Magistr proqramı
Logistika və nəqliyyat texnologiyalarıFənn nəticələri
Fənn təlim nəticələri
Hər fənnin sonunda tələbənin əldə etməli olduğu nəticələr.
- MS-0101Fənnin səhifəsi: Nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi
Nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi
CLO 1: Müxtəlif nəqliyyat sistemlərində (hava, dəmir yolu, avtomobil) risk təhlilinin əsas anlayışlarını izah edə bilir;
CLO 2: Nəqliyyatda riskli vəziyyətləri və təhlükələri müəyyənləşdirə bilir;
CLO 3: Müəyyən edilmiş riskləri təhlil edib qiymətləndirmə bacarığına malik olur;
CLO 4: Təsadüfi hadisələrin riskini minimuma endirmək üçün fəaliyyət planı hazırlaya bilir;
CLO 5: Böhran vəziyyətində operativ və düzgün qərar qəbul edə bilir;
CLO 6: Risklərin qarşısını almağa imkan verən müasir risk qiymətləndirmə üsullarını tətbiq edə bilir.
- MS-0114Fənnin səhifəsi: Beynəlxalq multimodal daşımalar
Beynəlxalq multimodal daşımalar
CLO 1: Tələbələr multimodal, intermodal və kombinə edilmiş daşımaların əsas anlayışlarını, terminologiyasını və daşımaların iştirakçılarının (MTO, daşıyıcı, ekspeditor, terminal operatoru) funksiyalarını dəqiq tərif edəcək və sadalayacaqlar.
CLO 2: Tələbələr multimodal daşımaların hüquqi tənzimlənməsini, məsuliyyət sistemlərini və texniki əsaslarını (yük vahidləri, terminallar) öz sözləri ilə izah edəcək və müxtəlif yanaşmaları bir-biri ilə müqayisə edəcəklər.
CLO 3: Tələbələr multimodal daşıma müqaviləsi, daşıma sənədləri və daşıma texnologiyaları üzrə qazanılmış bilikləri praktiki məsələlərin və real situasiyaların həllində, sənədlərin tərtibində tətbiq edəcəklər.
CLO 4: Tələbələr multimodal marşrutları, daşıma xərclərini və risk amillərini struktur hissələrinə ayıraraq təhlil edəcək, aralarındakı səbəb-nəticə əlaqələrini müəyyən edəcəklər.
CLO 5: Tələbələr multimodal daşıma variantlarının effektivliyini xərc, vaxt, risk və ekoloji meyarlar əsasında
- MS-0103Fənnin səhifəsi: Şəhər logistikası
Şəhər logistikası
CLO 1: Şəhər logistikasının fundamental konsepsiyalarını, urbanizasiya prosesinin yük axınlarına təsirini və dayanıqlı mobillik prinsiplərini şərh edir.
CLO 2: Şəhərdaxili yükdaşımaların optimallaşdırılması üsullarını, mikrologistika mərkəzlərinin və şəhər konsolidasiya terminallarının (UCC) effektivliyini təhlil edir.
CLO 3: Şəhər logistikasında "Son mil" (Last-mile) çatdırılma strategiyalarını, innovativ paylama modellərini və alternativ nəqliyyat vasitələrinin tətbiqini qiymətləndirir.
CLO 4: Şəhər mühitində tıxacların, ekoloji çirklənmənin və səs-küyün azaldılması üçün logistik tənzimləmə siyasətlərini tətbiq edir.
- MS-0112Fənnin səhifəsi: Beynəlxalq avtomobil daşımaları
Beynəlxalq avtomobil daşımaları
CLO 1: Tələbələr beynəlxalq avtomobil daşımalarına aid əsas anlayışları, terminologiyanı və nəzəri konseptləri (CMR, TIR, ECMT icazə sistemi və s.) dəqiq tərifini verəcək və sadalayacaqlar.
CLO 2: Tələbələr öyrənilən mövzular üzrə nəzəri prinsipləri öz sözləri ilə izah edəcək və müxtəlif beynəlxalq sazişlərin (CMR, TIR, AETR, ADR) yanaşmalarını bir-biri ilə müqayisə edəcəklər.
CLO 3: Tələbələr qazanılmış nəzəri bilikləri və metodologiyaları beynəlxalq avtomobil daşımalarının təşkili ilə bağlı praktiki məsələlərin və real situasiyaların həllində sərbəst tətbiq edəcəklər.
CLO 4: Tələbələr beynəlxalq avtomobil daşıma sənədlərini (CMR-qaiməsi, TIR-karneti, icazələr) struktur hissələrinə ayıraraq aralarındakı səbəb-nəticə əlaqələrini təhlil edəcəklər.
CLO 5: Tələbələr mövcud daşıma və sənədləşmə metodlarının effektivliyini müəyyən edilmiş meyarlar əsasında qiymətləndirəcək və konseptual həll variantları (və ya layihələr) hazırlayacaqlar.
- MS-0105Fənnin səhifəsi: Avtomobil yük daşımaları
Avtomobil yük daşımaları
CLO 1: Avtomobil nəqliyyatı ilə yük daşımalarının təşkili prinsiplərini, yük və nəqliyyat vasitələrinin təsnifatını • və daşınma prosesinin əsas xüsusiyyətlərini izah edir.
CLO 2: Yük daşınmalarını tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyini, normativ-hüquqi tələbləri və beynəlxalq daşımalar üzrə əsas qaydaları şərh edir və tətbiq edir.
CLO 3: Müxtəlif növ yüklərin, o cümlədən təhlükəli, iriqabaritli, ağırçəkili, konteyner və paket yüklərin daşınmasının təşkili və təhlükəsizlik tələblərini müəyyən edir və tətbiq edir.
CLO 4: Yük avtomobil sürücülərinə, nəqliyyat vasitələrinin texniki vəziyyətinə, yol hərəkəti təhlükəsizliyinə, iş və istirahət vaxtlarına dair tələbləri təhlil edir və qiymətləndirir.
CLO 5: Avtomobil yük daşımalarının planlaşdırılması və idarə edilməsində müvafiq sənədləri, müasir kommunikasiya və nəzarət texnologiyalarını tətbiq etməklə təhlükəsiz və səmərəli daşıma prosesini təşkil edir.
- MS-0113Fənnin səhifəsi: Beynəlxalq nəqliyyat sənədlərinin dövriyyəsi və idarə edilməsi
Beynəlxalq nəqliyyat sənədlərinin dövriyyəsi və idarə edilməsi
CLO 1: Tələbələr fənnin əsas anlayışlarını, terminologiyasını və nəzəri konseptlərini dəqiq tərif edəcək və sadalayacaqlar.
CLO 2: Tələbələr öyrənilən mövzular üzrə nəzəri prinsipləri öz sözləri ilə izah edəcək və müxtəlif yanaşmaları bir-biri ilə müqayisə edəcəklər.
CLO 3: Tələbələr qazanılmış nəzəri bilikləri və metodologiyaları praktiki məsələlərin və real situasiyaların həllində sərbəst tətbiq edəcəklər.
CLO 4: Tələbələr mürəkkəb sistemləri və ya məlumat dəstlərini struktur hissələrinə ayıraraq aralarındakı səbəb-nəticə əlaqələrini təhlil edəcəklər.
CLO 5: Tələbələr mövcud metodların effektivliyini müəyyən edilmiş meyarlar əsasında qiymətləndirəcək və konseptual həll variantları (və ya layihələr) hazırlayacaqlar.
- MS-0110Fənnin səhifəsi: İqlim dəyişikliyi, ekoloji risklər və “Yaşıl” dayanıqlılıq
İqlim dəyişikliyi, ekoloji risklər və “Yaşıl” dayanıqlılıq
CLO 1: Tələbələr fənnin əsas anlayışlarını, terminologiyasını və nəzəri konseptlərini dəqiq tərif edəcək və sadalayacaqlar.
