Fənn · Logistika və nəqliyyat texnologiyaları
Beynəlxalq multimodal daşımalar
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
—
Fənn təlim nəticələri
CLO 1: Tələbələr multimodal, intermodal və kombinə edilmiş daşımaların əsas anlayışlarını, terminologiyasını və daşımaların iştirakçılarının (MTO, daşıyıcı, ekspeditor, terminal operatoru) funksiyalarını dəqiq tərif edəcək və sadalayacaqlar.
CLO 2: Tələbələr multimodal daşımaların hüquqi tənzimlənməsini, məsuliyyət sistemlərini və texniki əsaslarını (yük vahidləri, terminallar) öz sözləri ilə izah edəcək və müxtəlif yanaşmaları bir-biri ilə müqayisə edəcəklər.
CLO 3: Tələbələr multimodal daşıma müqaviləsi, daşıma sənədləri və daşıma texnologiyaları üzrə qazanılmış bilikləri praktiki məsələlərin və real situasiyaların həllində, sənədlərin tərtibində tətbiq edəcəklər.
CLO 4: Tələbələr multimodal marşrutları, daşıma xərclərini və risk amillərini struktur hissələrinə ayıraraq təhlil edəcək, aralarındakı səbəb-nəticə əlaqələrini müəyyən edəcəklər.
CLO 5: Tələbələr multimodal daşıma variantlarının effektivliyini xərc, vaxt, risk və ekoloji meyarlar əsasında