Magistr proqramı
Elektrik və elektronika mühəndisliyi.
Proqram haqqında
Təhsil Proqramı aşağıdakı ixtisaslaşmalardan ibarətdir Elektrotermiki qurğu və sistemlər Sənaye elektronikası Güc elektronikası Gəmi elektronikası Sənaye qurğuları və texnoloji komplekslərin elektrik intiqalı Yüksək gərginliklər texnikası Gəmilərin elektrik təchizatı sistemləri Enerji təchizatında mikroprosessorlu sistemlər Uçuş aparatlarının elektrik avadanlıqları və sistemləri Elektron qurğular və sistemlər Gəmilərin elektrik avadanlığı və avtomatikası Aerokosmik elektronika Yarımkeçirici fotonika və elektronika Nanoelektronika Ağıllı elektrik şəbəkə və sistemləri Elektrik təchizatı (sahələr üzrə)
Dərəcə tələbləri
Magistratura səviyyəsinin 7006008 – “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra – “Təhsil Proqramı”) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”na, qabaqcıl beynəlxalq təcrübə və əmək bazarının tələblərinə uyğun olaraq hazırlanmışdır. 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır: - İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək; - Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlandırmaq; - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq. 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə magistr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir. 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Bu zaman auditoriya saatlarının həcmi 12-16 saat təşkil edir. Peşəkar məqsədlər üçün dərindən öyrənilən ixtisaslaşmalar üzrə həftəlik yükünün həcmi dəyişdirilə bilər. 1.5. Ali təhsil müəssisəsi tərəfindən ixtisasın həmin müəssisədə kadr hazırlığı aparılan hər bir ixtisaslaşması üzrə ayrıca təhsil proqramı hazırlanmalıdır. Hər bir ixtisaslaşma üzrə təhsil proqramı müvafiq ixtisasın təhsil proqramındakı bölmələrlə yanaşı, həmin ixtisaslaşma üzrə tədris və öyrənmə metodları, təlim nəticələrinin qiymətləndirilməsi üsulları, təcrübələrin təşkili və qiymətləndirilməsi və s. bölmələri də əks etdirməlidir.
Proqramı araşdırın
Fənn nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrə töhfəsi