CLO 2: Tələbələr öyrənilən mövzular üzrə nəzəri prinsipləri öz sözləri ilə izah edəcək və müxtəlif yanaşmaları bir-biri ilə müqayisə edəcəklər.
CLO 3: Tələbələr qazanılmış nəzəri bilikləri və metodologiyaları praktiki məsələlərin və real situasiyaların həllində sərbəst tətbiq edəcəklər.
CLO 4: Tələbələr mürəkkəb sistemləri və ya məlumat dəstlərini struktur hissələrinə ayıraraq aralarındakı səbəb-nəticə əlaqələrini təhlil edəcəklər.
CLO 5: Tələbələr mövcud metodların effektivliyini müəyyən edilmiş meyarlar əsasında qiymətləndirəcək və konseptual həll variantları (və ya layihələr) hazırlayacaqlar.
- MS-0108Fənnin səhifəsi: Mühəndislər üçün Karyera Menecmenti, Soft Vərdişlər, Texniki Yaradıcılığın Əsasları
Mühəndislər üçün Karyera Menecmenti, Soft Vərdişlər, Texniki Yaradıcılığın Əsasları
CLO 1: Müasir mühəndis peşəsinin inkişaf meyillərini, karyera trayektoriyalarını və mühəndisin dəyişən peşəkar rolunu izah edir və fərdi inkişaf istiqamətlərini müəyyənləşdirir.
CLO 2: Mühəndislik fəaliyyətində özünüidarəetmə, effektiv kommunikasiya, komanda işi, liderlik, danışıqlar və münaqişələrin idarə edilməsi bacarıqlarını tətbiq edir.
CLO 3: Sistemli düşüncə, problem həlli, risk əsaslı qərarvermə və layihə idarəetmə yanaşmalarından istifadə etməklə mühəndislik məsələlərini təhlil edir və əsaslandırılmış qərarlar formalaşdırır.
CLO 4: Bul funksiyalarının və onların rəqəmsal sxemlərin və kriptoqrafik primitivlərin modelləşdirilməsində sadə tətbiqlərini bilməlidir.
CLO 5: Mühəndislik ideyasını innovasiya və praktik tətbiq baxımından qiymətləndirir, rəqəmsal mühəndislik və süni intellekt vasitələrindən məsuliyyətli istifadə etməklə həlli əsaslandırır və təqdim edir.
- MS-0107Fənnin səhifəsi: Şəhər və şəhərətrafı sərnişin daşımaları
Şəhər və şəhərətrafı sərnişin daşımaları
CLO 1: : Şəhər və şəhərətrafı sərnişin daşımalarının mahiyyətini, təsnifatını və təşkilati prinsiplərini izah edir
CLO 2: Sərnişin axınını və nəqliyyat tələbatını təhlil edir, əsas göstəriciləri hesablayır.
CLO 3: Marşrut şəbəkəsi, dayanacaq yerləşməsi, interval və hərəkət cədvəli üzrə əsaslandırılmış həllər tətbiq edir.
CLO 4: Hərəkət tərkibinin seçimini, tələb olunan nəqliyyat vasitələrinin sayını və istismar göstəricilərini hesablayır.
CLO 5: Sərnişindaşıma xidmətinin keyfiyyət, təhlükəsizlik, iqtisadi və ekoloji göstəricilərini qiymətləndirir və təkmilləşdirmə təklifləri hazırlayır.
- MM-0101Fənnin səhifəsi: Daşıma proseslərinin təşkili və idarə edilməsi
Daşıma proseslərinin təşkili və idarə edilməsi
CLO 1: Logistika sahəsində fundamental prinsiplər və müasir nəzəriyyələr barədə qabaqcıl, geniş və sistemli nəzəri və praktiki biliklərə sahib olur, bu sahədə beynəlxalq təcrübəni, müasir tendensiyaları bilir, bu bilikləri təcrübədə və müxtəlif məsələlərin həllində tətbiq edir.
