblərə uyğun praktiki həllər tətbiq edə bilməkuyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 4CLO-15411Radioelektron kəşfiyyatın növlərini, qüvvə və vasitələrini, o cümlədən RLK stansiyalarının texniki parametrlərini təhlil edə bilmək.uyğun deyiluyğunduruyğunduruyğun deyiluyğun deyiluyğundur
CLO 5CLO-89828Radiopelenqator vasitələrindən istifadə etməklə şüalanma mənbələrinin yerini müəyyənləşdirmək və aşkarlanma şərtlərini hesablaya bilmək bacarığına malik olmaq.uyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ixtisası üzrə ən azı bir xarici dildə, xüsusilə ingilis dilində texniki və akademik ünsiyyət qurmaq, hərbi rabitə vasitələri mühəndisliyi sahəsinə aid elmi-texniki məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və peşə fəaliyyətində istifadə etmək bacarıqlarına yiyələnir.

    Töhfə verən: CLO 1, CLO 3

  2. PLO 2

    Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyada Azərbaycan Respublikasının yeri və rolu haqqında sistemli biliklərə malik olur; milli dövlətimizin inkişaf istiqamətlərini, vətəndaş məsuliyyətini, etik davranış qaydalarını və mühəndislik fəaliyyətində sosial məsuliyyət prinsiplərini nəzərə almaq bacarıqlarına yiyələnir.

    Töhfə verən: CLO 2, CLO 4, CLO 5

  3. PLO 3

    İş yerində informasiya texnologiyalarından istifadə etmək; riyazi analiz, xətti cəbr, analitik həndəsə, fizika, tətbiqi fizika, kimya, elektrik dövrələri, proqramlaşdırma və mühəndis qrafikası üzrə bilikləri hərbi rabitə vasitələri mühəndisliyinə aid texniki məsələlərin həllində tətbiq etmək; hesablama, modelləşdirmə, alqoritmləşdirmə və texniki sənədlərin hazırlanması bacarıqlarına malik olur.

    Töhfə verən: CLO 1, CLO 4

  4. PLO 4

    Hərbi rabitə sistemlərinin, rəqəmli radiorabitə vasitələrinin, radioverici, radioqəbuledici, antena-fider qurğularının, elektrik qida sistemlərinin və televiziya texnikasının quruluşunu, iş prinsipini, texniki parametrlərini və tətbiq sahələrini izah etmək; rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, konstruksiya edilməsi, elektrik prinsipial sxemlərinin hazırlanması və elektron hesablamalarında iştirak etmək; rabitə vasitələrinin funksional imkanlarını, istismar xüsusiyyətlərini,effektivliyini, informasiya təhlükəsizliyini, maneəyədavamlılığını və etibarlılıq göstəricilərini qiymətləndirmək; müasir standartların tələbləri əsasında texniki sənədlər, sxemlər və istismar materialları ilə işləmək bacarıqlarına yiyələnir.

    Töhfə verən: CLO 1

  5. PLO 5

    Elektrodinamika, elektromaqnit dalğalarının yayılması, radiosiqnalların gücləndirilməsi, detektə olunması, çevrilməsi, rəqəmsal modulyasiyası, siqnalların rəqəmsal emalı və ötürülməsi prinsiplərini hərbi rabitə vasitələrinin təhlili, layihələndirilməsi və istismarında tətbiq etmək; radioverici, radioqəbuledici, antena-fider qurğuları, elektrik qida sistemləri, rəqəmli radiorabitə və televiziya texnikasının struktur sxemlərini, texniki parametrlərini, tezlik və siqnal xarakteristikalarını qiymətləndirmək; radiodalğaların yayılması, istiqamətləndirici sistemlər, ionosfer, troposfer və stratosfer mühitində rabitə proseslərini nəzərə almaq; rabitə sistemlərinin maneəyədavamlılığı, siqnal keyfiyyəti, etibarlılığı və təhlükəsizliyi üzrə mühəndis hesablamaları aparmaq bacarıqlarına malik olur.

    Töhfə verən: CLO 2

  6. PLO 6

    Hərbi rabitə vasitələrinin layihələndirilməsi, quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi, istismarı, texniki xidməti və diaqnostikası proseslərində iştirak etmək; elektrik qida qurğuları, antena-fider sistemləri, radioverici və radioqəbuledici qurğular, rəqəmli radio və televiziya avadanlıqları ilə işləmək; rabitə təhlükəsizliyi, rabitə intizamı, informasiya ötürülməsinin etibarlılığı, mülki müdafiə, ekoloji və texniki-istismar tələblərini nəzərə almaq; texniki sənədləri oxumaq və hazırlamaq, peşə fəaliyyətini planlaşdırmaq, komanda ilə işləmək, nasazlıqları müəyyən etmək, onların aradan qaldırılması üzrə mühəndis qərarları qəbul etmək və normativ-texniki sənədlərdən istifadə etmək bacarıqlarına yiyələnir.

    Töhfə verən: CLO 4, CLO 5