Fənn · Elektrik və elektronika mühəndisliyi.

Elektrotexnikanın xüsusi bölmələriSillabus

MM-03016 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-0301
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fənn elektrostatik və maqnit sahələrinin, dəyişən elektromaqnit proseslərinin, elektromaqnit enerjisinin ötürülməsinin və yüksək tezlikli sistemlərin əsas qanunauyğunluqlarını öyrədir və bu bilikləri elektrik və elektron strukturların təhlilinə tətbiq edir. Elektromaqnit dalğalarının yayılması, dalğaötürənlər, uzun xətlər, müqavimətlərin transformasiyası və Smit diaqramı, həmçinin yarımkeçirici strukturlarda, nazik təbəqələrdə və heterostrukturlarda baş verən elektrofiziki hadisələr nəzərdən keçirilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • laboratoriya işi
  • problemə əsaslanan təlim
  • keys təhlili
  • layihəyə əsaslanan təlim
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Elektrostatik və elektromaqnit sahələrinin əsas nəzəri və riyazi qanunlarını, elektrik və maqnit sahələrinin xarakteristikalarını izah etməyi bacarmalıdır.

  2. CLO 2: Elektrik və maqnit sahələrinin intensivliyini, elektrik potensialını, potensiallar fərqini və enerji parametrlərini hesablamağı bacarmalıdır.

  3. CLO 3: Elektrik keçiriciliyinin fiziki əsaslarını, elektromaqnit sahələrinin materiallarda paylanmasını və yükdaşıyıcıların hərəkət xüsusiyyətlərini təhlil etməyi bacarmalıdır.

  4. CLO 4: Elektromaqnit sahələrinin diferensial və inteqral tənliklərini, sərhəd şərtlərini, elektromaqnit dalğalarının yayılmasını və yüksək tezlikli elektron strukturların iş prinsiplərini təhlil etməyi bacarmalıdır.

  5. CLO 5: Sahələr üsulundan, elektrik xətlərinin parametrlərindən, Smit diaqramından və impedansın uyğunlaşdırılması metodlarından istifadə etməklə mühəndis məsələlərini həll etməyi, elektron qurğuların elektromaqnit xarakteristikalarını qiymətləndirməyi bacarmalıdır.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.40 balFTN 1-5
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5