Fənn · Energetika mühəndisliyi

Enerji sistemlərində ölçü-nəzarət üsul və vasitələriMövzu planı

MS-05016 kreditPayız semestriMəcburi

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

27 mövzu
  1. 1. 1. Giriş. Əsas anlayışlar

    Mühazirə

    Fənnin məqsədi, vəzifələri, tərkibi və məzmu¬nu, istilik energetikasının qısa inkişaf tarixi, elektrik ölçmə texnikası vasitələri, ölçmə xətaları və onların yaranması haqqında məlumat verilir.

    Mənbəyə keç: 1. Giriş. Əsas anlayışlar (yeni pəncərədə açılır)
  2. 2. 2. Ölçmə üsulları

    Mühazirə

    Ölçmə üsul və vasitələrinin təsnifatı, ölçmə üsullarının növləri, ölçmə vasitələrinin iş prinsipi, elektrik cihazlarının növləri öyrənilir.

    Mənbəyə keç: 2. Ölçmə üsulları (yeni pəncərədə açılır)
  3. 3. 3. Elektrik ölçü cihazları

    Mühazirə

    Elektrik ölçmə cihazlarının növləri, ölçmə çeviriciləri, elektrik ölçmə qurğuları, informasiya – ölçmə sistemləri öyrənilir.

    Mənbəyə keç: 3. Elektrik ölçü cihazları (yeni pəncərədə açılır)
  4. 4. 4. Elektrik-ölçmə növləri və metodları

    Mühazirə

    Ölçmə nəticələrinin alınma üsullarına görə ölçmə növləri, elektrik-ölçü cihazlarının istifadə üsullarından asılı olaraq elektrik ölçmə metodları öyrənilir.

    Mənbəyə keç: 4. Elektrik-ölçmə növləri və metodları (yeni pəncərədə açılır)
  5. 5. 5. Elektrik dövrəsində cərəyanin ölçülməsi. Аmpеrmеtrlə ölçmə üsülunun gеnişləndirilməsi

    Mühazirə

    Elektrik dövrəsində cərəyanin ölçülməsi, ampermetrin cərəyan trasformatoru vasitəsilə dövrəyə qoşulması, ampеrmеtrlə ölçmə üsülunun gеnişləndirilməsi öyrənilir.

    Mənbəyə keç: 5. Elektrik dövrəsində cərəyanin ölçülməsi. Аmpеrmеtrlə ölçmə üsülunun gеnişləndirilməsi (yeni pəncərədə açılır)
  6. 6. 6. Elektrik dövrəsində gərginliyin ölçülməsi. Voltmеtrlə ölçmə üsulunun gеnişləndirilməsi

    Mühazirə

    Elektrik dövrəsinin gərginliyini ölçmək üçün voltmetrin dövrəyə paralel qoşulma və voltmetrin transformator vasitəsilə dövrəyə qoşulma sxemləri öyrənilir, Voltmеtrlə ölçmə üsulunun gеnişləndirilməsi haqqında məlumat verilir.

    Mənbəyə keç: 6. Elektrik dövrəsində gərginliyin ölçülməsi. Voltmеtrlə ölçmə üsulunun gеnişləndirilməsi (yeni pəncərədə açılır)
  7. 7. 7. Müqavimətin ölçülməsi

    Mühazirə

    Müqavimətin ölçmə metodları, mаqnit-еlеktrik sistеmli Meqommetr, maqnitoelektrik mexanizmli Ommetr vasitəsilə, eləcə də körpü üsulu ilə müqavimətin ölçülməsi haqqında məlumat verilir.

    Mənbəyə keç: 7. Müqavimətin ölçülməsi (yeni pəncərədə açılır)
  8. 8. 8. Elektrik dövrəsinin parametrlərinin ölçülməsi

    Mühazirə

    Elektrik dövrələrinin parametrləri olan müqavimətin, tutumun, induktivliyin, qarşılıqlı induktivliyin müxtəlif cihazlar və üsullar vasitəsilə ölçülməsi haqqında məlumat verilir, ampermetr, voltmetr və vattmetrdən istifadə etməklə induktiv xarakterli qəbuledicinin parametrləri təyin olunur.

    Mənbəyə keç: 8. Elektrik dövrəsinin parametrlərinin ölçülməsi (yeni pəncərədə açılır)
  9. 9. 9. Elektron ölçmə cihazları haqqında

    Mühazirə

    Elektron ölçü cihazlarının əsas elementləri olan elektron ölçmə çeviriciləri və çıxış kəmiyyətini ölçən maqnit-elektrik mexanizmlər və ya osilloqraflar haqqında məlumat verilir, analoq elektron ölçmə cihazlarının əsas qrupları öyrənilir.