CLO 2: Logistika və təchizat zənciri texnologiyaları sahəsində mövcud və yeni texnologiyaları bilir, müxtəlif fəaliyyət sahələrində tətbiq edir, onların vasitəsilə uyğun qərarlar qəbul edir.
CLO 3: Logistikada mürəkkəb informasiya sistemlərini analiz və tətbiq edir.
CLO 4: Fərdi bacarıqları vasitəsilə logistika və təchizat zənciri texnologiyaları sahəsində innovativ həllər və metodlar təklif edir, mövcud həlləri təkmilləşdirir.
CLO 5: Komanda şəklində logistik layihə təqdim edir.
- MM-0101Fənnin səhifəsi: Daşıma proseslərinin təşkili və idarə edilməsi
Daşıma proseslərinin təşkili və idarə edilməsi
CLO 1: Tələbələr daşıma proseslərinin təşkili ilə bağlı əsas anlayışları, prinsipləri və nəqliyyat növləri üzrə xüsusiyyətləri dəqiq tərifini verəcək və sadalayacaqlar.
CLO 2: Tələbələr yük və sərnişin daşımalarının planlaşdırılması, marşrutların layihələndirilməsi və nəqliyyat vasitələrinin istismarı üzrə metodları öz sözləri ilə izah edəcək və müqayisə edəcəklər.
CLO 3: Tələbələr daşıma proseslərinin idarə edilməsində informasiya texnologiyalarını (GPS, telematika, TMS) və logistika prinsiplərini real situasiyaların həllində sərbəst tətbiq edəcəklər.
CLO 4: Tələbələr daşıma proseslərinin xərclərini, tariflərini və keyfiyyət göstəricilərini təhlil edərək səmərəlilik meyarları üzrə qiymətləndirəcəklər.
CLO 5: Tələbələr daşıma proseslərinin təşkilində müasir tendensiyaları (rəqəmsallaşma, multimodal daşımalar, dayanıqlı nəqliyyat) əsas götürərək konseptual təkmilləşdirmə layihələri hazırlayacaqlar.
- MM-0102Fənnin səhifəsi: Marşrutlaşma və GİS
Marşrutlaşma və GİS
CLO 1: Şəhər marşrutlarının xarakteristikaları anlayışını izah edir.
CLO 2: Avtobus marşrutunun açılması, bağlanması və dəyişdirilməsi qaydasını öyrənir.
CLO 3: Marşrutda tələb olunan nəqliyyat vasitələrinin sayını təyin edə bilir.
CLO 4: ArcGIS Pro proqramının nəzəri əsaslarını öyrənir.
CLO 5: : ArcGIS Pro proqramında işləmə bacarığı formalaşır.
- MS-0109Fənnin səhifəsi: Nəqliyyat axınlarının etibarlılıgı və rəqəmsal modelləşdirilməsi
Nəqliyyat axınlarının etibarlılıgı və rəqəmsal modelləşdirilməsi
CLO 1: Tələbələr fənnin əsas anlayışlarını, terminologiyasını və nəzəri konseptlərini dəqiq tərif edəcək və sadalayacaqlar.
CLO 2: Tələbələr öyrənilən mövzular üzrə nəzəri prinsipləri öz sözləri ilə izah edəcək və müxtəlif yanaşmaları bir-biri ilə müqayisə edəcəklər.
CLO 3: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.
CLO 4: Tələbələr mürəkkəb sistemləri və ya məlumat dəstlərini struktur hissələrinə ayıraraq aralarındakı səbəb-nəticə əlaqələrini təhlil edəcəklər.
CLO 5: Tələbələr mövcud metodların effektivliyini müəyyən edilmiş meyarlar əsasında qiymətləndirəcək və konseptual həll variantları (və ya layihələr) hazırlayacaqlar.
