Fənn · Logistika və nəqliyyat texnologiyaları

Daşıma proseslərinin təşkili və idarə edilməsiSillabus

MM-01016 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-0101
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə
Auditoriyadan kənar saatlar
a) 150 saat sərbəst iş

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • laboratoriya işi
  • problem-based learning
  • case study
  • layihə əsaslı öyrənmə
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbələr daşıma proseslərinin təşkili ilə bağlı əsas anlayışları, prinsipləri və nəqliyyat növləri üzrə xüsusiyyətləri dəqiq tərifini verəcək və sadalayacaqlar.

  2. CLO 2: Tələbələr yük və sərnişin daşımalarının planlaşdırılması, marşrutların layihələndirilməsi və nəqliyyat vasitələrinin istismarı üzrə metodları öz sözləri ilə izah edəcək və müqayisə edəcəklər.

  3. CLO 3: Tələbələr daşıma proseslərinin idarə edilməsində informasiya texnologiyalarını (GPS, telematika, TMS) və logistika prinsiplərini real situasiyaların həllində sərbəst tətbiq edəcəklər.

  4. CLO 4: Tələbələr daşıma proseslərinin xərclərini, tariflərini və keyfiyyət göstəricilərini təhlil edərək səmərəlilik meyarları üzrə qiymətləndirəcəklər.

  5. CLO 5: Tələbələr daşıma proseslərinin təşkilində müasir tendensiyaları (rəqəmsallaşma, multimodal daşımalar, dayanıqlı nəqliyyat) əsas götürərək konseptual təkmilləşdirmə layihələri hazırlayacaqlar.