    Mənbəyə keç: 9. Elektron ölçmə cihazları haqqında (yeni pəncərədə açılır)
  10. 10. Elektron voltmetrləri və ommetrləri

    Mühazirə10

    Sabit cərəyan, dəyişən cərəyan, mpuls, fazahəssas, selektiv, universal voltmetrlər haqqında məlumat verilir, elektron ommetrlər və onların sxemləri öyrənilir.

    Mənbəyə keç: Elektron voltmetrləri və ommetrləri (yeni pəncərədə açılır)
  11. 11. Elektron vattmetrlərin işi

    Mühazirə11

    Elektron elementlərdən yığılmış vattmetrin prinsipial sxemi, qidalandırma mənbəyinə qoşulan rezistorlar, maqnit elektrik İN-indukatoru öyrənilir.

    Mənbəyə keç: Elektron vattmetrlərin işi (yeni pəncərədə açılır)
  12. 12. Rəqəmsal cihazlar

    Mühazirə12

    Rəqəmsal elektron cihazlarının iş prinsipi haqqında məlumat verilir, fasiləsiz kəmiyyətin diskretləşmə və kvantlanması diaqramları, zaman-impuls rəqəmli voltmetrin struktur sxemi və vaxt diaqramları, eləcə də ikiqat inteqral rəqəmli voltmetrin iş prinsipi öyrənilir.

    Mənbəyə keç: Rəqəmsal cihazlar (yeni pəncərədə açılır)
  13. 13. Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrəsində güc

    Mühazirə13

    Sabit və dəyişən cərəyan dövrələrində gücü ölçmək üçün elektrodinamik və ferrodinamik vattmetrlər haqqında məlumat verilir, elektrodinamik vattmetrin sxemi və vektor diaqramı izah olunur, sabit və dəyişən cərəyan dövrələrində gücün hesabat düsturları göstərilir.

    Mənbəyə keç: Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrəsində güc (yeni pəncərədə açılır)
  14. 14. Elektrik enerjisi sərfinin ölçülməsi

    Mühazirə14

    Elektrik enerjisi sərfiyyatını ölçmək üçün elektrik enerji sayğacları haqqında məlumat verilir, sayğacın dövrəyə qoşulma, birfazalı və öçfazalı elektrik dövrəsinin sayğaca qoşulması sxemləri öyrənilir.

    Mənbəyə keç: Elektrik enerjisi sərfinin ölçülməsi (yeni pəncərədə açılır)
  15. 15. Üçfazalı elektrik dövrəsində aktiv və reaktiv güclər, enerji

    Mühazirə15

    Simmetrik yüklənmiş üçfazalı dövrənin gücünün bir vattmetrlə ölçülməsi və reaktiv gücü ölçmək üçün aktiv güc vattmetrinin qoşulması sxemləri göstərilir, üçfazalı elektrik dövrəsində aktiv və reaktiv güclərin, enerjinin hesabat düsturları izah olunur.

    Mənbəyə keç: Üçfazalı elektrik dövrəsində aktiv və reaktiv güclər, enerji (yeni pəncərədə açılır)
  16. 16. Ölçmə xətaları və ölçmə nəticələrinin emalı

    Məşğələ1

    Ölçmə vasitələrinin sistematik, təsadüfi və kobud xətaları xətalar nəzəriyyəsinə əsasən təyin olunur.

    Mənbəyə keç: Ölçmə xətaları və ölçmə nəticələrinin emalı (yeni pəncərədə açılır)
  17. 17. Ölçmə cıhazlarının ölçü hədlərinin genişləndirilməsi və yoxlanılması

    Məşğələ2

    Müxtəlif elektrik kəmiyyətlərinin ölçdülməsi zamanı ölçmə cihazlarının ölçü hədlərinin genişləndirilməsi izah olunur, Voltmetrin və Ampermetrin ölçü hədlərini genişləndirmək üçün əlavə müqavimətlər təyin olunur, ölçü hədlərinin genişləndirmə sxemləri qurulur, verilmiş düsturlarla uyğun xətalar hesablanır.

    Mənbəyə keç: Ölçmə cıhazlarının ölçü hədlərinin genişləndirilməsi və yoxlanılması (yeni pəncərədə açılır)
  18. 18. Bılavasitə qiymətləndirməli ölçmə cıhazlarının tədqiqi

    Məşğələ3

    Ölçmənin bilavasitə qiymətləndirmə və müqayisə metodları izah olunur, müqayisə üsulunda sıfır, diferensial, əvəzetmə, üst-üstə düşmə metodları araşdırılır, Voltmetrin dərəcələnməsi və cihazın daxili müqavimətinin ölçülməsi sxemləri göstərilir. axtarılan kəmiyyyətlər hesablanır.