- MS-0106Fənnin səhifəsi: Şəhərlərdə mikro-mobillik və aktiv nəqliyyat infrastrukturu
Şəhərlərdə mikro-mobillik və aktiv nəqliyyat infrastrukturu
CLO 1: Mikromobillik və aktiv nəqliyyatın əsas anlayışlarını, nəqliyyat vasitələrini və onların şəhər nəqliyyat sistemində rolunu izah edir və fərqləndirir;
CLO 2: Piyada və velosiped infrastrukturu üçün əsas planlaşdırma və layihələndirmə prinsiplərini tətbiq edir və qiymətləndirir
CLO 3: Mikromobillik sistemlərinin ictimai nəqliyyatla inteqrasiyasını, parklanma və “first mile–last mile” həllərini təhlil edir;
CLO 4: GIS, sorğu və müşahidə məlumatlarından istifadə etməklə piyada və velosiped şəbəkələrinin əlçatanlığını və mikromobillik tələbatını qiymətləndirir;
CLO 5: GIS, sorğu və müşahidə məlumatlarından istifadə etməklə piyada və velosiped şəbəkələrinin əlçatanlığını və mikromobillik tələbatını qiymətləndirir;
CLO 6: Mikromobillik və aktiv nəqliyyat layihələrinin iqtisadi səmərəliliyini müəyyən edir və şəhər üçün uyğun inkişaf tədbirlərini əsaslandırır.
- MS-0104Fənnin səhifəsi: Nəqliyyat logistikasının informasıya təminatı – süni intellekt
Nəqliyyat logistikasının informasıya təminatı – süni intellekt
CLO 1: Nəqliyyat logistikasında informasiya təminatının əsas prinsiplərini və informasiya axınlarının strukturunu izah edir.
CLO 2: Nəqliyyat logistikasında informasiya sistemlərinin inkişaf mərhələlərini təhlil edir və onların logistika proseslərinin idarə edilməsinə təsirini qiymətləndirir.
CLO 3: Logistika və tədarük zəncirinin idarə edilməsinin əsas prinsiplərini tətbiq edir və material, maliyyə və informasiya axınlarını təhlil edir.
CLO 4: Logistika və təchizat zəncirində istifadə olunan məlumat sistemlərinin funksiyalarını müəyyən edir və onların informasiya mübadiləsində rolunu qiymətləndirir.
CLO 5: Logistik sistemlərin strukturunu və əsas elementləri arasındakı əlaqələri təhlil edir.
CLO 6: Logistika sistemlərinin modellərini qurur və modelləşdirmə nəticələrindən idarəetmə qərarlarının qəbulunda istifadə edir.
CLO 7: Logistika sistemlərində simulyasiya modellərini tətbiq edir və müxtəlif ssenarilərin nəticələrini müqayisə edərək optimal həlləri müəyyənləşdirir.
CLO 8: Təchizat zəncirinin idarə edilməsində istifadə olunan müasir proqram təminatlarının funksional imkanlarını müqayisə edir və uyğun proqram həllərini müəyyən edir.
CLO 9: SAP SCM sisteminin əsas funksiyalarını izah edir və onun təchizat zəncirinin planlaşdırılması və idarə edilməsində tətbiqini qiymətləndirir.
CLO 10: Logistika proqram təminatlarının texniki və iqtisadi üstünlüklərini təhlil edir və onların logistika proseslərinin səmərəliliyinə təsirini qiymətləndirir.
CLO 11: Anbar Logistikası Sistemlərinin (WMS) əsas funksiyalarını tətbiq edir və onların nəqliyyat informasiya sistemləri ilə inteqrasiyasını təhlil edir.
CLO 12: Nəqliyyatın İntellektual İdarə Edilməsi Sistemlərinin əsas komponentlərini və funksiyalarını müəyyən edir və onların nəqliyyat axınlarının idarə edilməsində tətbiqini qiymətləndirir.
CLO 13: Böyük verilənlərdən (Big Data) istifadə etməklə nəqliyyat-logistika məlumatlarını təhlil edir və məlumat analitikası nəticələrini logistika proseslərinin optimallaşdırılmasında tətbiq edir.
CLO 14: Elektron gömrük və beynəlxalq yük daşımalarında istifadə olunan informasiya sistemlərinin funksiyalarını izah edir və elektron məlumat mübadiləsinin gömrük və tranzit proseslərinin səmərəliliyinə təsirini qiymətləndirir.
