Ümumi məlumat
- Fənn kodu
- MS-0501
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə; b) 15 saat məşğələ
- Auditoriyadan kənar saatlar
- a)60 saat sərbəst iş b)75 saat məsləhət
Fənn haqqında
-
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. İstilik energetikası və elektroenergetikanın nəzəri əsaslarını və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;
CLO 2: FTN 2. Müasir energetikada istifadə olunan texnologiyaları və ölçü-nəzarət sistemlərinin problemlərini təhlil edə bilir;
CLO 3: FTN 3. Ölçmə qurğusu və sistemlərini, müxtəlif istehsal proseslərinin avtomatlaşdırılması və nəzarət işlərini, enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;
CLO 4: FTN 4. Elektrik ölçü cihazlarının texniki xarakteristikasını, rəqəmsal cihazı, sabit cərəyan, birfazalı və üçfazalı dəyişən cərəyan dövrəsində gücü, elektrik enerjisi sərfinin ölçülməsi, ölçmə texnikasının nailiyyətləri, istilik və elektrik enerjisi istehlakı üçün enerjiyə qənaət tədbirlərini, ölçmə texnikasında konstruksiyaların işləmə prinsiplərini izah edə bilir;
CLO 5: FTN 5. Enerji ilə bağlı proseslərin optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;
CLO 6: FTN 6. Enerji sistemlərində ölçü-nəzarət üsul və vasitələrinin modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.
CLO 7: FTN 7. Effektiv ölçü-nəzarət vasitələrinin üstünlüklərini və tətbiq sahələrini müəyyənləşdirə bilir.
CLO 8: FTN 8. Elektroenergetikada enerji səmərəliliyi və itkiləri azaldılması üsullarını dəyərləndirə bilir.
CLO 9: FTN 9. Rəqəmsal cihazların, sabit cərəyan, birfazalı və üçfazalı dəyişən cərəyan dövrəsində aktiv və reaktiv gücü, elektrik enerjisi sərfinin ölçülməsi üçün ölçmə texnikasının avtomatlaşdırma texnologiyalarının elektroenergetikada rolunu başa düşür.
CLO 10: FTN 10. Ölçmə texnikasının müasir texnologiyalarının istilik energetikası və elektroenergetikaya inteqrasiyası imkanlarını qiymətləndirməyi bacarır.
CLO 11: FTN 11. İstilik və elektrik enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.
CLO 12: FTN 12. Müasir elmi-texniki tədqiqat metodlarını elektroenergetikaya tətbiq etmək bacarığına yiyələnir.
Mövzu planı
- 1.1. Giriş. Əsas anlayışlarMühazirə
Fənnin məqsədi, vəzifələri, tərkibi və məzmu¬nu, istilik energetikasının qısa inkişaf tarixi, elektrik ölçmə texnikası vasitələri, ölçmə xətaları və onların yaranması haqqında məlumat verilir.
- 2.2. Ölçmə üsullarıMühazirə
Ölçmə üsul və vasitələrinin təsnifatı, ölçmə üsullarının növləri, ölçmə vasitələrinin iş prinsipi, elektrik cihazlarının növləri öyrənilir.
- 3.3. Elektrik ölçü cihazlarıMühazirə
Elektrik ölçmə cihazlarının növləri, ölçmə çeviriciləri, elektrik ölçmə qurğuları, informasiya – ölçmə sistemləri öyrənilir.
- 4.4. Elektrik-ölçmə növləri və metodlarıMühazirə
Ölçmə nəticələrinin alınma üsullarına görə ölçmə növləri, elektrik-ölçü cihazlarının istifadə üsullarından asılı olaraq elektrik ölçmə metodları öyrənilir.
- 5.5. Elektrik dövrəsində cərəyanin ölçülməsi. Аmpеrmеtrlə ölçmə üsülunun gеnişləndirilməsiMühazirə
Elektrik dövrəsində cərəyanin ölçülməsi, ampermetrin cərəyan trasformatoru vasitəsilə dövrəyə qoşulması, ampеrmеtrlə ölçmə üsülunun gеnişləndirilməsi öyrənilir.
- 6.6. Elektrik dövrəsində gərginliyin ölçülməsi. Voltmеtrlə ölçmə üsulunun gеnişləndirilməsiMühazirə
Elektrik dövrəsinin gərginliyini ölçmək üçün voltmetrin dövrəyə paralel qoşulma və voltmetrin transformator vasitəsilə dövrəyə qoşulma sxemləri öyrənilir, Voltmеtrlə ölçmə üsulunun gеnişləndirilməsi haqqında məlumat verilir.
