Fənn · Elektrik və elektronika mühəndisliyi.

Elektrotexnikanın xüsusi bölmələriMövzu planı

MM-03016 kreditPayız semestriMəcburi2026-2027

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

18 mövzu
  1. 1. Elektrostatik sahənin əsas anlayışları və elektron materiallarda elektrik potensialının paylanması

    Mühazirə
  2. 2. Elektrostatik sahədə enerji, qüvvələr və yarımkeçirici strukturlarda elektrik sahəsinin rolu

    Mühazirə
  3. 3. Sabit cərəyanın maqnit sahəsi, vektor potensialı və materialların elektrik keçiriciliyinin fiziki əsasları

    Mühazirə
  4. 4. Sahələr üsulu və mürəkkəb elektrik sistemlərinin elektromaqnit parametrlərinin hesablanması

    Mühazirə
  5. 5. Dəyişən elektromaqnit sahəsi, elektromaqnit dalğaları və keçirici mühitlərdə səthi effektlər

    Mühazirə
  6. 6. Elektromaqnit sahəsinin diferensial və inteqral təsviri; müxtəlif xassəli mühitlərin sərhəd şərtləri

    Mühazirə
  7. 7. Zamana görə dəyişən elektromaqnit sahəsi və elektron qurğuların texnoloji proseslərinin fiziki əsasları

    Mühazirə
  8. 8. Elektromaqnit dalğalarının yayılması, dalğaötürənlər və yüksək tezlikli elektron strukturlar

    Mühazirə
  9. 9. Xətlə elektromaqnit enerjisinin ötürülməsi və elektron qurğuların qarşılıqlı elektromaqnit əlaqələri

    Mühazirə
  10. 10. Müqavimətlərin transformasiyası, Smit diaqramı və nazik təbəqəli elektron strukturların elektromaqnit xarakteristikaları

    Mühazirə
  11. 11. Yarımkeçirici kristalların kəsilmə mexanizmləri və termomexaniki sahə effektləri Almaz disk, məftil və ultrasəs vasitəsilə kəsmə texnologiyaları; kəsmə zamanı yaranan istilik rəqsi hərəkətlər və mexaniki gərginliklərin kristallik struktura və səth parametrlərinə təsiri

    Məşğələ
  12. 12. Kristalların skrayberlənməsi, səth gərginlikləri və elektrostatik sahənin əsasları Kristalların almaz kəsici ilə cızılması (skrayberləmə), mikroçatların əmələ gəlmə dinamikası; elektron materiallarda elektrostatik sahə anlayışları, gərginlik və elektrik potensialının fəzada paylanması

    Məşğələ
  13. 13. Səthin cilalanması, pardaqlanması və mikromasshtabda yük paylanması Cilalama və pardaqlanma mərhələləri, zədələnmiş qatın götürülməsi; yarımkeçirici strukturlarda elektrostatik sahənin enerjisi, qüvvə təsirləri və həndəsi sərhədlərdə yükün rolu

    Məşğələ
  14. 14. Elektrolitik dissosiasiya və elektrokimyəvi emalın fiziki-kimyəvi əsasları Elektrolitlərdə ionların yaranması (Klauzius-Arrenius nəzəriyyəsi), Faradey qanunları yükdaşıyıcıların diferensial və inteqral təsviri, materialların elektrik keçiriciliyinin fiziki əsasları

    Məşğələ
  15. 15. Elektrolitik çökdürmə (galvanik) və katod səthində elektrik sahəsi Katod səthində nazik metal təbəqələrin çökdürülməsi, anodik aşındırma və səthin təmizlənməsi; elektrolitlərdə elektrik cərəyanı sıxlığı , ionların yürüklüyü və elektrodlararası potensial paylanması

    Məşğələ
  16. 16. Yarımkeçirici strukturlarda (p-n keçidlərdə) elektrostatik və sabit maqnit sahələri Yarımkeçirici mikrostrukturlarda (p-n keçid, MƏY) potensional çəpərinin formalaşması; sabit cərəyanın maqnit sahəsi, vektor potensialı və cərəyanlı mühitdə yükdaşıyıcıların hərəkəti

    Məşğələ
  17. 17. Dəyişən elektromaqnit sahəsi və nazik təbəqəli materiallarda səthi effektlər Dəyişən elektromaqnit sahəsinin xüsusiyyətləri, keçirici və yarımkeçirici mühitlərdə səthi effektlər (skin-effekt); nazik təbəqələrin qalınlığının elektromaqnit nüfuzluğuna uyğun hesablanması

    Məşğələ
  18. 18. Texnoloji proseslərin elektromaqnit sahələri üsulu ilə modelləşdirilməsi Yarımkeçirici cihazların istehsalında zamana görə dəyişən elektromaqnit sahələrinin rolu; sahələr üsulu ilə mürəkkəb mühitlərin və heterokeçidlərin elektromaqnit parametrlərinin hesablanması

    Məşğələ