Fənn · Logistika və nəqliyyat texnologiyaları
Nəqliyyat mobilliyi
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənn təlim nəticələri
CLO 1: Nəqliyyat və mobillik sistemlərinin əsas prinsiplərini, şəhər mobilliyinin davamlılıq aspektlərini və planlaşdırma metodlarını fərqləndirə və tətbiq edə bilir;
CLO 2: Şəhər mobilliyində müxtəlif nəqliyyat növlərinin, o cümlədən piyada, velosiped, ictimai nəqliyyat və mikromobillik vasitələrinin planlaşdırılması və inteqrasiyasını həyata keçirir;
CLO 3: Mobillik planlamasında məlumatların toplanması, təhlili və modelləşdirilməsi sahəsində praktik bilik və bacarıqlara yiyələnir;
CLO 4: Parklanma, yol hərəkətinin təşkili və təhlükəsizliyi məsələlərini nəzərə alaraq effektiv nəqliyyat strategiyalarını işləyir və tətbiq edir;
CLO 5: Rəqəmsal texnologiyaların (mobillik tətbiqləri, simulyasiya proqramları) və ağıllı nəqliyyat sistemlərinin planlaşdırma prosesində istifadəsini təmin edir;
CLO 6: Mobilliklə bağlı sosial, iqtisadi və ekoloji təsirləri qiymətləndirir, davamlı və ətraf mühitə uyğun mobillik həlləri hazırlayır.