CLO 15: Süni intellekt və maşın öyrənməsi texnologiyalarının nəqliyyat logistikasında tətbiq sahələrini təhlil edir və onların marşrut optimallaşdırılması, tələbatın proqnozlaşdırılması, ETA və proqnozlaşdırıcı texniki xidmət kimi məsələlərin həllində tətbiqini müəyyən edir.
- MS-0111Fənnin səhifəsi: Nəqliyyatda əməliyyatların idarə edilməsi
Nəqliyyatda əməliyyatların idarə edilməsi
CLO 1: Nəqliyyat əməliyyatlarının idarə edilməsinin nəzəri əsaslarını, əməliyyat strategiyalarını və proses axınlarını izah edir.
CLO 2: Nəqliyyat vasitələrinin parkının idarə edilməsi, texniki xidmət və yenilənmə dövrlərini riyazi və iqtisadi metodlarla optimallaşdırır.
CLO 3: Müxtəlif nəqliyyat növlərində marşrutlaşdırma və dispetçerləşdirmə əməliyyatlarını, növbəlilik prinsiplərini planlaşdırır və tətbiq edir.
CLO 4: Nəqliyyatda əməliyyat xərclərini, KPI (Əsas səmərəlilik göstəriciləri) meyarlarını və xidmət keyfiyyətini təhlil edir.
CLO 5: Nəqliyyat risklərini, təhlükəsizlik idarəetmə sistemlərini (SMS) və əməliyyat böhranlarını idarə
- MM-0103Fənnin səhifəsi: Nəqliyyat mobilliyi
Nəqliyyat mobilliyi
CLO 1: Nəqliyyat və mobillik sistemlərinin əsas prinsiplərini, şəhər mobilliyinin davamlılıq aspektlərini və planlaşdırma metodlarını fərqləndirə və tətbiq edə bilir;
CLO 2: Şəhər mobilliyində müxtəlif nəqliyyat növlərinin, o cümlədən piyada, velosiped, ictimai nəqliyyat və mikromobillik vasitələrinin planlaşdırılması və inteqrasiyasını həyata keçirir;
CLO 3: Mobillik planlamasında məlumatların toplanması, təhlili və modelləşdirilməsi sahəsində praktik bilik və bacarıqlara yiyələnir;
CLO 4: Parklanma, yol hərəkətinin təşkili və təhlükəsizliyi məsələlərini nəzərə alaraq effektiv nəqliyyat strategiyalarını işləyir və tətbiq edir;
CLO 5: Rəqəmsal texnologiyaların (mobillik tətbiqləri, simulyasiya proqramları) və ağıllı nəqliyyat sistemlərinin planlaşdırma prosesində istifadəsini təmin edir;
CLO 6: Mobilliklə bağlı sosial, iqtisadi və ekoloji təsirləri qiymətləndirir, davamlı və ətraf mühitə uyğun mobillik həlləri hazırlayır.
- MM-0106Fənnin səhifəsi: Nəqliyyatda data analitika və süni intellektin tətbiqləri
Nəqliyyatda data analitika və süni intellektin tətbiqləri
CLO 1: Python proqramlaşdırma mühitinin əsas alqoritmik strukturlarını (dəyişənlər, şərt blokları, kolleksiyalar, dövrlər, funksiyalar) izah edir və nəqliyyat mühəndisliyi məsələlərinə tətbiq edir
CLO 2: Pandas kitabxanasından istifadə edərək nəqliyyat məlumatlarını yükləyir, strukturlaşdırır və natamam/səhv qeydlərdən təmizləyir
CLO 3: Qruplaşdırma, aqreqasiya, çarpaz cədvəl və zaman sırası metodlarından istifadə edərək nəqliyyat göstəricilərini analiz edir
CLO 4: Vizuallaşdırma vasitələrindən (matplotlib, seaborn) istifadə edərək nəqliyyat məlumatlarındakı tendensiya və anomaliyaları şərh edir