Subject · Military communications engineering

Məlumatın radiotutmadan müdafiəsinin üsul və vasitələri

İFS-4558y5 creditsAutumn semesterElective2025-2026

About this subject

Credits

5

Workload

105hours

Semester

Autumn

Academic year

2025-2026

Description

Məlumatların radiotutmadan mühafizəsinin ümumi anlayışı, qorunan məlumatların təsnifatı, məlumatların qorunmasında tətbiq olunan məhdudiyyət rejimlərini bilmələri. məlumatın sızmasının texniki kanallarını və bu sızmadan müdafiənin aktiv üsullarını, radio və radiotexniki kəşfiyyatın təsnifatını, radioelektron müşahidə və mühafizə sistemlərinin strukturunu, radiopelenqasiyanı, radiotexniki kəşfiyyat vasitələrinin köməyi ilə siqnalın aşkar edilən xarakteristikalarını təhlil etməyi. radio və radiotexniki kəşfiyyatda obyektin yerinin təyin edilməsinin üsullarını, radioelektron əks təsiri və elektromaqnit uyğunluğunun öyrənilməsi. müvafiq normativ-hüquqi ba¬za haq¬qın¬da kom¬¬petent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.

Course learning outcomes

  1. CLO 1: Kəşfiyyat məlumatlarının əldə edilmə üsullarını, radioelektron mühafizənin təyinatını və tərkibini izah edə bilmək .

  2. CLO 2: Obyektlərin silah-texnikaların və qoşun fəaliyyətlərinin demaskalanma əlamətlərini müəyyən edərək, onların xarici texniki kəşfiyyatdan qorunması üçün təşkilati-texniki tədbirləri planlaşdıra bilmək.

  3. CLO 3: Elektromaqnit uyğunluğunun təmin edilməsi və məlumatların radiotutmadan müdafiəsi üzrə tələblərə uyğun praktiki həllər tətbiq edə bilmək

  4. CLO 4: Radioelektron kəşfiyyatın növlərini, qüvvə və vasitələrini, o cümlədən RLK stansiyalarının texniki parametrlərini təhlil edə bilmək.

  5. CLO 5: Radiopelenqator vasitələrindən istifadə etməklə şüalanma mənbələrinin yerini müəyyənləşdirmək və aşkarlanma şərtlərini hesablaya bilmək bacarığına malik olmaq.