    Mənbəyə keç: Bılavasitə qiymətləndirməli ölçmə cıhazlarının tədqiqi (yeni pəncərədə açılır)
  19. 19. Ampermetrlərin və Voltmetrlərin xətalarının müqayisə və dolayı metodlarla tədqiqi

    Məşğələ4

    Ampermetrlərin və voltmetrlərin buraxıla bilən xətaları hesablanır, bilavasitə müqayisə metodu ilə ölçmə cihazlarının xətaları, həmçinin dolayı metodla voltmetrin xətaları tədqiq olunur.

    Mənbəyə keç: Ampermetrlərin və Voltmetrlərin xətalarının müqayisə və dolayı metodlarla tədqiqi (yeni pəncərədə açılır)
  20. 20. Elektrik ölçmə cihazlarının tezlik xətalarının tədqiqi

    Məşğələ5

    Elektromaqnit, elektrodinamik, düzləndiricili maqnit-elektrik və elektrostatik sistemli cihazların tezlik xətaları tədqiq edilir, xətaların hesabat düsturları göstərilir.

    Mənbəyə keç: Elektrik ölçmə cihazlarının tezlik xətalarının tədqiqi (yeni pəncərədə açılır)
  21. 21. Elektrik müqavimətini ölçmə metodlarının tədqiqi

    Məşğələ6

    Müqavimətin bir voltmetrin köməyilə ölçülməsi, müqavimətin milliampermetrin köməyilə ölçülməsi, müqavimətin müqayisə metodu ilə ölçülməsi, Müqavimətin körpü metodu ilə ölçülməsi sxemləri və hesabat düsturları göstərilir.

    Mənbəyə keç: Elektrik müqavimətini ölçmə metodlarının tədqiqi (yeni pəncərədə açılır)
  22. 22. Ampermetr və voltmetr üsulu ilə müqavımətin ölçülməsı

    Məşğələ7

    Müqavimətin ampermetr və voltmetr üsulu ilə ölçülməsi sxemləri izah olunur, hər iki sxem üçün nisbi xətaların hesabat düsturları göstərilir.

    Mənbəyə keç: Ampermetr və voltmetr üsulu ilə müqavımətin ölçülməsı (yeni pəncərədə açılır)
  23. 23. Enerji sistemlərində ölçmə xətaları və ölçmə üsulları

    Sərbəst iş1

    Ölçmə xətaları, ölçmə üsul və vasitələrinin təsnifatı, ölçmə üsullarının növləri, ölçmə vasitələrinin iş prinsipi göstərilir.

    Mənbəyə keç: Enerji sistemlərində ölçmə xətaları və ölçmə üsulları (yeni pəncərədə açılır)
  24. 24. Enerji sistemlərində elektrik-ölçmə növləri və metodları

    Sərbəst iş2

    Ölçmə nəticələrinin alınma üsullarına görə ölçmə növləri, elektrik-ölçü cihazlarının istifadə üsullarından asılı olaraq elektrik ölçmə metodları göstərilir.

    Mənbəyə keç: Enerji sistemlərində elektrik-ölçmə növləri və metodları (yeni pəncərədə açılır)
  25. 25. Enerji sistemlərində elektron ölçmə cihazları

    Sərbəst iş3

    Elektron ölçü cihazları, elektron ölçmə çeviriciləri və çıxış kəmiyyətini ölçən maqnit-elektrik mexanizmlər və ya osilloqraflar haqqında məlumat verilir, analoq elektron ölçmə cihazlarının əsas qrupları göstərilir.

    Mənbəyə keç: Enerji sistemlərində elektron ölçmə cihazları (yeni pəncərədə açılır)
  26. 26. Rəqəmsal cihazlar

    Sərbəst iş4

    Rəqəmsal elektron cihazlarının iş prinsipi haqqında məlumat verilir, fasiləsiz kəmiyyətin diskretləşmə və kvantlanması diaqramları, zaman-impuls rəqəmli voltmetrin struktur sxemi və vaxt diaqramları, eləcə də ikiqat inteqral rəqəmli voltmetrin iş prinsipi göstərilir.

    Mənbəyə keç: Rəqəmsal cihazlar (yeni pəncərədə açılır)
  27. 27. Üçfazalı elektrik dövrəsində parametrlərin təyini

    Sərbəst iş5

    Simmetrik yüklənmiş üçfazalı dövrənin gücünün bir vattmetrlə ölçülməsi və reaktiv gücü ölçmək üçün aktiv güc vattmetrinin qoşulması sxemləri göstərilir, üçfazalı elektrik dövrəsində aktiv və reaktiv güclərin, enerjinin hesabat düsturları izah olunur.

    Mənbəyə keç: Üçfazalı elektrik dövrəsində parametrlərin təyini (yeni pəncərədə açılır)