Magistr proqramı
Elektrik və elektronika mühəndisliyi.Səriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
İxtisas səriştələri· 1
COMPETENCY-38768
İnfrastruktur və kadr potensialı 1. Təhsil proqramının tədris, təlim və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir: • elektrik və elektronika avadanlıqlarının, dövrələrin və sistemlərin quruluşu və iş prinsiplərinin öyrənilməsi üçün müasir avadanlıqlarla (multimetr, spektr analizatorları, osiloskoplar, sınaq qurğuları, güc analizatorları və s.) təchiz edilmiş elektrik və elektronika laboratoriyaları; • Matlab/Simulink, PSpice, Multisim, LabVIEW, ETAP, DigSILENT PowerFactory və s. proqram təminatları ilə təchiz olunmuş kompüter dəstəkli layihələndirmə, modelləşdirmə və analiz laboratoriyaları; • mikroprosessorlu və mikrokontroller əsaslı idarəetmə sistemləri, rəqəmsal elektronik bloklar və ağıllı şəbəkə həllərinin qurulması, proqramlaşdırılması və sınağı üçün tədris stendləri və simulyasiya mühitləri; • elektrik maşınları, transformatorlar, güc elektronikası və enerji çeviriciləri üzrə laboratoriyalar, həmçinin bərpa olunan enerji mənbələrinin (günəş panelləri, külək generatorları, enerji yığma sistemləri) tədqiqi üçün sınaq avadanlıqları; • elektrotermiki qurğu və sistemlərin, sənaye elektronikası, gəmi elektrik avadanlıqları və uçuş aparatlarının elektrik sistemlərinin öyrənilməsi üçün xüsusi tədris və tədqiqat stendləri; • yüksək gərginlik texnologiyaları və izolyasiya sistemlərinin öyrənilməsi üçün sınaq qurğuları və müasir ölçmə cihazları ilə təchiz olunmuş yüksək gərginlik və elektrotexnika laboratoriyası; • sənaye avtomatlaşdırması, güc elektronikası və robototexnika sistemlərinin öyrənilməsi üçün PLC sistemləri, sənaye robotları, sensorlar və aktuatorlarla təchiz olunmuş avtomatlaşdırma laboratoriyası; • siqnal emalı, rabitə, nanoelektronika, yarımkeçirici fotonika və elektron qurğuların sınağı üçün proqram və avadanlıqlarla təchiz edilmiş laboratoriyalar; • enerji sistemlərinin modelləşdirilməsi, elektrik şəbəkələrinin idarə olunması, ağıllı elektrik şəbəkələri və mikroprosessorlu idarəetmə sistemlərinin optimallaşdırılması üzrə simulyasiya mühitləri (Matlab/Simulink, ETAP, DigSILENT PowerFactory və s.); • ixtisas fənləri üzrə ən son ədəbiyyat, elmi jurnallar, beynəlxalq standartlar və normativ sənədlərlə təmin olunmuş müasir texniki kitabxana və elektron resurslara çıxış; • distant və yerində tədris imkanlarını təmin edən elektron tədris platformaları (LMS) və hibrid tədris texnologiyaları; • Nanoelektronika və yarımkeçirici fotonika üzrə nanostruktur materialların sintezi və analizi üçün təchiz edilmiş laboratoriyalar: elektron mikroskopiya (SEM), atom qüvvə mikroskopiyası (AFM), fotolüminessensiya spektroskopiyası, təbəqə qalınlığı və kristallıq analizatorları;sərbəst tədqiqat və layihə fəaliyyəti üçün tələbə laboratoriyaları və prototipləmə mühiti. 2. Ali təhsil müəssisələrinin tədrisə cəlb olunan akademik heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Elmi dərəcəsi olmayan, lakin müvafiq sahədə ən az 5 il iş təcrübəsi olan mütəxəssislər də tədrisə cəlb oluna bilərlər. 3.Magistrlik dissertasiyalarına elmi rəhbərlik, bir qayda olaraq, elmi ada və ya elmi dərəcəyə sahib olan şəxslər tərəfindən həyata keçirilir.