Fənn · Logistika və nəqliyyat texnologiyaları

Avtomobil yük daşımaları

MS-01056 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənn təlim nəticələri

  1. CLO 1: Avtomobil nəqliyyatı ilə yük daşımalarının təşkili prinsiplərini, yük və nəqliyyat vasitələrinin təsnifatını • və daşınma prosesinin əsas xüsusiyyətlərini izah edir.

  2. CLO 2: Yük daşınmalarını tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyini, normativ-hüquqi tələbləri və beynəlxalq daşımalar üzrə əsas qaydaları şərh edir və tətbiq edir.

  3. CLO 3: Müxtəlif növ yüklərin, o cümlədən təhlükəli, iriqabaritli, ağırçəkili, konteyner və paket yüklərin daşınmasının təşkili və təhlükəsizlik tələblərini müəyyən edir və tətbiq edir.

  4. CLO 4: Yük avtomobil sürücülərinə, nəqliyyat vasitələrinin texniki vəziyyətinə, yol hərəkəti təhlükəsizliyinə, iş və istirahət vaxtlarına dair tələbləri təhlil edir və qiymətləndirir.

  5. CLO 5: Avtomobil yük daşımalarının planlaşdırılması və idarə edilməsində müvafiq sənədləri, müasir kommunikasiya və nəzarət texnologiyalarını tətbiq etməklə təhlükəsiz və səmərəli daşıma prosesini təşkil edir.