Mövzu planı

  1. 1.
    Giriş. Daşıma prosesi sistem kimi. Fənnin predmeti, metodologiyası və tədqiqat obyekti. Nəqliyyat sisteminin strukturu və daşıma prosesinin sistem yanaşması ilə modelləşdirilməsi. Daşıma prosesinin təchizat zəncirində və milli iqtisadiyyatda yeri. Sahədə müasir tədqiqat istiqamətləri.Mühazirə
  2. 2.
    Daşıma prosesinin strukturu, iştirakçıları və idarəetmə səviyyələri. Daşıma prosesinin mərhələləri və texnoloji strukturu. İştirakçılar: yükgöndərən, daşıyıcı, ekspeditor, logistika provayderləri (3PL, 4PL) və onların müqavilə münasibətləri. Strateji, taktiki və operativ idarəetmə səviyyələrində qərarlar.Mühazirə
  3. 3.
    Nəqliyyat növlərinin müqayisəli təhlili və seçimi. Nəqliyyat növlərinin texniki-iqtisadi göstəriciləri və rəqabət üstünlükləri. Daşımaların nəqliyyat növləri üzrə bölgüsü (modal split). Nəqliyyat növünün seçilməsində çoxmeyarlı qərarqəbuletmə metodları. Case study: konkret yük axını üçün nəqliyyat növünün əsaslandırılması.Mühazirə
  4. 4.
    Yük axınlarının təhlili və daşıma tələbatının proqnozlaşdırılması. Yük axınlarının strukturu, kartoqramları və qeyri-bərabərlik əmsalları. Proqnozlaşdırma metodları: zaman sıraları, hərəkətli orta, eksponensial hamarlama, reqressiya təhlili. Proqnoz dəqiqliyinin qiymətləndirilməsi (MAD, MAPE).Mühazirə
  5. 5.
    Daşıma prosesinin planlaşdırılmasında optimallaşdırma modelləri. Nəqliyyat məsələsi və xətti proqramlaşdırma. Təyinat məsələsi. Nəqliyyat vasitələrinin yüklər və marşrutlar üzrə bölüşdürülməsi. MS Excel Solver vasitəsilə optimallaşdırma məsələlərinin həlli.Mühazirə
  6. 6.
    Marşrutların layihələndirilməsi və optimallaşdırılması. Kommivoyajor məsələsi (TSP) və nəqliyyat vasitələrinin marşrutlaşdırılması məsələsi (VRP), o cümlədən vaxt pəncərələri ilə (VRPTW). Evristik metodlar: Klark-Rayt "qənaət" alqoritmi, ən yaxın qonşu metodu. Marşrut optimallaşdırması üzrə proqram təminatıMühazirə
  7. 7.
    Nəqliyyat vasitələrinin istismar göstəriciləri və park idarəetməsi. Texniki hazırlıq, buraxılış, yürüşdən və yükgötürmə qabiliyyətindən istifadə əmsalları. Nəqliyyat vasitəsinin məhsuldarlığı. Parkın strukturunun optimallaşdırılması və nəqliyyat vasitələrinin əvəzlənməsi siyasəti (həyat dövrü xərcləri).Mühazirə
  8. 8.
    Yük terminallarının işinin və yükləmə-boşaltma proseslərinin təşkili. Terminalın texnoloji prosesi və qəbul-təhvil prosedurları. Kütləvi xidmət nəzəriyyəsi (növbə modelləri) əsasında yükləmə-boşaltma postlarının sayının hesablanması. Cross-docking texnologiyası. Terminal əməliyyatlarının nəqliyyat prosesi ilə sinxronlaşdırılması.Mühazirə
  9. 9.
    Logistika mərkəzləri və distribusiya şəbəkəsinin layihələndirilməsi. Logistika mərkəzlərinin funksiyaları və tipologiyası. Mərkəzin yerləşdirilməsi metodları ("ağırlıq mərkəzi" metodu). Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş distribusiya sistemləri. "Son mil" (last mile) çatdırılmasının təşkili.Mühazirə
  10. 10.
    Sərnişin daşımalarının təşkili və idarə edilməsi. Sərnişin tələbinin tədqiqi metodları. Marşrut şəbəkəsinin layihələndirilməsi, hərəkət cədvəli və intervalların hesablanması. Xidmət səviyyəsinin göstəriciləri. Dayanıqlı şəhər mobilliyi planlaşdırılması (SUMP) yanaşması.Mühazirə
  11. 11.
    Daşıma proseslərinin idarə edilməsində informasiya texnologiyaları. Nəqliyyatın idarə edilməsi sistemləri (TMS), GPS izləmə və telematika. Elektron məlumat mübadiləsi (EDI) və təchizat zəncirində real vaxt rejimində şəffaflıq. Məlumatlara əsaslanan idarəetmə və "rəqəmsal əkiz" konsepsiyası.Mühazirə
  12. 12.
    Multimodal və kombinə edilmiş daşımaların təşkili. Multimodal daşıma prosesinin koordinasiyası və nəqliyyat növləri arasında sinxronlaşdırma. Terminal interfeysləri və konteynerləşdirmə. Beynəlxalq nəqliyyat dəhlizləri (Orta Dəhliz) üzrə daşıma proseslərinin təşkili təcrübəsi.Mühazirə
  13. 13.
    Daşıma xərcləri, tariflər və iqtisadi səmərəlilik. Daşıma xərclərinin strukturu (sabit və dəyişən xərclər). Fəaliyyətə əsaslanan xərc uçotu (ABC). Tarif siyasəti və tariflərin formalaşması metodları. Ümumi sahiblik dəyəri (TCO) və rentabellik təhlili.Mühazirə
  14. 14.
    Daşıma proseslərinin keyfiyyəti və performansının idarə edilməsi. Performans göstəriciləri (KPI): vaxtında və tam çatdırılma (OTIF), dövr müddəti, ton-km üzrə xərc. SCOR modeli və benchmarkinq. Xidmət səviyyəsi müqavilələri (SLA). Davamlı təkmilləşdirmə metodları (PDCA, Lean).Mühazirə
  15. 15.
    Dayanıqlı nəqliyyat, təhlükəsizlik və daşıma proseslərinin gələcəyi. Daşıma proseslərində emissiyaların hesablanması və azaldılması, "yaşıl" logistika. Nəqliyyat təhlükəsizliyinin təmin edilməsi. Elektrikləşmə, avtonom nəqliyyat və süni intellektin daşıma proseslərinə təsiri. Sərbəst işlərin (layihələrin) təqdimatı və müzakirəsiMühazirə

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5