- 7.7. Müqavimətin ölçülməsiMühazirə
Müqavimətin ölçmə metodları, mаqnit-еlеktrik sistеmli Meqommetr, maqnitoelektrik mexanizmli Ommetr vasitəsilə, eləcə də körpü üsulu ilə müqavimətin ölçülməsi haqqında məlumat verilir.
- 8.8. Elektrik dövrəsinin parametrlərinin ölçülməsiMühazirə
Elektrik dövrələrinin parametrləri olan müqavimətin, tutumun, induktivliyin, qarşılıqlı induktivliyin müxtəlif cihazlar və üsullar vasitəsilə ölçülməsi haqqında məlumat verilir, ampermetr, voltmetr və vattmetrdən istifadə etməklə induktiv xarakterli qəbuledicinin parametrləri təyin olunur.
- 9.9. Elektron ölçmə cihazları haqqındaMühazirə
Elektron ölçü cihazlarının əsas elementləri olan elektron ölçmə çeviriciləri və çıxış kəmiyyətini ölçən maqnit-elektrik mexanizmlər və ya osilloqraflar haqqında məlumat verilir, analoq elektron ölçmə cihazlarının əsas qrupları öyrənilir.
- 10.Elektron voltmetrləri və ommetrləriMühazirə
Sabit cərəyan, dəyişən cərəyan, mpuls, fazahəssas, selektiv, universal voltmetrlər haqqında məlumat verilir, elektron ommetrlər və onların sxemləri öyrənilir.
- 11.Elektron vattmetrlərin işiMühazirə
Elektron elementlərdən yığılmış vattmetrin prinsipial sxemi, qidalandırma mənbəyinə qoşulan rezistorlar, maqnit elektrik İN-indukatoru öyrənilir.
- 12.Rəqəmsal cihazlarMühazirə
Rəqəmsal elektron cihazlarının iş prinsipi haqqında məlumat verilir, fasiləsiz kəmiyyətin diskretləşmə və kvantlanması diaqramları, zaman-impuls rəqəmli voltmetrin struktur sxemi və vaxt diaqramları, eləcə də ikiqat inteqral rəqəmli voltmetrin iş prinsipi öyrənilir.
- 13.Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrəsində gücMühazirə
Sabit və dəyişən cərəyan dövrələrində gücü ölçmək üçün elektrodinamik və ferrodinamik vattmetrlər haqqında məlumat verilir, elektrodinamik vattmetrin sxemi və vektor diaqramı izah olunur, sabit və dəyişən cərəyan dövrələrində gücün hesabat düsturları göstərilir.
- 14.Elektrik enerjisi sərfinin ölçülməsiMühazirə
Elektrik enerjisi sərfiyyatını ölçmək üçün elektrik enerji sayğacları haqqında məlumat verilir, sayğacın dövrəyə qoşulma, birfazalı və öçfazalı elektrik dövrəsinin sayğaca qoşulması sxemləri öyrənilir.
- 15.Üçfazalı elektrik dövrəsində aktiv və reaktiv güclər, enerjiMühazirə
Simmetrik yüklənmiş üçfazalı dövrənin gücünün bir vattmetrlə ölçülməsi və reaktiv gücü ölçmək üçün aktiv güc vattmetrinin qoşulması sxemləri göstərilir, üçfazalı elektrik dövrəsində aktiv və reaktiv güclərin, enerjinin hesabat düsturları izah olunur.
- 16.Ölçmə xətaları və ölçmə nəticələrinin emalıMəşğələ
Ölçmə vasitələrinin sistematik, təsadüfi və kobud xətaları xətalar nəzəriyyəsinə əsasən təyin olunur.
- 17.Ölçmə cıhazlarının ölçü hədlərinin genişləndirilməsi və yoxlanılmasıMəşğələ
Müxtəlif elektrik kəmiyyətlərinin ölçdülməsi zamanı ölçmə cihazlarının ölçü hədlərinin genişləndirilməsi izah olunur, Voltmetrin və Ampermetrin ölçü hədlərini genişləndirmək üçün əlavə müqavimətlər təyin olunur, ölçü hədlərinin genişləndirmə sxemləri qurulur, verilmiş düsturlarla uyğun xətalar hesablanır.
- 18.Bılavasitə qiymətləndirməli ölçmə cıhazlarının tədqiqiMəşğələ
Ölçmənin bilavasitə qiymətləndirmə və müqayisə metodları izah olunur, müqayisə üsulunda sıfır, diferensial, əvəzetmə, üst-üstə düşmə metodları araşdırılır, Voltmetrin dərəcələnməsi və cihazın daxili müqavimətinin ölçülməsi sxemləri göstərilir. axtarılan kəmiyyyətlər hesablanır.
