Fənn · Energetika mühəndisliyi

Enerji sistemlərində ölçü-nəzarət üsul və vasitələri

MS-05016 kreditPayız semestriMəcburi

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

—

Fənnin təsviri

-

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1. İstilik energetikası və elektroenergetikanın nəzəri əsaslarını və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;

  2. CLO 2: FTN 2. Müasir energetikada istifadə olunan texnologiyaları və ölçü-nəzarət sistemlərinin problemlərini təhlil edə bilir;

  3. CLO 3: FTN 3. Ölçmə qurğusu və sistemlərini, müxtəlif istehsal proseslərinin avtomatlaşdırılması və nəzarət işlərini, enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;

  4. CLO 4: FTN 4. Elektrik ölçü cihazlarının texniki xarakteristikasını, rəqəmsal cihazı, sabit cərəyan, birfazalı və üçfazalı dəyişən cərəyan dövrəsində gücü, elektrik enerjisi sərfinin ölçülməsi, ölçmə texnikasının nailiyyətləri, istilik və elektrik enerjisi istehlakı üçün enerjiyə qənaət tədbirlərini, ölçmə texnikasında konstruksiyaların işləmə prinsiplərini izah edə bilir;

  5. CLO 5: FTN 5. Enerji ilə bağlı proseslərin optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;

  6. CLO 6: FTN 6. Enerji sistemlərində ölçü-nəzarət üsul və vasitələrinin modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.

  7. CLO 7: FTN 7. Effektiv ölçü-nəzarət vasitələrinin üstünlüklərini və tətbiq sahələrini müəyyənləşdirə bilir.

  8. CLO 8: FTN 8. Elektroenergetikada enerji səmərəliliyi və itkiləri azaldılması üsullarını dəyərləndirə bilir.

  9. CLO 9: FTN 9. Rəqəmsal cihazların, sabit cərəyan, birfazalı və üçfazalı dəyişən cərəyan dövrəsində aktiv və reaktiv gücü, elektrik enerjisi sərfinin ölçülməsi üçün ölçmə texnikasının avtomatlaşdırma texnologiyalarının elektroenergetikada rolunu başa düşür.

  10. CLO 10: FTN 10. Ölçmə texnikasının müasir texnologiyalarının istilik energetikası və elektroenergetikaya inteqrasiyası imkanlarını qiymətləndirməyi bacarır.

  11. CLO 11: FTN 11. İstilik və elektrik enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.

  12. CLO 12: FTN 12. Müasir elmi-texniki tədqiqat metodlarını elektroenergetikaya tətbiq etmək bacarığına yiyələnir.