Fənn · Logistika və nəqliyyat texnologiyaları
Daşıma proseslərinin təşkili və idarə edilməsi
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənn təlim nəticələri
CLO 1: Tələbələr daşıma proseslərinin təşkili ilə bağlı əsas anlayışları, prinsipləri və nəqliyyat növləri üzrə xüsusiyyətləri dəqiq tərifini verəcək və sadalayacaqlar.
CLO 2: Tələbələr yük və sərnişin daşımalarının planlaşdırılması, marşrutların layihələndirilməsi və nəqliyyat vasitələrinin istismarı üzrə metodları öz sözləri ilə izah edəcək və müqayisə edəcəklər.
CLO 3: Tələbələr daşıma proseslərinin idarə edilməsində informasiya texnologiyalarını (GPS, telematika, TMS) və logistika prinsiplərini real situasiyaların həllində sərbəst tətbiq edəcəklər.
CLO 4: Tələbələr daşıma proseslərinin xərclərini, tariflərini və keyfiyyət göstəricilərini təhlil edərək səmərəlilik meyarları üzrə qiymətləndirəcəklər.
CLO 5: Tələbələr daşıma proseslərinin təşkilində müasir tendensiyaları (rəqəmsallaşma, multimodal daşımalar, dayanıqlı nəqliyyat) əsas götürərək konseptual təkmilləşdirmə layihələri hazırlayacaqlar.