- 19.Ampermetrlərin və Voltmetrlərin xətalarının müqayisə və dolayı metodlarla tədqiqiMəşğələ
Ampermetrlərin və voltmetrlərin buraxıla bilən xətaları hesablanır, bilavasitə müqayisə metodu ilə ölçmə cihazlarının xətaları, həmçinin dolayı metodla voltmetrin xətaları tədqiq olunur.
- 20.Elektrik ölçmə cihazlarının tezlik xətalarının tədqiqiMəşğələ
Elektromaqnit, elektrodinamik, düzləndiricili maqnit-elektrik və elektrostatik sistemli cihazların tezlik xətaları tədqiq edilir, xətaların hesabat düsturları göstərilir.
- 21.Elektrik müqavimətini ölçmə metodlarının tədqiqiMəşğələ
Müqavimətin bir voltmetrin köməyilə ölçülməsi, müqavimətin milliampermetrin köməyilə ölçülməsi, müqavimətin müqayisə metodu ilə ölçülməsi, Müqavimətin körpü metodu ilə ölçülməsi sxemləri və hesabat düsturları göstərilir.
- 22.Ampermetr və voltmetr üsulu ilə müqavımətin ölçülməsıMəşğələ
Müqavimətin ampermetr və voltmetr üsulu ilə ölçülməsi sxemləri izah olunur, hər iki sxem üçün nisbi xətaların hesabat düsturları göstərilir.
- 23.Enerji sistemlərində ölçmə xətaları və ölçmə üsullarıSərbəst iş
Ölçmə xətaları, ölçmə üsul və vasitələrinin təsnifatı, ölçmə üsullarının növləri, ölçmə vasitələrinin iş prinsipi göstərilir.
- 24.Enerji sistemlərində elektrik-ölçmə növləri və metodlarıSərbəst iş
Ölçmə nəticələrinin alınma üsullarına görə ölçmə növləri, elektrik-ölçü cihazlarının istifadə üsullarından asılı olaraq elektrik ölçmə metodları göstərilir.
- 25.Enerji sistemlərində elektron ölçmə cihazları Sərbəst iş
Elektron ölçü cihazları, elektron ölçmə çeviriciləri və çıxış kəmiyyətini ölçən maqnit-elektrik mexanizmlər və ya osilloqraflar haqqında məlumat verilir, analoq elektron ölçmə cihazlarının əsas qrupları göstərilir.
- 26.Rəqəmsal cihazlarSərbəst iş
Rəqəmsal elektron cihazlarının iş prinsipi haqqında məlumat verilir, fasiləsiz kəmiyyətin diskretləşmə və kvantlanması diaqramları, zaman-impuls rəqəmli voltmetrin struktur sxemi və vaxt diaqramları, eləcə də ikiqat inteqral rəqəmli voltmetrin iş prinsipi göstərilir.
- 27.Üçfazalı elektrik dövrəsində parametrlərin təyiniSərbəst iş
Simmetrik yüklənmiş üçfazalı dövrənin gücünün bir vattmetrlə ölçülməsi və reaktiv gücü ölçmək üçün aktiv güc vattmetrinin qoşulması sxemləri göstərilir, üçfazalı elektrik dövrəsində aktiv və reaktiv güclərin, enerjinin hesabat düsturları izah olunur.
Ədəbiyyat
- 1. Məmmədov H.Ə., Əhmədov R.M. Ölçmə texnikasının əsasları – Bakı, 2011.
- 2. Məmmədov H.Ə, Hacıyev Ç.M. Ölçmə nəticələrinin emal metodları – Bakı, Sabah, 2008.
- 3. Məmmədov H.Ə., Əhmədov R.M. İdarəetmə sistemlərinin element və qurğuları – Bakı, Elm, 2006.
- 4. Qurbanov T.B., Əhmədov R.M., Namazov M.B. Texniki sistemlərdə informasiya-ölçmə qurğuları – Bakı, Elm, 2000.
- 5. Əliyev T.M., Mirsəlimov R.M., Həsənov T.Ə. Elektrik ölçmələri – Bakı, Maarif, 1986.
- 6. Əhmədov R.M. ”Elektrik ölçmələri və robotların informasiya qurğuları” kursu üzrə laboratoriya işləri – Bakı, 1987.
- 7. Mirsəlimov R.M., İbrahimzadə T.İ. Elektrik və qeyri-elektrik kəmiyyətlərinin elektrik ölçüləri – Bakı, 1974.
- 8. Метрология и радиоизмерения (под ред.В.И.Нефедова) – М.: Высшая школа, 2006.
- 9. Раннев Г.Г., Тарасенко А.П. Методы и средства измерений – М.: Издательский центр «Академия», 2003
- 10. Ратхор Т.С. Цифровые измерения. Методы и схемотехника – М.: Техносфера, 2004
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |