Ümumi məlumat
- Fənn kodu
- MS-0105
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30saat- Mühazirə b) 15 saat-Seminar
- Auditoriyadan kənar saatlar
- 135 saat sərbəst iş
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- layihə əsaslı öyrənmə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Avtomobil nəqliyyatı ilə yük daşımalarının təşkili prinsiplərini, yük və nəqliyyat vasitələrinin təsnifatını • və daşınma prosesinin əsas xüsusiyyətlərini izah edir.
CLO 2: Yük daşınmalarını tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyini, normativ-hüquqi tələbləri və beynəlxalq daşımalar üzrə əsas qaydaları şərh edir və tətbiq edir.
CLO 3: Müxtəlif növ yüklərin, o cümlədən təhlükəli, iriqabaritli, ağırçəkili, konteyner və paket yüklərin daşınmasının təşkili və təhlükəsizlik tələblərini müəyyən edir və tətbiq edir.
CLO 4: Yük avtomobil sürücülərinə, nəqliyyat vasitələrinin texniki vəziyyətinə, yol hərəkəti təhlükəsizliyinə, iş və istirahət vaxtlarına dair tələbləri təhlil edir və qiymətləndirir.
CLO 5: Avtomobil yük daşımalarının planlaşdırılması və idarə edilməsində müvafiq sənədləri, müasir kommunikasiya və nəzarət texnologiyalarını tətbiq etməklə təhlükəsiz və səmərəli daşıma prosesini təşkil edir.
Mövzu planı
- 1.Avtomobil nəqliyyatı ilə yük daşımaları qaydalarıMühazirə
- 2.Yük avtonəqliyyat vasitələrinə dair tələblərMühazirə
- 3.Yük avtonəqliyyat vasitələrinin sürücülərinə dair tələblərMühazirə
- 4.Yük avtomobili sürücülərinin etik normalara riayət etməsi və davranış qaydalarıMühazirə
- 5.Avtomobil yük daşımalarının Azərbaycan qanunvericiliyi ilə tənzimlənməsinin hüquqi əsaslarıMühazirə
- 6.Yol hərəkəti və hərəkət təhlükəsizliyinin təmin olunması qaydaları haqqında ümumi məlumatMühazirə
- 7.Avtomobil nəqliyyatı ilə yük daşımaları zamanı sığorta qaydalarıMühazirə
- 8.Yükdaşımaları zamanı tələb olunan müqavilələriMühazirə
- 9.Ağırçəkili və iriqabaritli beynəlxalq yük daşımalarıMühazirə
- 10.Təhlükəli yüklərin daşınmasıMühazirə
- 11.Konteyner və paket yük daşımalarıMühazirə
- 12.Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardımMühazirə
- 13.Yük daşımaları zamanı iş və istirahət vaxtlarının tənzimlənməsiMühazirə
- 14.Avtomobil nəqliyyat vasitələrinində kommunikasiya texnologiyalarıMühazirə
- 15.Yüklərin təsnifatı və yükə aid tələblərMühazirə
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |